Azərbaycan Respublikası adından QƏRAR Qusar şəhəri İş № 3(029)-253/2022 13.07.2022 QUSAR RAYON MƏHKƏMƏSİ Mən, Qusar rayon məhkəməsinin hakimi Vəliyev Adil Yaqub oğlu, Hüquqi ünvanı ünvan 2MC (VÖEN №**********) barəsində Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi X12 Xidməti Şimal regional X12 İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiallara Qusar rayon məhkəməsinin binasında açıq məhkəmə baxışı iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ M: Təqdim edilmiş inzibati xəta haqqında protokoldan və ona əlavə olunmuş sənədlərdən görünür ki, xx.xx.2022-ci il tarixdə ünvan 3 ünvanında yerləşən, "xxxx" market MMC-yə məxsus ərzaq mağazasında AR-nin X1 YTQ-01.2001 (2.1;9.3;10.1) bəndlərinin tələblərinin pozulması faktı aşkar olunmuşdur. Həmin faktla bağlı X12 Xidməti Şimal regional DYNİ-nin DYNŞ-nin inspektoru X4 tərəfindən hüquqi şəxs «OBA MARKET” MMC barəsində Azərbaycan Respublikası İXM-nin 518.1-ci maddəsi ilə MN № ******* saylı xx.xx.2022-ci il tarixli inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün Qusar rayon məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında X12 Xidməti Şimal regional DYNİ-nin DYNŞ-nin nümayəndəsi X8 inzibati xəta haqqında protokolu müdafiə edərək izahatında göstərmişdir ki, Ədliyyə Nazirliyi reyestr çıxarışı verəndən sonra illik plan qurub yoxlama müddəti təyin edilib obyektlərdə yoxlama aparılır. Sahibkarlıq obyektində yoxlama reyestrindən çıxarış əsasında yoxlama aparılmışdır. Həmin yoxlamanın aparılması haqqında qərar Şəxs MMC-nin işçisinə imza etdirilməklə təqdim edilmişdir. xx.xx.2022ci il tarixdə ünvan 3ndə yerləşən Şəxs MMC-nə məxsus obyektdə yanğın-texniki müayinə keçirilmişdir. Yanğın-texniki müayinə zamanı obyektdə nələrin olması barədə sorğu-sual əsasında akt yazılmışdır. Məsul şəxs olan mağazanın admistratoru X6 akta imza etdirilmişdir. Həmin akt əsasında Azərbaycan Respublikasının İXM-nin 518.1-ci maddəsi ilə Şəxs MMC barəsində protokol tərtib edilmişdir. Rahim Kamilov həmin protokolu imza edərək heç bir əlavəsinin, şikayət və tələbinin olmamasını bildirmişdir. Hətta qeyd edilmiş nöqsanların aradan qaldırılacağını bildirmişdir. Obyektdə avtomatik yanğın xəbərverici siqnalizasiya sistemi quraşdırılmamışdır. Həmin sistemin quraşdırılması barədə tövsiyyə məktubu göndərilmişdir. Yoxlama zamanı avtomatik yanğın xəbərverici siqnalizasiya sisteminin olmaması aşkar edilmişdir. Protokol düzgün olaraq hüquqi şəxs barəsində tərtib edilmişdir. Odur ki, iş üzrə qanuni qərar qəbul etməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs «OBA MARKET” MMC-nin nümayəndəsi X2 izahatında göstərmişdir ki, Şəxs MMC barəsində əvvəllər də belə hallar aşkar edilmiş və onlar barəsində tərtib edilmiş cərimə MMC tərəfindən ödənilmişdir. Hər bir mağazalara müdir təyin olunmuş və həmin müdirlər yanğın təhlükəsizliyinə cavabdehdir. Bu barədə əmr inspektorlara təqdim olunmuşdur. Onların barəsində tərtib olunmuş protokolun hüquqi şəxs barəsində yazılması ilə razı deyil, protokol vəzifəli şəxs barəsində tərtib olunmalı idi. Həmin cərimə mağaza müdirinə yazılmalıdır. Bu barədə sənədlər inspektorlara təqdim edilmişdir. Ədliyyə Nazirliyi tərəfindən MMC-yə konkret suallar qoyulur və həmin suallar cavablandırılır. Hazırda obyektdə avtomatik yanğın xəbərverici siqnalizasiya sistemi yoxdur, sahibkarlarla avtomatik yanğın xəbərverici siqnalizasiya sisteminin quraşdırılması üçün yeni müqavilələr hazırlanır. Lakin, ilkin yanğınsöndürmə vasitələri vardır. Gələcəkdə həmin sistemlərin quraşdırılması Şəxs MMC tərəfindən həyata keçiriləcəkdir. Göstərilən bütün nöqsanlarla razıdır, yalnız hüquqi şəxs kimi Şəxs MMCnin cərimə olunması ilə razı deyildir. X5 Şəxs MMC-nin “Qusar 3” mağazasının administratoru olması barədə əmr təqdim edilmişdir. Odur ki, iş üzrə qanuni qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İş materiallarında olan Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi X12 Xidməti Şimal regional X12 İdarəsinin xx.xx.2022-ci il tarixli 1616 saylı qərarından görünür ki, X12 Xidməti Şimal regional X12 İdarəsi tərəfindən Şəxs MMC-nin ünvan 3ndə yerləşən obyektində xx.xx.2022-ci il tarixdən-xx.xx.2022-ci il tarixədək yanğıntexniki müayinənin aparılması haqqında qərar qəbul edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrindən 17 iyun 2022-ci il tarixli KY221736610 saylı Çıxarışdan görünür ki, X3 Qanuna əsasən X12 İdarəsi tərəfindən Şəxs MMC-nin ünvan 3ndə yerləşən obyektində xx.xx.2022-ci il tarixdən-xx.xx.2022-ci il tarixədək yoxlama aparılması müəyyən edilmişdir. İş materiallarında olan Şimal regional X12 İdarəsinin əməkdaşları tərəfindən tərtib edilmiş, "xxxx" marketin administratoru X9 tərəfindən də imzalanmış xx.xx.2022-ci il tarixli 1616 saylı yanğın-texniki müayinə aktından görünür ki, Şəxs MMC-nin mağaza binasında avtomatik yanğın xəbərverici siqnalizasiya qurğuları quraşdırılmamışdir. Bina ilkin odsöndürən vasitələri ilə təmin edilməmiş və təyinatları üzrə yerləşdirilməmişdir. İşçilər yanğına qarşı təlimatlandırılmamış və xüsusi jurnalda qeyd aparılmamışdır. İş materiallarında olan xx.xx.2022-ci il tarixli 3M-12 reyestr nömrəli icarə müqaviləsinin surətindən görünür ki, ünvan 4 ünvanda yerləşən ümumi sahəsi 191 kv.metr olan qeyri-yaşayış binası X10 tərəfindən xx.xx.2025-ci il tarixədək Şəxs MMCyə icarəyə verilmişdir. Azərbaycan Respublikasında X1 2.1-ci bəndinə əsasən inzibati, istehsal, anbar və digər təyinatlı bina və otaqların görünən yerlərində yanğın təhlükəsizliyi xidmətinin çağırış telefon nömrələrini bildirən göstərici lövhə asılmalıdır. Həmin Qaydaların 9.3-cü bəndinə əsasən yanğın avtomatika qurğuları layihə sənədlərinə uyğun olmalı, daima hazır və saz vəziyyətdə saxlanılmalıdır. Norma və qaydalarda göstərilən hallardan başqa, qurğuların “avtomatik işədüşmə” sistemindən “əl ilə işəsalma” sisteminə keçirilməsi qadağandır. Həmin Qaydaların 10.1-ci bəndinə əsasən yanğın avtomobilləri yanğın depolarında və ya bu məqsəd üçün ayrılmış şəxsi heyətin normal və təhlükəsiz iş şəraitini təmin edən, qızdırıcı sistemi, elektrik enercisi, telefon rabitəsi, digər qurğu və avadanlıqlarla təchiz edilmiş xüsusi bokslarda saxlanılmalıdır. Yanğın avtomobillərindən yanğın texniki avadanlıqların çıxarılması və yanğın texnikasından digər məqsədlər üçün istifadə edilməsi qəti qadağandır. Beləliklə, iş materiallarını nəzərdən keçirib, hesab edirəm ki, hüquqi şəxs «OBA MARKET” MMC tərəfindən sahibkarlıq fəaliyyəti ilə məşğul olduğu ünvan 3ndə yerləşən ticarət obyektində X1 tələbləri pozulmaqla mağaza binasında avtomatik yanğın xəbərverici siqnalizasiya qurğularının quraşdırılmaması, binanın ilkin odsöndürən vasitələri ilə təmin edilməməsi və təyinatları üzrə yerləşdirilməməsi, işçilərin yanğına qarşı təlimatlandırılmaması və və xüsusi jurnalda qeyd aparılmaması və bununla da, həmin hərəkətləri ilə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 518.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi məhkəmə iclasında tam sübuta yetirilmişdir. Həmin inzibati xəta vəzifəli şəxs tərəfindən deyil, hüquqi şəxs olan Şəxs MMC tərəfindən törədilmişdir. Odur ki, həmin hüquqi şəxs həmin maddə ilə təqsirli bilinməli və barəsində inzibati tənbeh tətbiq edilməlidir. Azərbaycan Respublikası İXM-nin 18.5-ci maddəsinə əsasən hüquqi şəxs barəsində inzibati tənbeh yalnız hakim tərəfindən tətbiq edilir. Həmin Məcəllənin 31.3-cü maddəsinə əsasən hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Həmin Məcəllənin 518.1-ci maddəsinə əsasən mülkiyyət formasından asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda, ictimai yerlərdə, anbarlarda, yataqxanalarda və ya digər yaşayış sahələrində, meşələrdə və nəqliyyatda yanğın təhlükəsizliyi standartlarının, normalarının və qaydalarının tələblərinin pozulmasına və ya yerinə yetirilməməsinə görə - fiziki şəxslərə xəbərdarlıq edilir və ya onlar iyirmi manatdan otuz manatadək məbləğdə cərimə edilir, vəzifəli şəxslərə xəbərdarlıq edilir və ya onlar yüz manatdan yüz əlli manatadək məbləğdə, hüquqi şəxslər üç yüz əlli manatdan beş yüz manatadək məbləğdə cərimə edilir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs «OBA MARKET” MMC-nin haqqında inzibati tənbeh tətbiq edilməsi məsələsi müzakirə edilərkən məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs «OBA MARKET” MMC-nin törətdiyi inzibati xətanın xarakterini və işin digər hallarını nəzərə alaraq hüquqi şəxs «OBA MARKET” MMC barəsində cərimə növündə inzibati tənbeh tətbiq edilməsini məqsədəmüvafiq hesab edirəm. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114, 115, 128-130-cu maddələrini rəhbər tutaraq Q Ə R A R A A L D İ M: Hüquqi şəxs «OBA MARKET” MMC (VÖEN №**********) Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 518.1-сi maddəsi ilə təqsirli bilinib 350 (üç yüz əlli) manat məbləğində cərimə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Qusar rayon məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Qərardan apellyasiya qaydasında şikayət və protest verilmədikdə qərardan şikayətin verilməsi müddətinin bitdiyi gün qərar qanuni qüvvəyə minir. Hakim: Adil Vəliyev
Məhkəmə qərarları › İş №3(029)-253/2022
Qusar Rayon Məhkəməsi Qərar — İş №3(029)-253/2022
13.07.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver