Azərbaycan Respublikası adından QƏRAR Qusar şəhəri İş № 3(029)-248/2021 21.05.2021 QUSAR RAYON MƏHKƏMƏSİ Mən, Qusar rayon məhkəməsinin hakimi Vəliyev Adil Yaqub oğlu, xx xxxxxx 1985-ci ildə Quba rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, Quba rayonu Susay Qışlaq kəndində qeydiyyatda olmaqla, həmin ünvanda yaşayan, əvvəllər Qusar rayon məhkəməsinin 05.10.2020-ci il tarixli 3(029)-433/2020 saylı qərarı ilə Azərbaycan Respulikasının İXM-nin 333.1-ci maddəsi ilə təqsirli bilinib barəsində cərimə növündə inzibati tənbeh tətbiq edilmiş Şəxs barəsində Azərbaycan Respublikasının İXM-nin 33.2-ci maddəsi ilə Qusar rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiallara açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdim: Təqdim edilmiş inzibati xəta haqqında protokoldan və ona əlavə olunmuş sənədlərdən görünür ki, Şəxs 20 may 2021-ci il tarixdə saat 08:35 radələrində “VAZ-2107” minik markalı **-BP-*** dövlət qeydiyyat nişanlı avtomobili spirtli içki qəbul edərək idarə etmişdir. Qusar RPŞ-nin DYPB tərəfindən Şəxs barəsində Azərbaycan Respublikasının İXMnin 333.2-ci maddəsi ilə 20 may 2021-ci il tarixli İXP ******* saylı inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün 21 may 2021-ci il tarixdə Qusar rayon məhkəməsinə göndərilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında inzibati xəta haqqında protokolda göstərilən xüsusatları təsdiq etmiş, həmin xətanı törətməkdə özünü təqsirli bildiyini, əməlindən səmimi peşman olduğunu, bir daha belə hərəkətlərə yol verməyəcəyinə söz verdiyini göstərmiş və barəsində yüngül inzibati tənbeh tədbirinin tətbiq edilməsini məhkəmədən xahiş etmişdir. İş materiallarında olan 20.05.2021-ci il tarixli, protokollaşdırma nömrəsi 04213 olan alkotesterdən çıxarışdan görünür ki, həmin tarixdə saat 08:39-da Şəxs qanında alkoqolun konsentrasiyası 0,443 promilli olmaqla o, sərxoş vəziyyətdə olmuşdur. İş materiallarında olan Qusar rayon məhkəməsinin 05.10.2020-ci il tarixli, 3(029)- 433/2020 saylı qərarından görünür ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinib, 400 (dörd yüz) manat məbləğində cərimə edilmişdir. İş materiallarında olan Qusar rayon Polis Şöbəsinin 21.05.2021-ci il tarixli 149- 10140-1221 saylı məktubundan görünür ki, Şəxs tərəfindən nəqliyyat vasitəsinə adına daxil olmuş İXP ******* nömrəli inzibati protokolun cərimə ödənişi təmin edilmişdir. Beləliklə, iş materiallarını tam şəkildə tədqiq edərək hesab edirəm ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs həmin hərəkəti ilə Azərbaycan Respublikasının İXM-nin 333.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir və onun barəsində inzibati tənbeh tətbiq edilməlidir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs barəsində inzibati tənbeh tətbiq edilməsi məsələsi müzakirə edilərkən, onun əməlindən səmimi peşman olması məsuliyyəti yüngülləşdirən hal kimi qəbul edilir, məsuliyyəti ağırlaşdıran hallar isə müəyyən edilməmişdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 114-115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, Qərara aldım: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 333.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinib, nəqliyyat vasitəsini idarə etmək hüququ iki il müddətinə məhdudlaşdırılmaqla 400 (dörd yüz) manat məbləğində cərimə edilsın. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Qusar rayon məhkəməsi vasitəsilə və ya birbaşa Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Qərardan apelyasiya qaydasında şikayət və protest verilmədikdə qərardan şikayətin verilməsi müddətinin bitdiyi gün qərar qanuni qüvvəyə minir. Hakim: Adil Vəliyev
Məhkəmə qərarları › İş №3(029)-248/2021
Qusar Rayon Məhkəməsi Qərar — İş №3(029)-248/2021
21.05.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver