Məhkəmə qərarları › İş №3(029)-254/2023

Qusar Rayon Məhkəməsi Qərar — İş №3(029)-254/2023

14.08.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Qusar şəhəri İş № 3(029)-254/2023 14.08.2023 QUSAR RAYON MƏHKƏMƏSİ Hakim Cəlilov Əli İsa oğlunun sədrliyi Laçinov Ramil Elnur oğlunun katibliyi ilə Qusar RPŞ-nin DYPB-nin İTUBİ-ru polis leytenantı X1 iştirakları ilə Hüquqi ünvanı ünvan 1s Şöbəsindən daxil olmuş X4 materiallara Qusar rayon məhkəməsinin binasında açıq məhkəmə baxışı iclasında baxaraq məhkəmə, Müəyyən etdi: Təqdim olunmuş X4 protokoldan və ona əlavə olunmuş sənədlərdən görünür ki, «GLOBAL AGRO PRO” MMC tərəfindən özünün istifadəsində olan nəqliyyat vasitəsini idarə etmiş şəxs barədə məlumatları qanunla müəyyən edilmiş müddət ərzində təqdim etməmişdir. Həmin faktla bağlı Qusar rayon Polis Şöbəsinin DYPB tərəfindən hüquqi şəxs «GLOBAL AGRO PRO” MMC-nin barəsində Azərbaycan Respublikasının İXM-nin 347-ci maddəsi ilə xx.xx.2023-cü il tarixli AP ******* saylı X4 protokol tərtib olunaraq baxılması üçün Qusar rayon məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında Qusar RPŞ-nin DYPB-nin İTUBİ-ru polis leytenantı X2 X4 protokolu müdafiə edərək izahatında göstərmişdir ki, onun tərəfindən «GLOBAL AGRO PRO” MMC barəsində xx.xx.2023-cü il tarixdə Azərbaycan Respublikasının İXM-nin 347-ci maddəsi ilə X4 protokol tərtib edilmişdir. «GLOBAL AGRO PRO” MMC-nin tərəfindən yol vərəqələri 5 gün müddətində Qusar RPŞ-yə təqdim olunmalıdır. Lakin «GLOBAL AGRO PRO” MMC tərəfindən yalnız 2023-cü ilin may ayında yol vərəqəsi təqdim edilmişdir. Ondan sonra heç bir yol vərəqəsi təqdim olunmuşdur. Məhkəmə tərəfindən sorğuya əlavə edilmiş sənədlər 2023-cü ilin may ayı üçün tərtib edilmişdir. Onun tərəfindən tərtib edilmiş protokol 2023-cü ilin iyul ayı üçün nəzərdə tutulmuşdur. Dəfələrlə «GLOBAL AGRO PRO” MMC-nin ünvanı Qusar rayonu Əniq kəndinə məktublar göndərilmişdir. Həmin məktublar Qusar RPŞ-yə geri qayıdır. Əniq Bələdiyyəsinə sorğu verilmişdir. «GLOBAL AGRO PRO” MMC-nin ünvanı Əniq kəndi qeyd edilsə də həmin kənddə heç bir ofisi aşkar edilməmişdir. «GLOBAL AGRO PRO” MMC ilə telefon əlaqəsi yaradılmışdır. Hər dəfə müxtəlif bəhanələr gətirərək yol vərəqəsini təqdim etməmişdir. «GLOBAL AGRO PRO” MMC tərəfindən məhkəməyə təqdim edilmiş etiraz əsassızdır. Barəsində X4 iş üzrə icraat aparılan hüquqi şəxs «GLOBAL AGRO PRO” MMC-nin nümayəndəsi məhkəmə iclasının yeri və müddəti barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, həmin şöbənin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verilməmişdir. Azərbaycan Respublikasının İXM-nin 112.1.4-cü maddəsinə əsasən işə barəsində X4 iş üzrə icraat aparılan hüquqi şəxs «GLOBAL AGRO PRO” MMC-nin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edirəm. İş materiallarını tam şəkildə araşdıraraq hesab edirəm ki, barəsində X4 iş üzrə icraat aparılan hüquqi şəxs «GLOBAL AGRO PRO” MMC həmin hərəkəti ilə Azərbaycan Respublikasının İXM-nin 347-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir və onun barəsində inzibati tənbeh tətbiq edilməlidir. Məhkəməyə təqdim edilmiş məktubdan görünür ki, «GLOBAL AGRO PRO” MMCnin ünvanı Qusar rayonu Əniğ kəndidir. İş materiallarında olan «GLOBAL AGRO PRO” MMC etirazından görünür ki, Qusar rayon Polis Şöbəsi tərəfindən MMC-nin barəsində İXM-nin 347-ci maddəsi ilə X4 protokol tərtib edərək Qusar rayon məhkəməsinə göndərilmişdir, bildirmişdir ki, şirkətin ünvanına polis şöbəsindən hər hansı sorğu məktubu daxil olmamışdır. Əlavə olaraq bildirmişdir ki, X4 qeyd olunan nəqliyyat vasitəsini idarə edən şəxs barədə polis idarəsinə xx.xx.2023-cü il tarixində yazılı qaydada məktubla məlumat verilmişdir. Bunu təsdiq edən sənədlər iş materiallarına əlavə olunur odur ki, əməldə inzibati xəta hadisəsi və inzibati xəta tərkibi mövcud olmadıq üçün iş üzrə icraata xitam verilməsi barəsində qərar qəbul olunmasını xahiş etmişdir. Azərbaycan Respublikasının İXM-nin 31.3-cü maddəsinə əsasən hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Azərbaycan Respublikasının İXM-nin 347-ci maddəsinə əsasən Hüquqi şəxsin mülkiyyətində və ya istifadəsində, yaxud dövlət qurumunun istifadəsində olan nəqliyyat vasitəsini inzibati xətanın törədilməsi zamanı idarə etmiş fiziki şəxs haqqında məlumatın səlahiyyətli orqanın (vəzifəli şəxsin) bu barədə sorğusu daxil olduğu vaxtdan 5 gün müddətində verilməməsinə görə- vəzifəli şəxslər yüz əlli manat məbləğində, hüquqi şəxslər üç yüz manat məbləğində cərimə edilir. Azərbaycan Respublikasının İXM-nin 125.2.1-ci maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanının informasiya sistemi X4 protokolu və ya X4 iş üzrə qərarı və onların əlavələrini hər bir nəqliyyat vasitəsinin istifadəçisi üçün internet informasiya resursunda yaradılmış elektron kabinetə dərhal yerləşdirir və barəsində X4 iş üzrə icraat aparılan şəxsin elektron ünvanına (olduğu halda) göndərir; Azərbaycan Respublikasının İXM-nin 125.2.2-ci maddəsinə əsasən eyni zamanda müvafiq icra hakimiyyəti orqanının informasiya sistemi nəqliyyat vasitəsi istifadəçisinin elektron kabinetində olan mobil telefon nömrəsinə inzibati xəta törətməsi, törətdiyi xətanın qısa məzmunu, xətanın törədildiyi yer və vaxt, bu Məcəllənin hansı maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunması, cərimənin məbləği, X4 iş üzrə qərarın nömrəsi, həmin sənədlə və ona əlavə edilmiş materiallarla tanış ola biləcəyi elektron kabinetin internet ünvanı və daxilolma qaydası barədə ödənişsiz SMS məlumatı dərhal göndərir; Barəsində X4 iş üzrə icraat aparılan hüquqi şəxs «GLOBAL AGRO PRO” MMC haqqında inzibati tənbeh tətbiq edilməsi məsələsi müzakirə edilərkən, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə barəsində X4 iş üzrə icraat aparılan hüquqi şəxs «GLOBAL AGRO PRO” MMC-nin maliyyə və əmlak vəziyyətini, törədilmiş inzibati xətanın xarakterini və işin digər hallarını nəzərə alaraq onun barəsində inzibati tənbeh növü olaraq cərimənin tətbiq edilməsini məqsədə müvafiq hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 114-115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, Qərara aldı: Hüquqi şəxs «GLOBAL AGRO PRO” MMC Azərbaycan Respublikasının İXM-nin 347-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək, 300 (üç yüz) manat məbləğində cərimə olunsun. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Qusar rayon məhkəməsi vasitəsilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Qərardan apellyasiya qaydasında şikayət və protest verilmədikdə qərardan şikayətin verilməsi müddətinin bitdiyi gün qərar qanuni qüvvəyə minir. Hakim: Əli Cəlilov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar