Azərbaycan Respublikası adından QƏRAR Qusar şəhəri İş № 3(029)-249/2024 14.11.2024 QUSAR RAYON MƏHKƏMƏSİ Hakim Cəlilov Əli İsa oğlunun sədrliyi Xudaverdiyev Namik Əhməd oğlunun katibliyi ilə, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1988-ci ildə Qusar rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, Qusar şəhəri, C.Cabbarlı küçəsi, ev 19-da qeydiyyatda olmaqla yaşayan, subay, işləməyən Şəxs barəsində Azərbaycan Respublikasının İXM-nin 334-1.1-ci maddəsi ilə Qusar rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala Qusar rayon məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: Təqdim edilmiş inzibati xəta haqqında protokoldan və ona əlavə olunmuş sənədlərdən görünür ki, Şəxs xx.xx.2024-cü il tarixdə saat 12:15-də “VAZ 21099 MİNİK” markalı ** BK *** dövlət qeydiyyat nömrə nişanlı avtomaşınla, Azərbaycan Respublikasının İXM-nin 329.1, 342.6 və 334-1.1-ci maddələrində nəzərdə tutulan hallara yol vermişdir. Nəticədə Azərbaycan Respublikasının İXM-nin 334-1.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Azərbaycan Respublikası DİN-nin Qusar rayonu Yol Patrul xidməti baş inspektor polis leytenantı X1 tərəfindən Şəxs barəsində Azərbaycan Respublikasının İXM-nin 334- 1.1-ci maddəsi ilə xx.xx.2024-cü il tarixli İXP ******* saylı inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün Qusar rayon məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəməyə ərizə təqdim edərək, özünü təqsirli bilmiş, narkotik vasitədən istifadə etdiyini bildirmişdir. Bundan əvvəllərdə dəfələrlə narkotik vasitədən istifadə etdiyini bildirmişdir. Narkotik vasitəni kimdən aldığını, mənbəyini bildirməmişdir. Hazırki halda narkotik vasitəni 10 gün bundan qabaq istifadə etdiyini bildirmişdir. 16 yaşından avtomaşın idarə etdiyi üçün özünü peşəkar hesab etmişdir. Narkotik vasitə qəbul etsədə peşəkarlığına güvənib avtomaşını idarə etmişdir. Belə hallar dəfələrlə olmuşdur. Məhkəməyədək icraat zamanı izahatı özü yazıb imzalamış, heç kim ona hədə-qorxu və psixi təsir göstərməmişdir. Hazırda əməlindən peşmandır. İş materiallarında olan Azərbaycan Respublikası DİN Qusar rayon Polis şöbəsinin xx.xx.2024-cü il tarixli, №3-13-93/2-19983-24-li arayışından görünür ki, Şəxs adına AE 607449 nömrəli “B” kateqoriyalı xx.xx.2024-cü il tarixdə müddəti bitmiş sürücülük vəsiqəsi qeydə alınmışdır. İş materiallarında olan xx.xx.2024-cü il tarixli 152№-li “Nəqliyyat vasitəsini idarə edən şəxsin sərxoşluq vəziyyətinin tibbi müayinəsi” haqqında akta əsasən, narko-test müayinəsi zamanı Şəxs tərəfindən narkotik vasitə olan marixuana-çətənə bitkisi qəbul edildiyi aşkar olunmuşdur. Narkomaniyadan məcburi müalicəyə ehtiyac yoxdur. Beləliklə, məhkəmə iş materiallarını, məhkəməyə qədər və məhkəmə iclasında verilən izahatı tam şəkildə tədqiq edərək hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs həmin hərəkəti ilə Azərbaycan Respublikasının İXM-nin 334-1.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir və onun barəsində inzibati tənbeh tətbiq edilməlidir. Azərbaycan Respublikasının İXM-nin 334-1.1 maddəsinin qeydinə əsasən nəqliyyat vasitəsini idarə etmək hüququ olmayan şəxs tərəfindən nəqliyyat vasitəsinin narkotik vasitələrdən, psixotrop maddələrdən və ya güclü təsir edən digər maddələrdən istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə edilməsinə görə səkkiz yüz manat məbləğində cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla on beş gündən bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Həmçinin məhkəmə Şəxs məhkəməyə qədər və məhkəmə iclasında verdiyi etirafedici izahatı və ərizəni sübut kimi qəbul edir. Həmçinin şəxsin məhkəmə zalında davranışlarında da hələdə narkotik vasitənin təsiri altında olduğu görünür. Həmçinin onun izahatında göstərdiyi kimi əvvəllərdə dəfələrlə narkotik vasitədən istifadə etdiyi halı həmin şəxsin barəsində cərimə inzibati tənbehinin tətbiq edilməsini istisna edir. Çünki cərimə inzibati tənbehi tətbiq ediləcəyi təqdirdə şəxsin islah olunmasını, etdiyi əməlin gələcəkdə inzibati xəta tərkibindən çıxaraq, daha ciddi ictimai təhlükəli əmələ çevrilərək cinayət əməlinə çevirilə biləcəyi ehtimalını nəzərə alaraq Şəxs barəsində inzibati həbs tənbehinin tətbiq edilməsini məqsədəmüvafiq hesab edir.Həmçinin hüququn xəbərdaredici funksiyasının təmin etmək məqsədi ilə məhkəmə hesab edir ki, narkotik vasitənin təsiri altında avtomobil idarə edən şəxs həbs tənbehi tədbiq edilməzsə, cərimə tənbehi tədbiq edilərsə gələcəkdə bu növ əməllərin artmasına səbəb olacaqdır, həmçinin cərimə tənbehi tədbiq edilərsə cəmiyyət tərəfindən xoş qarşılanmayacaq. Narkotik maddənin təsiri altında avtomobil idarə edən şəxs yollarda günahsız insanlara necə təsir edəcək, hansı hadisələr baş verəcək məlum deyil, xüsusən də narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı bütün dünyada ciddi mübarizə aparıldığı bir dövrdə və bəşəriyyət üçün «ağ ölüm» kimi bir bəlaya çevrilmiş hazırkı cinayəti törətmiş, bununla da, narkotiklərlə mübarizə sahəsində yaranan ictimai münasibətləri ciddi şəkildə pozmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 33.1. İnzibati tənbeh tətbiq edilərkən, məsuliyyəti ağırlaşdıran hallar aşağıdakılar hesab edilir: 33.1.7. inzibati xətanın sərxoş halda olan şəxs tərəfindən törədilməsi. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs barəsində inzibati tənbeh tətbiq edilməsi məsələsi müzakirə edilərkən, inzibati xətanın narkotik vasitənin təsiri altında yəni sərxoş halda törətməsi məsuliyyəti ağırlaşdıran hal kimi nəzərə alınır, məsuliyyəti yüngülləşdirən hallar müəyyən edilməmişdir. Məhkəmə hesab edir ki, tətbiq olunacaq inzibati həbs növündə inzibati tənbeh Şəxs islah olunması üçün daha effektli olar. İnzibati Xətalar Məcəlləsinin 9-cu maddəsinə əsasən İnzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə hesab edir ki, hazır kı iş üzrə tədbiq ediləcək tənbeh həbs tənbehi olacağı halda ədalətli olar. Həmin Məcəllənin 10-cu maddəsinə əsasən Dövlət orqanları (qurumları) və bələdiyyələr inzibati xətaların qarşısının alınması, inzibati xətaların törədilməsinə kömək edən səbəblərin və şəraitin aşkar edilməsi və aradan qaldırılması, vətəndaşların hüquq şüurunun və mədəniyyətinin yüksəldilməsi və Azərbaycan Respublikasının qanunlarına ciddi əməl etmək ruhunda tərbiyə olunması sahəsində tədbirlər hazırlayır və həyata keçirirlər. Azərbaycan Respublikasının İXM-nin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikasının İXM-nin 76-cı maddəsinə əsasən inzibati xətanın olubolmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 78.1 və 78.2-ci maddələrinə əsasən Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatı iş üzrə ona məlum olan hallar və işdə olan sübutlar üzrə şifahi və ya yazılı formada verilən məlumatlardan ibarətdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatı inzibati xəta haqqında protokolda, inzibati xəta haqqında iş üzrə icraatın təmin edilməsi tədbirlərinin tətbiq edilməsi haqqında protokolda, inzibati xəta haqqında işə baxma ilə əlaqədar iclas protokolunda göstərilir. Məkhəmə yekun olaraq hesab edir ki, yuxarıda göstərilən əsaslara, məhkəməyə qədər və məhkəmə zalındakı izahata və davranışına və iş materiallarına əsasən Şəxs nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan narkotik vasitənin istifadə etməklə idarə etdiyinə inzibati həbs tənbehi tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 114-115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, Qərara aldı: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 334-1.1-cü maddəsi ilə təqsirli bilinərək 15 (on beş) gün müddətə inzibati həbs edilsin. İnzibati həbs etmənin əvvəli xx.xx.2024-cü il tarixdən saat 16:55-dən hesablansın. Qərar dərhal icra edilsin. Qərarın icrası Qusar rayon Polis Şöbəsinə həvalə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Qusar rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Qərardan apellyasiya qaydasında şikayət və protest verilmədikdə qərardan şikayətin verilməsi müddətinin bitdiyi gün qərar qanuni qüvvəyə minir. Hakim: Əli Cəlilov
Məhkəmə qərarları › İş №3(029)-249/2024
Qusar Rayon Məhkəməsi Qərar — İş №3(029)-249/2024
14.11.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver