Azərbaycan Respublikası adından QƏRAR Qusar şəhəri İş № 3(029)-248/2024 21.11.2024 QUSAR RAYON MƏHKƏMƏSİ Hakim Cəlilov Əli İsa oğlunun sədrliyi Ağaliyev Hümmət Rahib oğlunun katibliyi, “Qusar rayon Mərkəzi Xəstəxanası” Publik hüquqi şəxsin direktoru Nümayəndə iştirakı ilə “Qusar rayon Mərkəzi Xəstəxanası” Publik hüquqi şəxsi barəsində Azərbaycan Respublikası İXM-nin 192.1-ci maddəsi ilə Qusar rayon Prokurorluğundan daxil olmuş inzibati xəta haqqında materiala Qusar rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə, MÜƏYYƏN ETDİ: Qusar rayon Prokurorluğunda “Qusar rayon Mərkəzi Xəstəxanası” Publik hüquqi şəxsi barəsində Azərbaycan Respublikası İXM-nin 192.1-ci maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraata başlanması haqqında 06 noyabr 2024-cü il tarixli qərar qəbul edilərək baxılması üçün materiallar Qusar rayon məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan “Qusar RMX” X7 direktoru Nümayəndə qərar üzrə özünü təqsirli bilməyərək izahatında bildirmişdir ki, həmin qərarın qəbul edilməsinə əsas olmuş şahid izahatları şər, böhtan və qərəzlidir. Belə ki, məhkəməyədək icraat zamanı izahatı alınmış Şahid3 izahatında arvadı X2 “Qusar RMX” PHŞ-də 2024-cü ilin fevral ayından qeyri-rəsmi olaraq işlədiyini, Nümayəndəa tərəfindən ona çox geniş idarəetmə, nəzarət səlahiyyətləri verildiyini və Şahid9 ona verilmiş səlahiyyətlərdən istifadə edərək, müxtəlif şöbələrin işlərinə qanunsuz müdaxilə etdiyini, bəzi işçilərdən izahatlar tələb edib onları işdən çıxarmaqla təhdid edib qorxutmaqla, anbarlarda yoxlamalar təşkil etməklə və digər hərəkətləri ilə həmin müəssisədə qanunsuz olaraq işləmişdir. Şahid3 məhkəməyədək icraat zamanı verdiyi izahatı qərəzli qəbul etmiş və sübut olaraq qəbul edilməməsini xahiş etmişdir. Şahid1 izahatının qərəzli olaraq verildiyini bildirmişdir. Şahid1 Qusar rayon Prokurorluğunda verdiyi izahatında qeyri-səmimilik göstərmiş və qərəzli mövqedən izahat vermişdir. Bu halların nəzərə alınaraq Şahid1 izahatının sübut kimi qiymətləndirilməməsini xahiş etmişdir. Şahid4 izahatının da şər və böhtan olduğunu və qərəzli olduğunu bildirmişdir. Belə ki, Şahid4 onun inzibati işlər üzrə müavini vəzifəsində çalışmışdır. İzahatında Şahid3 izahatı ilə bənzər izahat verərək eyni xüsusatları qeyd etmişdir. Şahid5 Ələddin oğlu da Prokurorluqda verdiyi izahatında yalanlara üz tutaraq şər və böhtan atmışdır. Belə ki, o da izahatında Şahid3 ilə bənzər izahat verərək, arvadının orada qanunsuz işlədiyini, hər gün işə gəlib getdiyini, işçilərə göstəriş və tapşırıqlar verdiyini gördüyünü bildirmişdir. Şahid5 həmin xəstəxanada mühafizəçi işlədiyini, mühafizəçinin iş prinsipinin isə 1 gün gündüz növbəsi, 2 gün istirahət və 1 gün gecə növbəsində işlədiyini, nəticə etibarı ilə arvadının ora hər gün gedib gəlməsini, orada kimlərəsə göstəriş və tapşırıqlar verməsini gördüyünü bildirməsini yalan olaraq qiymətləndirmişdir. Həmçinin həmin şəxsin iş yerinin xəstəxananın çöl hissəsində yerləşən postlarda olduğunu bildirmiş və həmin şəxsin arvadı Şahid9 kimlərəsə göstəriş və tapşırıqlar verdiyini görməsi faktını yalanlamışdır. Şahid6 izahatınında qərəzli, şər və böhtandan ibarət olduğunu bildirmişdir. Belə ki, Şahid6 oğluda digər şahidən izahatına uyğun izahat verərək Şahid9 xəstəxanada qanunsuz olaraq işlədiyini bildirmişdir. Şahid7 digər şahid izahatları ilə eyni məzmunlu izahat verərək Şahid9 həmin xəstəxanada qanunsuz olaraq işləmə faktını təsdiq etmişdir. Həmin şəxsin müqavilə müddətinin bitməsi ilə əlaqədar olaraq onun tərəfindən vəzifədən kənarlaşdırıldığını bildirmişdir. Belə ki, həmin şəxs Xəstəxananın Sığorta şöbəsinin Statistika bölməsinin müdiri vəzifəsində işləmiş, həmin vəzifədə çalışdığı müddətdə vətəndaşlara pulsuz göstərilməli olan xidmətlərin müqabilində müəyyən miqdarda pul almış, bu hallara görə onun tərəfindən həmin şəxsə xəbərdarlıqlar edilsədə bu xəbərdarlıqlar nəticə verməmiş və nəticədə əmək müqaviləsinin müddətinin bitməsi ilə əlaqədar olaraq vəzifəsindən kənarlaşdırılmışdır. Göstərilən hallara görə Şahid7 Prokurorluqda qərəzli izahat verərək şər və böhtan atmışdır. Xəstəxananın anbar bölməsində yoxlama keçirildiyini, həmin yoxlamanın maliyyə şöbəsinin müdiri, innovasiya şöbəsinin müdiri və onun inzibati işlər üzrə müavini tərəfindən keçirildiyini və başqa şəxslərin iştirak etmədiyini bildirmişdir. Həmin yoxlamalarda komissiya üzvlərinin razılığı ilə komissiya üzvü olmayan, həmin yoxlanılan bölmə üzrə mütəxəssis olan xəstəxana əməkdaşının iştirak edə biləcəyini bildirmişdir. Özünün Qusar RMX-ya direktor vəzifəsinə gəldikdən təxminən 1-2 ay sonra arvadı Şahid9 Bakı Sağlamlıq Mərkəzində işindən ayrıldığını bildirmişdir. Həmin halların nəzərə alınaraq Şahid7 izahatının sübut kimi qiymətləndirilməməsini xahiş etmişdir. Arvadı Şahid9 əvvəllər Bakı Sağlamlıq Mərkəzində aptek bölməsində çalışdığını, həmin iş yerində əmək müqaviləsinə nə zaman xitam verildiyini xatırlamadığını, Qusar RMX-da işə qəbul edilənədək xəstəxanın binasına gedib gəldiyini, gedib-gəlmə səbəbinin ona mütəmadi olaraq səhhəti ilə bağlı qayğı göstərdiyini, yemək verdiyini, yuxarıda göstərilən işçilərdən Şahid3, Şahid4, Şahid6 öz ərizələri ilə işdən kənarlaşdırıldığını, Şahid5 hal-hazırda işdən kənarlaşdırılma prossesinin davam etdiyini, Şahid1 isə əvvəl özü tərəfindən işdən kənarlaşdırıldığını, məhkəmə qərarı ilə isə yenidən işə qəbul ediləcəyini bildirmişdir. Yekun olaraq Şahid9 xx.xx.2024-cü il tarixdən əvvəl xəstəxanaya onun yanına gəldiyini, onun yanından çıxdıqdan sonra hansısa şöbələrə daxil olduğunu bilmədiyini, dəhlizdə xəstəxana işçiləri ilə söhbət edə biləcəyini bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3, məhkəməyəqədər icraat zamanı verdiyi izahatı təsdiq edərək izahatında bildirmişdir ki, Nümayəndə arvadı Şahid9 xx.xx.2024-cü il tarixdə Fidan Məlikovanın ərini çağırıb ona dövlət tərəfindən doğuşa görə əlavə pul ödəniləcəyini bildirib onun guya arvadının əməliyyatı ilə əlaqədar onlardan 400 manat pul almağı barədə ərizə yazdırmışdır. Sual olunur ki, Şahid9 “Qusar RMX” PHŞ-də işləmədiyi halda vətəndaşı çağırıb nəyə görə ondan ərizə alır. O, bu məsələ ilə əlaqədar Fidan Məlikovanın əri ilə danışıb söhbət etmiş, həmin şəxs ona öz dili ilə heç bir şikayətinin olmadığını bildirmiş, bu bir ərizəni Şahid9 onu aldadaraq yazdırdığını demişdir. Həmin tarixdə Şahid9 xəstəxanada heç bir vəzifədə işləmirdi. O da Nümayəndə qanunsuz olaraq arvadı Şahid9 xəstəxanada gəlib özünü işçi kimi aparmasını üzə vurduğuna görə, sonradan ilkin ərizəni yoxa çıxarıb xx.xx.2024-cü il tarixli yeni ərizə almışdır. Lakin Nümayəndə ona göstərdiyi ilkin ərizə tamam fərqli ərizə idi. O, bu məsələni üzə vurandan sonra, Nümayəndə qanunsuz əməllərinin üstünə pərdə çəkməkdən ötrü eşitdiyinə görə xx.xx.2024-cü il tarixdə arvadı Şahid9 ilə əmək müqaviləsi bağlayaraq onu Aptek bölməsinin müdiri vəzifəsinə işə qəbul edilməsi barədə əmr vermişdir. Şahid9 Aptek bölməsinin müdiri vəzifəsində işləməsinə baxmayaraq, bütün xəstəxanada idarəetmə səlahiyyətlərini öz əlinə alıb xəstəxananı idarə edirdi. Şahid9 2024-cü ilin təxminən fevral ayının sonları, mart ayının əvvəllərindən etibarən “Qusar Rayon Mərkəzi Xəstəxanası” PHŞ-də qeyri-rəsmi olaraq işləmiş, əri Nümayəndə tərəfindən ona müstəsna idarəetmə, nəzarət səlahiyyətləri verilmişdir. Şahid9 da bu səlahiyyətlərdən istifadə edərək bütün xəstəxanaya nəzarət etmişdir. Belə ki, Şahid9 xəstəxananın bütün şöbələrinə özü şəxsən nəzarət etmiş, şöbələrdə, anbarlarda yoxlamaları özü şəxsən keçirmiş, işçilərdən özü şəxsən iş barədə izahatlar tələb edib hətta onları işdən qovacağını bildirib onlara təsir etmişdir. “Qusar RMX” PHŞ-də işləyənlərdən kimin barəsində intizam tənbehi görülməsi, kimin işdən çıxarılması, kimin işə qəbul edilməsi kimi məsələlərə Şahid9 qərar vermişdir. Bütün Qusar RMX PHŞ-nin işçiləri də bunu bilmiş, ancaq qorxularından səslərini çıxarmamışlar. Şahid9 qeyri-qanuni olaraq 2024-cü ilin fevral ayından xx.xx.2024-cü il tarixə qədər qeyri-rəsmi olaraq ümumi nəzarətçi vəzifəsində işləmişdir. O, isə ona Şahid9 yerini bildirdiyinə, onun işinə müdaxilə etməməsini dediyinə görə ona qarşı belə bir oyun qurmuşdur. Şahid9 xəstəxanaya gəldiyi gündən elə bilmişdir ki, o həqiqətəndə orada işləyir. Şahid9 daim Kamil həkimin yanında olmuş, hətta iclas keçiriləndə belə orada olmuş, Kamil həkimlə tək danışmaq lazım olduqda isə Şahid9 qoymamışdır. İclaslarda Şahid9 heçnə deməmiş, sadəcə oturub qulaq asmışdır. Şahid9 onun şöbəsinə gələrək, onun şöbəsində yoxlamalar keçirmişdir. Şahid9 fevral ayından xəstəxanada görmüşdür. İlhamə baş həkim gələn ilk gündən onun yanındadır. İlhamə gələn gündən o, elə bilmişdir ki, o, həqiqətən Xəstəxanada işləyir, xəstəxanın işçisi kimi bilmişdir. Şahid9, onun işlədiyi şöbəyə gələrək işçilərini yoxlamışdır. Məhkəməyədək icraat zamanı heç kim ona hədə qorxu gəlməmiş, izahatı özü yazmış, hadisə necə baş vermişdirsə, müstəntiq onun izahatını yazmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 məhkəməyəqədər icraat zamanı verdiyi izahatı təsdiq edərək izahatında bildirmişdir ki, Nümayəndə işə başladığı gündən etibarən arvadı Şahid9 da “Qusar RMX” PHŞ-nə qeyri-rəsmi olaraq işə götürmüş, ona qeyri qanuni olaraq geniş səlahiyyətlər vermiş, Şahid9 da ona verilmiş mütəsna səlahiyyətlərdən istifadə edərək bütün xəstəxanaya nəzarət etmişdir. lhamə Hacıyeva heç bir vəzifə tutmadığı, rəsmi qaydada işə qəbul edilmədiyi halda hamının işinə qanunsuz olaraq müdaxilə etmişdir. Şahid9 heç bir əmək müqaviləsi, işə qəbul edilməsi barədə əmri olmadığı halda ərzaq anbarında onun barəsində yoxlama təşkil etmiş, yoxlama nəticəsində tərtib edilmiş aktda və digər sənədlərdə onun imzası olmasa da, bütün bu işlərə Şahid9 rəhbərlik etmişdir. Şahid9 onun işinə müdaxilə etməməsini deyəndə, ona bu işi əri, yəni “Qusar RMX” PHŞ-nin direktoru Nümayəndə tapşırdığını bildirirdi. Nümayəndə də hər gün psixoloji təzyiqlər edərək onu tutduracağını, başına iş açacağını demişdir. O da qorxudan onun arvadına səs çıxarda bilmirdi. Şahid9 tək ona yox xəstəxananın bütün sahələrinin, şöbələrinin işinə müdaxilə edərək işçilərə təzyiq edərək özünü qanunsuz olaraq səlahiyyətli, vəzifəli şəxs kimi aparırdı, hamının işinə müdaxilə edirdi, soruşanda direktor müavini vəzifəsində işlədiyini deyirdi. Şahid9 2024-cü ilin təxminən fevral ayının sonları, mart ayının əvvəllərindən etibarən hər gün “Qusar Rayon Mərkəzi Xəstəxanası” PHŞ-də qeyri-rəsmi olaraq işləmişdir. Şahid9 anbarda keçirilən yoxlamalarda iştirak etmişdir. Şahid9 anbarların qapılarını bağlayıb, qapılara yapışdırıcı vurub, özü istəyəndə anbarı açıb-bağlamışdır. Həmçinin Şahid9 ərzaq qəbulunda keçirilən komissiyada iştirak etmiş, xəstəxanın digər şöbələrinin işlərinə müdaxilə etmişdir. Yoxlama anbarda gedib, yoxlamanı İlhamə və başqa işçilər aparıb, yoxlama 2024-cü ilin mart aprel aylarında aparıb. Anbarda yoxlamada İlhamə də iştirak etmişdir. Xəstəxananın əməkdaşları söhbət etmişlər ki, İlhamə əməkdaşların şəxsi əşyaları olan şkafları dağıdıb, bu hadisə mart aprel aylarında olub, işçilərə töhmətlər də verib. İlhamə şkafları dağıdan vaxtı əməkdaşlara izahatlar yazdırıb, töhmətlər vermişdir. Anbardar ona demişdir ki, may ayında İlhamə anbarların qapılarını bağlayıb, qapılarına skoç vurub, bunu etməyə İlhamənin isə ixtiyarı olmamışdır. İlhamə ərzaq qəbulunda komissiyada iştirak etmişdir. İşçilərdən də eşitmişdir ki, İlhamə işlərə müdaxilə edib, xəstəxananın bütün otaqlara gedib yoxlamış, orada necə iş apardığına baxmışdır. İlhamənin əmri olub olmadığını bilməmiş, anbarda yoxlama komissiyası üzvləri arasında İlhamənin adı olmamışdır. İlhamə çox vaxtlar ümumi şöbədə olmuşdur. Məhkəməyədək icraat zamanı heç kim ona hədə qorxu gəlməmiş, izahatı özü yazmış, hadisə necə baş vermişdirsə, müstəntiq onun izahatını yazmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid9 izahatında bildirmişdir ki, Azərbaycan Tibb Universitetinin, Farmakologiya fakultəsinin məzunudur. Bundan əvvəlki iş yeri Bakı Sağlamlıq Mərkəzidir. Həmin mərkəzdə aptek bölməsində çalışmışdır. Oradakı əmək müqaviləsinə nə zaman xitam verildiyini xatırlamır. Qusar RMX-da işə düzəlməsi üçün ilk öncə Nümayəndə müraciət etmiş, Nümayəndə sənədlərini TƏBİB-ə göndərmiş, TƏBİB-nin müsahibəsində iştirak etmiş və TƏBİB-də onun Qusar RMX-da işlə təmin edilməsi üçün Nümayəndə məktub ünvanlamışdır. Qusar RMX-da əmək müqaviləsi xx.xx.2024-cü il tarixdə rəsmi olaraq bağlanmaşdır. Həmin vaxta qədər o xəstəxanaya gəlmiş, gəlmə səbəbi isə əri Nümayəndə maşınla götürüb aparmaq olmuşdur. Qusar RMX-ya gələn zaman başqa şöbələrin işinə qarışmamış, katibələrlə söhbət etmiş heç bir idarəçilik həyata keçirməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 izahatında bildirmişdir ki, Qusar RMX-da ictimaiyyətlə əlaqələr şöbəsində mütəxəssis vəzifəsində çalışır. Şahid9 Qusar RMX-da əmək müqaviləsi bağlanmamışdan yəni xx.xx.2024-cü il tarixdən əvvəldə tək-tük hallarda görmüşdür. Gördüyü hallarda Şahid9 əri Nümayəndə maşınla işdən götürməyə gəldiyi hallardır. Öz kabinetinin 4-cü mərtəbədə yerləşdiyini, direktorun kabinetinin yanında olduğunu bildirmiş, Şahid9 ora tək-tük hallarda gedib-gəlməsi halını isə əsaslandıra bilməmişdir. Həmçinin Şahid1 və Şahid3 hal-hazırda işləmədiyini, Elenanın öz ərizəsi ilə işdən çıxdığını, Şahid1 isə hansı səbəbdən və necə işdən çıxdığı haqqında məlumatı olmadığını bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid5 Ələddin oğlu məhkəməyəqədər icraat zamanı verdiyi izahatı təsdiq edərək izahatında bildirmişdir ki, Nümayəndə işə başladığı gündən arvadı Şahid9 da heç bir rəsmi əmr, əmək müqaviləsi olmadan qanunsuz olaraq xəstəxanada özünü vəzifəli şəxs kimi təqdim edərək bütün işlərə qarışmış, bütün şöbələrlə nəzarət edib şöbə müdirlərinin üstünə qışqırmışdır. 2024cü ilin fevral ayının sonu, mart ayının əvvəllərindən etibarən demək olar hər gün Şahid9 “Qusar RMX” PHŞ-nə işə gəldiyini görmüşdür. Şahid9 heç bir səlahiyyəti olmadığı halda xəstəxananın bütün bölmələrinin işinə qanunsuz olaraq qarışıb tapşırıqlar vermiş, hətta bir neçə dəfə “Qusar RMX” PHŞ-də işləyən müxtəlif şəxslər Şahid9 onların işinə qarışmamasını deyəndə, Şahid9 ərinin xəstəxana direktoru olduğunu, bu işi də ona əri Nümayəndə tapşırdığını bildirmişdir. İlhaməni xəstəxanada bir böyük kimi, müavin kimi görmüş, çünki o, özünü elə aparmışdır. İlhaməni böyük rəhbər kimi tanımış, xəstəxanada göstərişlər vermiş, xəstəxanada kim varsa hamısına göstəriş vermişdir. Xəstəxanada hamı onu müavin kimi tanımışdır. İlhamə xəstəxanada işçilərə baxıb, onları yoxlamışdır. İlhamənin işə saat neçədə gəldiyinə baxmamışdır. İlhamə onun işlədiyi yerdən keçəndə görmüşdür. İlhamə işçilərə tapşırıqlar vermiş, o bu barədə işçilərdən soruşmamış, İlhamə onlara nə isə düz etmədiklərini demiş, tibb bacılarına da göstəriş vermişdir. İlhaməni o, müdiriyyət kimi tanımış, Kamil həkimin müavini bilmişdir. İlhamə özünü müavin kimi, vəzifəli şəxs kimi aparmış, göstərişlər də vermişdir. İlhamənin çox işçiyə əmr verdiyini eşitmişdir. Məhkəməyədək icraat zamanı heç kim ona hədə qorxu gəlməmiş, izahatı özü yazmış, hadisə necə baş vermişdirsə, müstəntiq onun izahatını yazmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid6 məhkəməyəqədər icraat zamanı verdiyi izahatı təsdiq edərək izahatında bildirmişdir ki, Nümayəndə Şahid1 işdən kənarlaşdırmağa bəhanə tapmaqdan ötrü 2024-cü ilin təmxinən may-iyun aylarında arvadı Şahid9 rəhbərliyi ilə Anbar bölməsində yoxlama təşkil etmiş, lakin heç bir ciddi, hansısa əmlakın mənimsənilməsinə əsas verəcək məbləğdə əksiklik aşkar olunmamışdır. Orada olan əmlakların amortizasiyası, saxlanılma şəraitləri ilə əlaqədar normal olaraq müəyyən qədər əksiklikləri mənimsəmə kimi sənədləşdirib Şahid1 işdən çıxartmışdır. Bu yoxlamaya isə Nümayəndə arvadı Şahid9 da qeyri-rəsmi olaraq rəhbərlik etmişdir. Şahid9 xx.xx.2024cü il tarixdə “Qusar RMX” PHŞ-də rəsmi olaraq işə qəbull edilmiş, lakin 2024-cü ilin fevral ayının sonlarından etibarən qeyri-rəsmi olaraq xəstəxanada işləmiş, Nümayəndə işə başladığı gündən onunla birlikdə rəsmi işçi kimi hər gün işə gəlib-getmiş, heç bir əmək müqaviləsi bağlanmadan, işə qəbul edilməsinə dair əmr olmadan təxminən 6 ay ərzində “Qusar RMX” PHŞ-də işləyərək demək olar bütün xəstəxanaya nəzarəti həyata keçirib hamının işinə müdaxilə etmiş, göstərişlər vermişdir. Şahid9 2024-cü ilin fevral ayının sonundan etibarən xx.xx.2024-cü il tarixinə qədər qeyri-rəsmi olaraq əmək müqaviləsi bağlanmadan, işə qəbul edilməsi barədə heç bir rəsmi əmr olmadan “Qusar RMX” PHŞ-də işləmiş, hər gün işə-gəlib getmiş, heç bir səlahiyyəti olmadan ərinin direktor vəzifəsində işləməsindən istifadə edərək xəstəxanada göstərişlər vermiş, idarəetmə, nəzarət funksiyalarını həyata keçirmişdir. Şahid9 həmçinin onunda birbaşa işinə qarışmış, “Chiller” havalandırma sistemlərində olan nasazlıqlarla bağlı ona iradlar bildirmiş, sənədlərin və əmlakların yoxlanmasında nəzarəti həyata keçirmişdir. Ümumiyyətlə direkotor Nümayəndə gəldikdən sonra, aprel-may aylarında Şahid9 ona yaxınlaşaraq satınalma qaydaları haqqında suallar vermiş, portaldan necə istifadə ediləcəyini öyrənmək istəmiş və satınalma komissiyasının işlərinə qanunsuz müdaxilə etmişdir. Halbuki Şahid9 həmin işlərə müdaxilə etmək səlahiyyəti olmamışdır. Bu barədə Nümayəndə heç bir məlumat verə bilməmiş və Şahid9 2024-cü ilin mart ayından o işdən çıxana qədər onun işinə müdaxilə etmişdir. Şahid9 da Kamil ilə bir yerdə gəlib gələn gündən xəstəxanada fəaliyyət göstərib. İlhamənin nə işlədiyini bilməmiş, o, rəsmi işçi kimi olmayıb, ola bilsin ki, Kamil doktorun göstərişlərini yerinə yetirib, şöbələrə nəzarət edib fəaliyyət göstərmişdir. İlhamə satınalma qaydaların necə keçirildiyini öyrənilməsini istəmiş, portaldan necə istifadə etdiyini, nə etdiyini soruşmuş, İlhamənin bu hərəkəti isə sırf satınalma komissiyanın işinə müdaxilədir, İlhamənin isə komissiyanın işinə müdaxilə etməsinə səlahiyyəti yoxdur. İlhamə satınalma komissiyanın işinə qismən müdaxilə edib. İlhamə onun işinə görə irad da bildirmişdir. İlhamə ona “niyə havalandırma sistəmi təmir etdirmirsiz” deyib, o da qaydalara görə birinci qüsur aktın olmalı olduğunu demiş, İlhamə isə ona “sən işi görmürsən sən eləmirsən” demişdir. Şahid9 ona bu sözləri demək səlahiyyəti yoxdur. Məhkəməyədək icraat zamanı heç kim ona hədə qorxu gəlməmiş, izahatı özü yazmış, hadisə necə baş vermişdirsə, müstəntiq onun izahatını yazmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid7 məhkəməyəqədər icraat zamanı verdiyi izahatı təsdiq edərək izahatında bildirmişdir ki, o, hələ işdən çıxamamışdan əvvəl, yəni 2024-cü ilin may ayında “Qusar RMX” PHŞ-nin anbar bölməsində yoxlamalar aparılırdı. Bu yoxlamaya Nümayəndə arvadı Şahid9 rəhbərlik edirdi. Şahid9 Nümayəndə işə başladığı 2024-cü ilin fevral ayının sonlarından etibarən “Qusar RMX” PHŞ-də qeyrirəsmi olaraq, heç bir əmək müqaviləsi olmadan işləmiş, 2024-cü ilin fevral ayında aparılan yoxlamalara da özü rəhbərlik etmişdir. Özü işdən çıxmazdan əvvəl onu demək olar hər gün xəstəxanaya işə gəlib-getdiyini görmüşdür. Şahid9 heç bir səlahiyyəti olmadığı halda özünü “Qusar RMX” PHŞ-nin işçisi kimi göstərmiş, Nümayəndə də hamıya onun “Qusar RMX” PHŞ-də işlədiyini bildirmiş, lakin bildiyinə görə yalnız xx.xx.2024-cü il tarixdə onunla rəsmi olaraq əmək müqaviləsi bağlanmışdır. Şahid9 o “Qusar RMX” PHŞ-də olan işlədiyi müddətdə xəstəxanada demək olar hamının işinə qarışıb nəzarət etmiş, bir neçə dəfə şəxsən onun işinə də qarışıb göstəriş vermək istəsə də, işinə müdaxilə etməsinə səlahiyyəti olmadığını bildirmişdir. Anbarda yoxlamalar yekunlaşandan sonra isə eşitdiyinə görə cüzi məbləğlərə görə əsassız olaraq Şahid1 anbar müdiri vəzifəsindən kənarlaşdıraraq onun yerinə öz tanışını həmin vəzifəyə təyin etmişdir. Həmçinin Şahid9 anbar bölməsində keçirilən yoxlamaya, anbar bölməsinə gələn gələn mal qəbuluna nəzarət etdiyini görmüşdür. Bu kimi halları Nümayəndə bildirmiş, lakin heç bir tədbir görülməmişdir. Eşitdiyinə görə o işdən çıxdıqdan sonra da Şahid9 anbarlarda yoxlamalar təşkil etmiş və həmin yoxlamaları fevral–mart aylarında keçirmişdir. İlhaməni oranın işçisi kimi tanımışdır. İlhamə ona hesabatı vaxtında çatdırılmasını, ölüm haqqında şəhadətnamələrin və hesabatların vaxtında verilməsini tələb etmişdir. İlhamənin ona göstəriş vermək səlahiyyəti olmamışdır. Eşitdiyinə görə İlhamə anbarlarda yoxlamalar da aparmışdır. İlhamənin anbarı yoxlayanda gözü ilə görmüşdür. İlhamə anbara gələn maşını da qarşılamışdır. İlhamənin anbarda təhvil təslim edəndə də görmüşdür. Məhkəməyədək icraat zamanı heç kim ona hədə qorxu gəlməmiş, izahatı özü yazmış, hadisə necə baş vermişdirsə, müstəntiq onun izahatını yazmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 məhkəməyəqədər icraat zamanı verdiyi izahatı təsdiq edərək izahatında bildirmişdir ki, Şahid9 2024-cü ilin mart ayından etibarən xx.xx.2024-cü il tarixinə qədər qeyri-rəsmi olaraq “Qusar Rayon Mərkəzi Xəstəxanası” PHŞ-də işləmiş, xəstəxananın işinə özü rəhbərlik edərək, hamıya nəzarət etmiş, xəstəxana barədə qərarlara Şahid9 təsir etmişdir. Şahid9 2024-cü ilin aprel-may ayları ərzində “Qusar RMX” PHŞ-də anbar yoxlamasında özü şəxsən iştirak etmişdir. Şahid9 2024-cü ilin təxminən fevral-mart ayından etibarən hər gün saat 09:00-da işə gəlib iş saatlarında xəstəxanada olmuş, göstəriş, tapşırıqlar vermiş, bütün şöbələrə nəzarət etmişdir. 2024-cü ilin avqust ayına qədər Şahid9 işləməsi ilə əlaqədar heç bir rəsmi əmr, əmək müqaviləsi olmamışdır. Nümayəndə xx.xx.2024-cü il tarixdə arvadı Şahid9 işə qəbul edilməsi barədə əmr verib onunla əmək müqaviləsi bağlayaraq arvadını “Qusar RMX” PHŞ-nin aptek bölməsinin müdiri vəzifəsinə təyin etmişdir. Nümayəndə bu vəzifəyə təyin edilib işə başladığı gündən etibarən onun arvadı Şahid9 da “Qusar RMX” PHŞ-də qeyrirəsmi olaraq özünü vəzifəli şəxs kimi aparmış, heç bir səlahiyyəti olmadığı halda özbaşına şəkildə xəstəxanada nəzarət işini aparmış, həkimlərin, eləcə də xəstəxananın müxtəlif şöbələrinin işinə müdaxilə etmişdir. 2024-cü ilin fevral ayının sonlarından etibarən heç bir səlahiyyəti olmadığı halda xəstəxananın işinə müdaxilə edib özünü rəhbər vəzifəli şəxs kimi təqdim etmişdir. Həmçinin Nümayəndə otağında olduğu zaman Şahid9 elektron sənəd dövriyyəsi sistemində sənədləri imzaladığını həmçinin həmin sənədlərin sistemə işlənilməsinə köməkliklər göstərdiyini özü görmüşdür. Şahid9 direktorun arvadı olduğuna görə bu kimi halları özünə bildirməkdən çəkinmişdir. Bu kimi halları Nümayəndə bildirmiş, lakin heç bir tədbir görülməmişdir. Məhkəməyədək icraat zamanı heç kim ona hədə qorxu gəlməmiş, izahatı özü yazmış, hadisə necə baş vermişdirsə, müstəntiq onun izahatını yazmışdır. Azərbaycan Respublikası Konstitusiyasının 71-ci maddəsinin İ və X hissələri baxımından Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 18.5, 18.6, 43.3-1, 54.2 və 103-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 11 oktyabr 2023-cü il tarixli qərarına əsasən Azərbaycan Respublikası Konstitusiyasının 71-ci maddəsinin İ və X hissələrinin hüquqi mahiyyətindən irəli gələrək, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 54.2-ci maddəsində sadalanan inzibati xətalarla yanaşı, digər inzibati xətalar haqqında iş üzrə icraatın başlanması barədə qərar qəbul etmiş prokuror həmin qərarı hüquqi şəxsin inzibati məsuliyyətə cəlb edilməsi üçün bu Məcəllənin 18.5 və 103-cü maddələrinə əsasən məhkəməyə göndərməkdə haqlıdır. Məhkəmə yuxarıda göstərilən qərara əsasən hesab edir ki, Qusar raon Prokurorluğu haqlı olaraq “Qusar RMX” PHŞ barəsində Azərbaycan Respublikası İXM-nin 192.1-ci maddəsi ilə icraata başlamaq haqqında qərar qəbul edərək baxılması üçün Qusar rayon Məhkəməsinə göndərmişdir. Məhkəmə hesab edir ki, Qusar rayon Prokurorluğu tərəfindən “Qusar RMX”- PHŞ tərəfindən törədilən xəta düzgün olaraq Azərbaycan İXM-nin 192.1-ci maddəsi ilə tövsif edilmişdir. Məhkəmə “Qusar RMX” PHŞ-nin direktoru Nümayəndə izahatını, məhkəmədə dindirilmiş şahid izahatlarını, iş materiallarında olan sənədləri nəzərdən keçirib hesab edir ki, Qusar rayon Mərkəzi Xəstəxanası” Publik hüquqi şəxsi Azərbaycan Respublikası İXMnin 192.1-ci maddəsi ilə təqsirli bilinməli və inzibati məsuliyyətə cəlb edilməlidir. Belə ki, Nümayəndə məhkəmə iclasında verdiyi izahatdan görünür ki, o arvadı Şahid9 xəstəxanaya müntəzəm olaraq gəldiyini təsdiq etmişdir. Həmçinin gəlmə səbəbi olaraq ona dərmanlar, su və yemək verməkdən ibarət olduğunu bildirmişdir. O, öz izahatında Şahid9 onu maşınla götürüb aparmaq olduğunu bildirməmiş, həmçinin xəstəxanaya gəldiyi vaxtlarda başqa şöbələrə girdiyini, onların işlərinə qarışdığını görmədiyini demişdir. Lakin Şahid9 öz izahatında, məhkəmə iclasında Nümayəndə ona müdaxilə edənə qədər, gəlmə məqsədinin təkcə Nümayəndə maşınla aparmaq olduğunu bildirmiş, Nümayəndə tərəfindən ona müdaxilə edildikdən sonra isə Nümayəndə verdiyi izahatı təsdiq edərək, həmçinin yemək, su və dərman vermək üçün də gəldiyini bildirmişdir. Belə olan halda məhkəmə, Nümayəndə və Şahid9 səmimiliyinə inanmır və hər ikisinin izahatını məhkəmənin diqqətini yalan izahatlarla yönəltmək kimi qiymətləndirir. Həmçinin məhkəmə Şahid2 izahatına tənqidi yanaşaraq hesab edir ki, o, izahatında Nümayəndə müdafiə etməyə çalışmış, Şahid9 “Qusar RMX” PHŞ-nə tək-tük hallarda gəlib-getdiyini bildirmişdir. Lakin Şahid9 ora gəlib-getməsini izahatında əsaslandıra bilməmiş, nəyə görə Şahid9 xəstəxanaya gəlib-getməsini, müxtəlif vaxtlarda Şahid9 xəstəxanada göründüyünü əsaslandıra bilməmişdir. Şahid2 həmçinin məhkəməyəqədər icraat zamanı izahatında Şahid9 2024-cü ilin iyul ayından Qusar RMX-da işlədiyini bildirmiş, həmin izahatı öz sözləri ilə yazılmış və öz imzası ilə imzalanmışdır. Məhkəmə Şahid9 izahatına da tənqidi yanaşaraq, hesab edir ki, o məhkəməyədək icraat zamanı verdiyi izahatda, özünün “Qusar RMX” PHŞ-də 02 iyul 2024-cü il tarixdən etibarən çalışdığını bildirmiş, həmçinin prokurorluqda verdiyi izahatı özü imzalamış və öz sözləri ilə yazıldığını bildirmişdir. Həmçinin Nümayəndə da məhkəməyədək icraat zamanı verdiyi izahatda, arvadı Şahid9 “Qusar RMX” PHŞ-də 02 iyul 2024-cü il tarixdən etibarən çalışdığını bildirmiş, həmçinin prokurorluqda verdiyi izahatı özü imzalamış və öz sözləri ilə yazıldığını bildirmişdir. Məhkəmə, Nümayəndə, Şahid9, Şahid2 məhkəmə iclasında vermiş olduqları izahatları qeyri-səmimi, məhkəmənin diqqətini yayındırmağa yönələn cəhdlər kimi qəbul edir. Məhkəmə Şahid3, Şahid1, Şahid7, Şahid6, Şahid4 və Şahid5 Ələddin oğlunun izahatları tədqiq edərək həmin izahatları Şahid9 “Qusar RMX” PHŞ-də yaz aylarında qanunsuz olaraq işləməsini təsdiq edən sübut kimi qiymətləndirir. Belə ki, X4 öz izahatında bildirdiyinin, yəni həmin şəxslərin Nümayəndə qarşı qərəzli izahat verməsi faktının təsdiq edilmədiyi məlum olmuşdur. Belə ki, həmin şahidlərdən Şahid5 Ələddin oğlu hal-hazırda “Qusar RMX” PHŞ-də mühafizəçi vəzifəsində çalışır. Nümayəndə və öz izahatına əsasən müəyyən edilmişdir ki, Şahid5 tutduğu vəzifədən kənarlaşdırılmamışdır. Şahid1 isə Nümayəndə tərəfindən vəzifəsindən kənarlaşdırılmasına baxmayaraq, Nümayəndə izahatı əsasında müəyyən edilmişdir ki, xx.xx.2024-cü il tarixdə Şahid1 həmin vəzifəyə bərpa olunacaqdır. Həmçinin qeyd edilən şahidlərdən Şahid3, Şahid6 ilə əmək müqaviləsinə onların könüllü olaraq öz təşəbbüsləri əsasında onların ərizələri əsasında xitam verilmiş, Şahid7 ilə isə əmək müqaviləsinin müddəti bitmişdir. Məhkəmə yuxarıda göstərilən halları nəzərə alaraq hesab edir ki, həmin şəxslərin Nümayəndə qarşı qərəzli izahat vermək, şər və böhtan atmaq səbəb və məqsədləri olmadığından həmin şəxslərin ona qarşı qərəzli mövqedən çıxış etmək üçün heç bir əsası olmamışdır. Nəticə olaraq məhkəmə Nümayəndə izahatını özünümüdafiə xarakterli hesab edir. Bundan başqa, Nümayəndə tərəfindən məhkəmə iclasında dindirilmiş şahidlərin dediklərinin əksinin təsdiq edən hər hansı sübut məhkəməyə təqdim edilməmişdir. Məhkəmə iclasında dindirilmiş şahidlərin izahatlarından məlum olur ki, Şahid9 “Qusar rayon Mərkəzi Xəstəxanası” PHŞ-də hər gün işdə olmuşdur. Əgər Şahid9 “Qusar RMX” PHŞ-də işləməsə idi, nəyə görə hər gün həmin xəstəxanaya gəlib-gedirdi. Şahid9 hər gün xəstəxanaya gəlib getməsini mühafizəçi işləyən Şahid5 Ələddin oğlu da təsdiq edərək, əlavə olaraq Şahid9 xəstəxana daxilində otaqlara daxil olub yoxlayaraq nəzarət etdiyini bildirmişdir. Nümayəndə izahatında bildirir ki, arvadı Şahid9 ona dərman, yemək verməsi üçün xəstəxanaya gəlmişdir. Məlumdur ki, nahar fasiləsi müəyyən olunmuş saatlar vardır, həmin saatlarda müəssisəyə nahar üçün fasilə verilir. Nümayəndə sırf nahar fasiləsi zamanı Şahid9 gəldiyini bildirməmiş, yalnız ona dərman və yemək verməsi üçün İlhamənin xəstəxanada olduğunu bildirmişdir. Məhkəmə, Nümayəndə izahatını inandırıcı hesab etməyərək, özünümüdafiə xarakterli hesab edir. Məhkəmə, iclasında məlum oldu ki, Şahid9 “Qusar rayon Mərkəzi Xəstəxanası” PHŞ-də qeyri-qanuni olaraq təşkilati, nəzarət, inzibati işlər görərək əmək fəaliyyəti ilə məşğul olmuşdur. Şahid9 rəsmi qaydada əmək müqaviləsi bağlanana kimi “Qusar rayon Mərkəzi Xəstəxanası” PHŞ-də işləməsi məhkəmə iclasında dindirilmiş şahidlərin izahatları ilə də tam təsdiq olunur. Azərbaycan Respublikası Əmək Məcəlləsi Maddə 3. Bu Məcəllədə istifadə edilən əsas anlayışlar
3. İşəgötürən – tam fəaliyyət qabiliyyətli olub işçilərlə əmək müqaviləsi (kontrakt) bağlamaq, ona xitam vermək, yaxud onun şərtlərini dəyişdirmək hüququna malik mülkiyyətçi və ya onun təyin (müvəkkil) etdiyi müəssisənin rəhbəri, səlahiyyətli orqanı, habelə fiziki şəxs Maddə 7. Əmək münasibətlərinin qanunvericiliklə və müqavilə bağlamaqla tənzimlənməsi
2. Bu Məcəllənin 7-ci maddəsinin 2-1-ci və 2-2-ci hissələri ilə müəyyən edilmiş hallar istisna olmaqla, əmək münasibətləri əmək müqaviləsi elektron informasiya sistemində elektron sənəd formasında bağlandıqda yaranır. 2-1. Siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilmiş dövlət orqanlarında müvafiq vəzifələrə (peşələrə) qəbul edilən (götürülən) işçilərlə işəgötürənlər arasında əmək münasibətləri əmək müqaviləsi kağız üzərində yazılı formada bağlandıqda yaranır. 2-2. “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq məhdud məsuliyyətli cəmiyyətin elektron dövlət qeydiyyatına alınması üçün ərizədə qeyd olunmuş şəxslərlə əmək münasibətləri həmin Qanunla müəyyən olunmuş qaydada dövlət qeydiyyatı haqqında şəhadətnamə, dövlət reyestrindən çıxarış və nizamnamə cəmiyyətin elektron kabinetinə göndərildiyi andan yaranır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsi: Maddə 18. Hüquqi şəxslərin inzibati məsuliyyəti 18.1. Hüquqi şəxslər, o cümlədən xarici hüquqi şəxslər və xarici hüquqi şəxslərin filial və nümayəndəlikləri bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulmuş inzibati xətalara görə inzibati məsuliyyətə cəlb olunurlar. 18.2. Hüquqi şəxs inzibati məsuliyyətə həmin hüquqi şəxsin xeyrinə və ya onun maraqlarının qorunması üçün aşağıdakı şəxslər tərəfindən törədilən inzibati xətalara görə cəlb edilir: 18.2.1. hüquqi şəxsi təmsil etmək səlahiyyətinə malik olan vəzifəli şəxs; 18.2.2. hüquqi şəxsin adından qərarlar qəbul etmək səlahiyyətinə malik olan vəzifəli şəxs; 18.2.3. hüquqi şəxsin fəaliyyətinə nəzarət etmək səlahiyyətinə malik olan vəzifəli şəxs; 18.2.4. bu Məcəllənin 18.2.1-18.2.3-cü maddələrində nəzərdə tutulmuş vəzifəli şəxslər tərəfindən nəzarətin həyata keçirilməməsi nəticəsində hüquqi şəxsin işçisi. 18.3. Hüquqi şəxsin inzibati məsuliyyətə cəlb edilməsi həmin əməli törətmiş və ya onun törədilməsində hər hansı şəkildə iştirak etmiş vəzifəli şəxsin inzibati məsuliyyətini istisna etmir. 18.4. Bu Məcəllənin 18.2-ci maddəsində nəzərdə tutulmuş vəzifəli şəxs barəsində bu Məcəllənin 53.1.8-ci maddəsinə əsasən inzibati xəta haqqında işin icraatına xitam verilməsi hüquqi şəxsin inzibati məsuliyyətə cəlb edilməsinə mane olmur. 18.5 Bu Məcəllənin 127-4.5-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, hüquqi şəxs barəsində inzibati tənbeh yalnız hakim tərəfindən tətbiq edilir. 18.6. Bu Məcəllənin 127-4.5-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, səlahiyyətli orqanlar (vəzifəli şəxslər) bu Məcəllənin 18.2-ci maddəsində müəyyən edilmiş əsasların olması qənaətinə gəldikdə, inzibati xəta haqqında protokolu baxılmaq üçün məhkəməyə göndərirlər. Maddə 31. İnzibati tənbeh tətbiq etmənin ümumi qaydaları 31.1. İnzibati xətaya görə tənbeh bu Məcəlləyə uyğun olaraq tətbiq edilir. 31.3. Hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə, hesab edir ki, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar hallar müəyyən edilməmişdir. Maddə 38. Müddətin keçməsi ilə bağlı inzibati məsuliyyətdən azad etmə 38.1. İnzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci dörd ay keçənədək verilə bilər. Yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları, gömrük qaydaları, ətraf mühitin qorunması qaydaları, xarici dövlətlərin qeyri-hökumət təşkilatlarının filial və ya nümayəndəliklərinin fəaliyyət göstərməsi qaydaları, qrant müqavilələrinin (qərarlarının) qeydə alınması qaydaları, eləcə də maliyyə, vergilərin və rüsumların ödənilməsi qaydaları əleyhinə olan inzibati xətalara görə, habelə qanunsuz sahibkarlıq fəaliyyəti ilə məşğul olmağa, hüquqi şəxslərin dövlət reyestri üçün zəruri məlumatların verilməməsinə, hüquqi şəxslərin dövlət qeydiyyatı zamanı yanlış məlumatların verilməsinə, siyasi partiyalar haqqında, qeyri-hökumət təşkilatları haqqında və cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında, sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında, həmçinin dərman vasitələri haqqında qanunvericiliyin, əmək qanunvericiliyinin, habelə əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında olması və yaşaması qaydalarının, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin işə cəlb edilməsi qaydasının, kritik informasiya infrastrukturunun təhlükəsizliyinin təmin edilməsi qaydasının pozulmasına, xırda talamaya görə inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci bir il keçənədək verilə bilər. Maddə 54. İnzibati xətalar haqqında işlər üzrə icraat zamanı prokuror nəzarəti 54.1. Prokuror inzibati xətalar haqqında işlər üzrə icraat zamanı baş vermiş qanun pozuntusunu aradan qaldırmaq üçün vaxtında tədbirlər görür və inzibati xətalar haqqında işlər üzrə icraatın aparılmasında Azərbaycan Respublikası Konstitusiyasının və qanunlarının tətbiqinə və icrasına prokuror nəzarətini həyata keçirir. Maddə 76. Sübutlar 76.1. İnzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir Maddə 79. Zərər çəkmiş şəxsin və şahidlərin izahatları 79.1. Zərər çəkmiş şəxsin və şahidlərin izahatları iş üzrə ona məlum olan hallar və işdə olan sübutlar üzrə şifahi və ya yazılı formada verilən məlumatlardan ibarətdir. 79.2. Zərər çəkmiş şəxsin və şahidin izahatları inzibati xəta haqqında protokolda, inzibati xəta haqqında iş üzrə icraatın təmin edilməsi tədbirlərinin tətbiq edilməsi haqqında protokolda, inzibati xəta haqqında işə baxma ilə əlaqədar iclas protokolunda göstərilir. Məhkəmə, Şahid3, X1, Şahid5 Ələddin oğlunun, Şahid6, X3, Şahid4 izahatlarını sübut kimi qəbul edir. Maddə 192. Əmək qanunvericiliyinin pozulması 192.1. Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxsləri hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsinə görə-fiziki şəxslər min manatdan iki min manatadək məbləğdə, vəzifəli şəxslər üç min manatdan beş min manatadək məbləğdə, hüquqi şəxslər iyirmi min manatdan iyirmi beş min manatadək məbləğdə cərimə edilir. İş üzrə inzibati məsuliyyətdən azad edilməsi heç bir əsas yoxdur. Məhkəmə, yekun olaraq iş materiallarının tədqiqinə, məhkəmə iclasında verilən izahatlara əsaslanaraq hesab edir ki, Qusar rayon Mərkəzi Xəstəxanası” Publik hüquqi şəxsi barəsində Azərbaycan Respublikası İXM-nin 192.1-ci maddəsi ilə Qusar rayon Prokurorluğu tərəfindən tərtib edilmiş 06 noyabr 2024-cü il tarixli qərar qanuni və əsaslıdır. Nəticə etibarı ilə “Qusar RMX” PHŞ Azərbaycan Respublikası İXM-nin 192.1-ci maddəsi ilə təqsirli bilinərək inzibati məsuliyyətə cəlb edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İXM-nin 128-136-cı maddələrini rəhbər tutaraq
QƏRARA ALDİ:
“Qusar RMX” PHŞ-si Azərbaycan Respublikasının İXM-nin 192.1-ci maddəsi ilə təqsirli bilinərək 20.000 (iyirmi min) Azərbaycan manatı miqdarında cərimə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Qusar rayon məhkəməsi vasitəsilə və ya birbaşa Azərbaycan Respublikası Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Qərardan apellyasiya qaydasında şikayət və protest verilmədikdə qərardan şikayətin verilməsi müddətinin bitdiyi gün qərar qanuni qüvvəyə minir.
Hakim: Əli Cəlilov