Məhkəmə qərarları › İş №3(029)-243/2025

Qusar Rayon Məhkəməsi Qərar — İş №3(029)-243/2025

04.08.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Qusar şəhəri İş № 3(029)-243/2025 04.08.2025 QUSAR RAYON MƏHKƏMƏSİ Hakim Cəlilov Əli İsa oğlunun sədrliyi Ağaliyev Hümmət Rahib oğlunun katibliyi ilə Qusar rayon Mərkəzi Xəstəxanası” PHŞ-nin etibarnamə üzrə nümayəndəsi X4, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi Nüvə və X1 üzrə Dövlət Agentliyinin etibarnamə üzrə nümayəndəsi X2 iştirakları ilə, “Qusar rayon Mərkəzi Xəstəxanası” PHŞ (VÖEN №**********) barəsində Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi Nüvə və X1 üzrə X3 Respublikası İXM-nin 268.0.1-ci maddəsi ilə daxil olmuş inzibati xəta haqqında materiala Qusar rayon Məhkəməsinin binasında açıq məhkəmə baxışı iclasında baxaraq məhkəmə, M Ü Ə Y Y Ə N E T D İ: Təqdim edilmiş inzibati xəta haqqında protokoldan və ona əlavə olunmuş sənədlərdən görünür ki, ünvan 1 ünvanda yerləşən “Qusar RMX” PHŞ xx.xx.2025-ci il tarixdə RT yoxlama zamanı müəyyən olmuşdur ki, İŞM ilə iş zamanı radiasiya təhlükəsizliyi təmin olunmamışdır (Xüsusi icazə yoxdur) və bununla da Azərbaycan Respublikası Prezidentinin xx.xx.1998-ci il tarixli, №758 fərmanının 3-cü bəndinin tələbləri pozulmuşdur. Həmin faktla bağlı Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi Nüvə və X1 üzrə Dövlət Agentliyi tərəfindən inzibati araşdırma aparılmış və hüquqi şəxs “Qusar rayon Mərkəzi Xəstəxanası” PHŞ-nin barəsində Azərbaycan Respublikası İXM-nin 268.0.1-ci maddəsi ilə MN № ******* saylı, xx.xx.2025-ci il tarixli inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün Qusar rayon məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında Qusar rayon Mərkəzi Xəstəxanası” PHŞ-nin etibarnamə üzrə nümayəndəsi X6 izahatında protokol üzrə özlərini təqsirli bilməyək bildirmişdir ki, “Qusar RMX” PHŞ-də Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi Nüvə və X1 üzrə Dövlət Agentliyinin nümayəndələri tərəfindən yoxlama keçirilmiş və Azərbaycan Respublikası Prezidentinin xx.xx.1998-ci il tarixli, №758 fərmanının 3-cü bəndinin tələbinin və “Əhalinin radiasiya təhlükəsizliyi haqqında” Azərbaycan Respublikasının xx.xx.1997-ci il tarixli, 423-İQ qanunun bir sıra tələblərinin pozulması faktı ilə protokol tərtib edilmişdir. Həmin protokol hüquqi şəxsdə aşkar olunmuş 9 qüsur əsasında tərtib edilmişdir. Həmin 9 qüsurdan halhazıradək 8 qüsur aradan qaldırılmış, yalnız ionlaşdırıcı şüalanma mənbələri ilə fəaliyyəti həyata keçirmək üçün xüsusi icazə alınmamışdır. Həmçinin protokol tərtib olunarkən həmin 9 qüsurun mövcud olduğunu, protokol tərtib olunduqdan sonra Qusar rayon Mərkəzi Xəstəxanası” PHŞ-nin ionlaşdırıcı şüalanma mənbələri ilə fəaliyyət göstərən otaqların istifadəsinin məhdudlaşdırılması barədə müvafiq əmrlərin verildiyini, aşkar olunmuş qüsurların aradan qaldırılması üçün Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi Nüvə və X1 üzrə Dövlət Agentliyinə və TƏBİB-ə rəsmi müraciətlər etdiklərini bildirmişdir. Həmin müraciətlərdən sonra aşkar olunmuş 9 qüsurdan 8 qüsurun aradan qaldırıldığını, xüsusi icazənin isə hal-hazırdək alınmadığını və xüsusi icazə ilə fəaliyyət göstərməli olan xidmətlərə məhdudiyyət qoyulduğunu bildirmişdir. Hüquqi şəxsin yoxlama keçirilən tarixədək ionlaşdırıcı şüalanma mənəbləri ilə fəaliyyətin hansı səbəbdən xüsusi icazə olmadan göstərməsi haqqında məlumatının olmadığını, göstərilən qüsurların aradan qaldırılması üçün protokol tərtib olunduqdan sonra “TƏBİB”-ə müvafiq tenderin keçirilməsinə razılıq alınması üçün, bu barədə isə Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi Nüvə və X1 üzrə Dövlət Agentliyinə və həmin agentliyin xüsusi icazəsi ilə fəaliyyət göstərən "xxxx" MMC-yə məlumat verildiyini əsas gətirərək iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi Nüvə və X1 üzrə Dövlət Agentliyinin etibarnamə üzrə nümayəndəsi X5 izahatında protokolu müdafiə etdiyini bildirmişdir. “Qusar RMX” PHŞ-də Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi Nüvə və X1 üzrə Dövlət Agentliyinin nümayəndələri tərəfindən yoxlama keçirilmiş və Azərbaycan Respublikası Prezidentinin xx.xx.1998-ci il tarixli, №758 fərmanının 3-cü bəndinin tələbinin və “Əhalinin radiasiya təhlükəsizliyi haqqında” Azərbaycan Respublikasının xx.xx.1997-ci il tarixli, 423-İQ qanunun bir sıra tələblərinin pozulması faktı ilə protokol tərtib edilmişdir. “Qusar rayon Mərkəzi Xəstəxanası” PHŞ-nin Həmçinin xx.xx.2025- Həmçinin “Qusar rayon Mərkəzi Xəstəxanası” PHŞ-də aşkar olunmuş pozuntular İonlaşdırıcı şüalanma mənbələri ilə fəaliyyəti həyata keçirmək üçün xüsusi icazənin olmaması, müəssisənin radioloji-gigyenik pasportunun olmaması, tənzimləyici orqan ilə razılaşdırılmış radiasiya təhlükəsizliyinə cavabdeh şəxsin vəzifə boclarını əks etdirən sənəd və ya radiasiya təhlükəsizliyi haqqında xidməti üzrə əsasnamənin olmaması, tənzimləyici orqan ilə razılaşdırılmış radiasiya təhlükəsizliyi üzrə təlimatın olmaması, tənzimləyici orqan ilə razılaşdırılmış “Radiasiya qəzalarının qarşısının alınması və onun nəticələrinin aradan qaldırılması planı”-nın olmaması, radioaktiv mənbə və digər ionlaşdırıcı şüalanma mənbələrinin illik inventarizasiya nəticələri barədə məlumatların təyin edilmiş forma və vaxtda tənzimləyici orqana təqdim edilməməsi, fərdi dozimetriya nəzarəti üzrə məlumatların uçotunun aparılmaması, radiasiya təhlükəsizliyi ilə bağlı aparılmış hər hansı texniki-təşkilayi və ya texnoloji dəyişikliklər barədə tənzimləyici orqana məlumatların verilməməsi və ionlaşdırıcı şüa mənbələri hesab edilən qurğuların radiasiya təhlükəsizliyi vasitələrinin layihələşdirilməsi və hazırlanmasının xüsus icazəsi olan təşkilat tərəfindən həyata keçirilməməsi olduğu bildirmişdir. Həmçinin Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti Azərbaycan Metrologiya İnstitutu PHŞ-nin xx.xx.2024-cü il tarixli, RN№036345 yararsızlıq haqqında bildirişinə əsasən “Qusar RMX” PHŞ-də olan rentgen aparatının xəstəyə verdiyi doza miqdarı yol verilən həddən çox olduğuna görə istismara yararsızlığı müəyyən edilmiş və Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi Nüvə və X1 üzrə Dövlət AgentliyinİN xx.xx.2025ci il tarixli, QN-25/181 nömrəli qərarı əsasında rentgen qurğusunun istismarı dayandırılmış və avandanlıq bağlanılaraq möhürlənmişdir. Nəticədə “Qusar RMX” PHŞ tərəfindən xüsusi icazə olmadan ionlaşdırıcı şüa mənbələri ilə fəaliyyət göstərməsi barədə protokol tərtib olunduğunu və protokolun əsaslı olduğundan inzibati tənbeh vermə haqqında qərar qəbul edilməsini xahiş etmişdir. İş materiallarında olan Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi Nüvə və X1 üzrə Dövlət Agentliyinin xx.xx.2025-ci il tarixli, P-25/181 nömrəli aktdan görünür ki, “Qusar RMX” PHŞ-də aşkar olunmuş pozuntular aşağıdakılardır: 1.İonlaşdırıcı şüalanma mənbələri ilə fəaliyyəti həyata keçirmək üçün xüsusi icazənin olmaması 2.Müəssisənin radioloji-gigyenik pasportunun olmaması 3.Tənzimləyici orqan ilə razılaşdırılmış radiasiya təhlükəsizliyinə cavabdeh şəxsin vəzifə boclarını əks etdirən sənəd və ya radiasiya təhlükəsizliyi haqqında xidməti üzrə əsasnamənin olmaması 4.Tənzimləyici orqan ilə razılaşdırılmış radiasiya təhlükəsizliyi üzrə təlimatın olmaması 5.Tənzimləyici orqan ilə razılaşdırılmış “Radiasiya qəzalarının qarşısının alınması və onun nəticələrinin aradan qaldırılması planı”-nın olmaması 6.Radioaktiv mənbə və digər ionlaşdırıcı şüalanma mənbələrinin illik inventarizasiya nəticələri barədə məlumatların təyin edilmiş forma və vaxtda tənzimləyici orqana təqdim edilməməsi 7.Fərdi dozimetriya nəzarəti üzrə məlumatların uçotunun aparılmaması 8.Radiasiya təhlükəsizliyi ilə bağlı aparılmış hər hansı texniki-təşkilati və ya texnoloji dəyişikliklər barədə tənzimləyici orqana məlumatların verilməməsi 9.İonlaşdırıcı şüa mənbələri hesab edilən qurğuların radiasiya təhlükəsizliyi vasitələrinin layihələşdirilməsi və hazırlanmasının xüsus icazəsi olan təşkilat tərəfindən həyata keçirilməməsidir. İş materiallarında olan xx.xx.2025-ci il tarixli, 3-18-25/2-1258/2025 saylı məktubdan görünür ki, “Qusar RMX” PHŞ barəsində tərtib edilmiş protokol hüquqi şəxsin ünvanına göndərilmişdir. Məhkəmə, iş materiallarını və məhkəmə icraatı zamanı verilmiş izahatları nəzərdən keçirib, hesab edir ki, hüquqi şəxs “Qusar rayon Mərkəzi Xəstəxanası” PHŞ həmin hərəkəti ilə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 268.0.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir və onun barəsində inzibati tənbeh tətbiq edilməlidir. “Qusar rayon Mərkəzi Xəstəxanası” PHŞ -nin həmin inzibati xətanı törətməsi, MN № ******* saylı, xx.xx.2025-ci il tarixli saylı inzibati xəta haqqında protokol və protokola əlavə olunmuş sənədlər ilə, həmçinin “Qusar RMX” PHŞ-nin etibarnamə üzrə nümayəndəsi X4 etirafedici izahatı ilə sübuta yetirilir. Belə ki, məhkəmə iclasında “Qusar RMX” PHŞ-nin etibarnamə üzrə nümayəndəsi X6 protokolun tərtib edilməsinə əsas olmuş 9 pozuntunun protokol tərtib edilən tarixədək və protokol tərtib edilərkən mövcud olduğunu, protokol tərtib edildikdən sonra həmin 9 pozuntudan 8 ədədinin aradan qaldırıldığını, hal-hazıradək isə 1 pozuntunun, yəni ionlaşdırıcı şüa mənbələri ilə fəaliyyət göstərilməsi üçün xüsusi icazənin alınmadığını bildirmişdir. Belə olduğu təqdirdə məhkəmə hesab edir ki, protokol düzgün tərtib edilmişdir və hüquqi şəxs “Qusar RMX” PHŞ barəsində Azərbaycan Respublikası İXM-nin 268.0.1-ci maddəsinin sanksiyasında göstərilən həddə inzibati tənbeh tətbiq edilməlidir. “Əhalinin radiasiya təhlükəsizliyi haqqında” Azərbaycan Respublikası qanununun tətbiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin xx.xx.1998-ci il tarixli, 758 nörməli Fərmanının 3-cü bəndində əsasən Müəyyən edilsin ki, “Əhalinin radiasiya təhlükəsizliyi haqqında” Azərbaycan Respublikası Qanununun 10-cu maddəsində göstərilən aşağıdakı ionlaşdırıcı şüa mənbələrindən istifadə ilə əlaqədar fəaliyyət növləri üçün xüsusi icazə tələb olunur. "İonlaşdırıcı şüa mənbələrindən istifadə ilə əlaqədar elmi tədqiqat və təcrübikonstruktor işlərinə xüsusi icazə verilməsi Qaydaları"nın, "İonlaşdırıcı şüa mənbələri hesab edilən qurğuların, radioaktiv maddələrin saxlanma məntəqələrinin, radioaktiv tullantılar anbarlarının layihələşdirilməsi, hazırlanması, yerləşdirilməsi, inşası, istismarı və istismardan çıxarılmasına xüsusi icazə verilməsi Qaydaları"nın, "İonlaşdırıcı şüa mənbələri hesab edilən qurğular, radioaktiv maddələrin saxlanma məntəqələri və radioaktiv tullantılar anbarları üçün texnoloji avadanlığın, radiasiya təhlükəsizliyi vasitələrinin layihələşdirilməsi və hazırlanmasına xüsusi icazə verilməsi Qaydaları"nın və "Radioaktiv maddələrin hasilatı, istehsalı, emalı, nəqli və həmin maddələrdən istifadə ilə əlaqədar işlərə xüsusi icazə verilməsi Qaydaları"nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2004-cü il tarixli, 42 nömrəli qərarının 1.2-ci bəndinə əsasən bu Qaydalara əsasən Fövqəladə Hallar Nazirliyi Tərəfindən verilən xüsusi icazə mülkiyyət və təşkilatihüquqi formasından asılı olmayaraq hüquqi şəxslərə, habelə hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərə (bundan sonra - ərizəçilər) bu Qaydaların 1.1-ci bəndində göstərilən fəaliyyət növünü həyata keçirməyə icazə verən rəsmi sənəddir. Əhalinin radiasiya təhlükəsizliyi haqqında Azərbaycan Respublikasının xx.xx.1997-ci il tarixli, 423-İQ saylı qanununun 13-cü maddəsinə əsasən Müvafiq icra hakimiyyəti orqanları ionlaşdırıcı şüa mənbələrindən istifadə ilə əlaqədar fəaliyyət göstərən müəssisə və təşkilatlarda, habelə radiasiya nəzarəti aparılan ərazilərdə radiasiya təhlükəsizliyinin təmin edilməsi tədbirlərini həyata keçirir, onların effektivliyinin qiymətləndirilməsi (sahibkarlara münasibətdə “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun tələbləri nəzərə alınmaqla) işini aparır. Əhalinin radiasiya təhlükəsizliyi haqqında Azərbaycan Respublikasının xx.xx.1997-ci il tarixli, 423-İQ saylı qanununun 22-ci maddəsinə əsasən Radiasiya təhlükəsizliyinin təmin olunmasında tələbləri yerinə yetirməyən və ya pozan hüquqi və fiziki şəxslər Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq inzibati, mülki-hüquqi və cinayət məsuliyyətinə cəlb olunurlar. Azərbaycan Respublikası İXM-nin 18.5-ci maddəsinə əsasən hüquqi şəxs barəsində inzibati tənbeh yalnız hakim tərəfindən tətbiq edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.3-cü maddəsinə əsasən hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 268.0.1-ci maddəsinə əsasən 268.0.1. ionlaşdırıcı şüa mənbələri ilə iş zamanı radiasiya təhlükəsizliyinin təmin edilməməsinə görə fiziki şəxslər yeddi yüz manatdan min manatadək məbləğdə, vəzifəli şəxslər iki min beş yüz manatdan üç min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər on iki min manatdan on beş min manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 12.1-ci maddəsinə görə bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Məhkəmə iş üzrə toplanmış sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, “QUSAR RMX” PHŞ-nin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 268.0.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirliliyi inzibati xəta haqqında protokol və məhkəmə iclasında hüquqi şəxsin etirafedici izahatı ilə sübuta yetirilmiş və onun əməli düzgün olaraq İXM-nin 268.0.1-ci maddəsi ilə tövsif edilmişdir. Məhkəmə istinad edilən və inzibati məsuliyyətə səbəb olan əmələ inzibati xətalar qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə araşdırmalarında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir və sübutların məcmusu istinad edilən inzibati məsuliyyətə səbəb olan əmələ qiymət verilməsi baxımından kifayət edir. Habelə, əməlin inzibati xəta olmasını aradan qaldıran hallar, həmçinin inzibati məsuliyyətdən azad edilməsi üçün əsaslar olmadığından, “QUSAR RMX” PHŞ inzibati məsuliyyətinə cəlb edilməli və barəsində inzibati tənbeh tətbiq edilməlidir. Azərbaycan Respublikası İXM-nin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olubolmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Azərbaycan Respublikası İXM-nin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 31.3-cü maddəsinə əsasən hüquqi şəxslər barəsində inzibati tənbeh tədbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmi və ya onun maraqlarının təmin edilməməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs “Qusar rayon Mərkəzi Xəstəxanası” PHŞ-nin haqqında inzibati tənbeh tətbiq edilməsi məsələsi müzakirə edilərkən məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs “Qusar rayon Mərkəzi Xəstəxanası” PHŞ-nin törətdiyi inzibati xətanın xarakterini və işin digər hallarını nəzərə alaraq hüquqi şəxs “Qusar rayon Mərkəzi Xəstəxanası” PHŞ barəsində inzibati tənbeh növü olaraq inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilməsini məqsədə müvafiq hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114, 115, 128-130-cu maddələrini rəhbər tutaraq QƏRARAALDİ: Hüquqi şəxs “Qusar rayon Mərkəzi Xəstəxanası” PHŞ (VÖEN №**********) Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 268.0.1-сi maddəsi ilə təqsirli bilinib 12000 (on iki min) manat məbləğində cərimə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Qusar Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Qərardan apellyasiya qaydasında şikayət və protest verilmədikdə qərardan şikayətin verilməsi müddətinin bitdiyi gün qərar qanuni qüvvəyə minir. Hakim: Əli Cəlilov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar