Azərbaycan Respublikası adından QƏRAR Qusar şəhəri İş № 3(029)-253/2024 25.11.2024 QUSAR RAYON MƏHKƏMƏSİ Hakim Cəlilov Əli İsa oğlunun sədrliyi Xudaverdiyev Namik Əhməd oğlunun katibliyi, X2, Barəsində inzibati xəta haqında iş üzrə icraat aparılan şəxs Şəxs, X1, Qusar rayon İcra və Probasiya şöbəsinin nümayəndəsi X8 iştirakı ilə, xx.xx.1983-cü ildə ünvan 1 ünvanda qeydiyyatda olmaqla həmin ünvanda yaşayan, orta təhsilli, Azərbaycan Respublikası vətəndaşı, evli, fərdi qaydada əmək fəaliyyəti ilə məşğul olan, Şəxs haqqında Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə Qusar rayon İcra və Probasiya şöbəsindən daxil olmuş inzibati xəta haqqında iş üzrə materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: Təqdim edilmiş inzibati xəta haqqında protokoldan və ona əlavə olunmuş sənədlərdən görünür ki, Qusar rayon Məhkəməsinin 2(029)-631/2022 saylı, xx.xx.2022-ci il tarixli icra sənədi üzrə borclu Şəxs tələbkar X4 olan 2590 manat borcu ödəməkdən qərəzli yayınır. Həmin faktla bağlı Qusar rayon İcra və Probasiya Şöbəsi tərəfindən Şəxs barəsində Azərbaycan Respublikasının İXM-nin 528.1-ci maddəsi ilə xx.xx.2024-cü il tarixli MN № ******* saylı inzibati xəta haqqında protokol tərtib olunmuş və baxılması üçün həmin tarixdə Qusar rayon məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü təqsirli bilərək izahatında göstərmişdir ki, Əhmədova Zarina ilə birgə nikahlarından olan uşaqlar məhkəmə qətnaməsi ilə Əhmədova Zarinanın himayəsində saxlanılması qət edilmişdir. Hər uşağa görə 130 manat aliment tutulması qət edilmişdir. Həmin uşaqlardan biri xeyli müddətdir ki, onun yanında qalır. Ona görə də o uşağa görə Əhmədova Zarinaya aliment ödəmir. Yığılmış aliment borcuda həmin borcdur. Onun yanında qalan uşağa görə Zarina Əhmədovaya aliment ödənilməsindən azad edilməsi barədə məhkəmə qərarı mövcud deyildir. Onun yanında qalan uşaq məhkəmə qərarı ilə anasının himayəsinə verilmiş və həmin qətnamə dəyişdirilməmişdir. Bazarda ayaqqabı satışı ilə məşğul olur. Məhkəmə iclasında tələbkar X5 izahatında bildirmişdir ki, məhkəmə qətnaməsi ilə uşaqlar onun yanında qalır. Həmin qətnamə qüvvədədir. Protokolda göstərilən məbləğdə aliment borcunu tələb edir. Məhkəmə iclasında Qusar rayon İcra və Probasiya şöbəsinin nümayəndəsi X11 izahatında protokolda göstərilənləri müdafiə etdiyini bildirmişdir. İş materiallarında olan Qusar rayon İcra və Probasiya Şöbəsi tərəfindən borclu Şəxs ünvanlanmış bildirişin surətindən görünür ki, Qusar rayon Məhkəməsinin xx.xx.2022cü il tarixli 2(029)-622/2022 saylı icra sənədi üzrə tələbin könüllü icra edilməsi üçün həmin şəxsə 10 gün müddət verilmişdir. İş materiallarında olan Şəxs barədə məlumatların sorğulanması haqqıda sistemdən çıxarışdan görünür ki, borcluda tələbin yönəldilə biləcəyi əmlak və gəlir yoxdur. Beləliklə, məhkəmə, iş materiallarını nəzərdən keçirib, hesab edir ki, Şəxs heç bir üzürlü səbəb olmadan yuxarıda göstərilən icra sənədi üzrə borcu ödəməyərək icra vərəqəsini icra etməmiş, bununla da o, həmin hərəkəti ilə Azərbaycan Respublikasının İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir və onun barəsində inzibati tənbeh tətbiq edilməlidir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs haqqında inzibati tənbeh tətbiq edilməsi məsələsi müzakirə edilərkən məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə, Şəxs məhkəmə iclasında özünü təqsirli bilməsini, yaranmış borcu qəbul etməsini, səmimi izahat verməsini nəzərə alaraq ona cərimə tənbehinin tədbiq edilməsini məqsədə müvafiq hesab edir, həbs tənbehinin tədbiq edilməməsini isə məhkəmə məqsədə müvafiq hesab etmir, həbs tənbehi tədbiq edildiyi təqdirdə o, əlavə məhrumiyyətlərə məruz qalacaq. Şəxs gündəlik əmək fəaliyyəti ilə məşğul olmasını məhkəmə nəzərə alaraq cərimə tənbehinin ödəməyə qadir olduğunu hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 114-115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, Qərara aldı: Şəxs Azərbaycan Respublikasının İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək, 500 (beş yüz) manat cərimə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Qusar rayon məhkəməsi vasitəsilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Qərardan apellyasiya qaydasında şikayət və protest verilmədikdə qərardan şikayətin verilməsi müddətinin bitdiyi gün qərar qanuni qüvvəyə minir. Hakim: Əli Cəlilov
Məhkəmə qərarları › İş №3(029)-253/2024
Qusar Rayon Məhkəməsi Qərar — İş №3(029)-253/2024
25.11.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver