Azərbaycan Respublikası adından QƏRARDAD Qusar şəhəri İş № 3(029)-243/2024 04.11.2024 QUSAR RAYON MƏHKƏMƏSİ Mən, Qusar rayon məhkəməsinin hakimi X7, Quba rayon Polis Şöbəsinin YPX inspektoru X4 tərəfindən tərtib edilmiş TP ******* saylı xx.xx.2024-cü il tarixli inzibati tənbeh vermə haqqında qərardan X1 verdiyi şikayət ərizəsini nəzərdən keçirib M ü ə y y ə n e t d i m: X3 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək Quba rayon Polis Şöbəsinin YPX inspektoru X4 tərəfindən tərtib edilmiş TP ******* saylı xx.xx.2024-cü il tarixli inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsini məhkəmədən xahiş etmişdir. İş materiallarını və şikayət ərizəsini nəzərdən keçirib, hesab edirəm ki, həmin şikayət geri qaytarılmalıdır. Belə ki, şikayət ərizəsi şikayət verən şəxs tərəfindən imzalanmamış, həmçinin iş materiallarından görünür ki, şikayət verən şəxs X2 istinad olunmuş inzibati xəta hadisəsi Quba rayonu ərazisində törədilmişdir. Belə olan halda hazırkı şikayət aidiyyəti üzrə Qusar rayon məhkəməsinə deyil, Quba rayon məhkəməsinə verilməlidir. “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129.1.3-cü maddəsinin şərh olunmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 04 noyabr 2020-ci il tarixli Qərarında göstərilmişdir ki, qanunverici tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129.1.3-cü maddəsində dəyişikliklər edilənədək səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə şikayət həmin Məcəllənin 110.1-ci maddəsində müəyyən olunmuş qaydaya uyğun olaraq inzibati xətanın törədildiyi və yaxud barəsində qərar çıxarılmış şəxsin vəsatətinə əsasən onun yaşadığı yer üzrə verilə bilər. Odur ki, şikayət ərizəsi imzalanmadığından, həmçinin inzibati xəta hadisəsi Quba rayonu ərazisində törədildiyindən və barəsində qərar çıxarılmış şəxsin vəsatəti olmadığından Quba rayon Polis Şöbəsinin YPX inspektoru X4 tərəfindən tərtib edilmiş TP ******* saylı xx.xx.2024-cü il tarixli inzibati tənbeh vermə haqqında qərardan X1 verdiyi şikayət ərizəsi geri qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İXM-nin 128, 129cu maddələrini rəhbər tutaraq, Q ə r a r a a l d ı m: Quba rayon Polis Şöbəsinin YPX inspektoru X4 tərəfindən tərtib edilmiş TP ******* saylı xx.xx.2024-cü il tarixli inzibati tənbeh vermə haqqında qərardan X1 verdiyi şikayət ərizəsi geri qaytarılsın. Qusar rayon Məhkəməsinin hakimi: Anar Qasımov
Məhkəmə qərarları › İş №3(029)-243/2024
Qusar Rayon Məhkəməsi Qərardad — İş №3(029)-243/2024
04.11.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver