Məhkəmə qərarları › İş №3(029)-254/2024

Qusar Rayon Məhkəməsi Qərar — İş №3(029)-254/2024

04.12.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Qusar şəhəri İş № 3(029)-254/2024 04.12.2024 QUSAR RAYON MƏHKƏMƏSİ Hakim Cəlilov Əli İsa oğlunun sədrliyi X10 oğlunun katibliyi, Barəsində inzibati xəta haqında iş üzrə icraat aparılan şəxs Şəxs, X1, Qusar rayon İcra və Probasiya şöbəsinin nümayəndəsi Maqsudov Hikmət oğlunun iştirakı ilə, xx.xx.1994-cü ildə Qusar rayon X11 kəndində anadan olan, həmin kənddə qeydiyyatda olmaqla yaşayan, orta təhsilli, Azərbaycan Respublikası vətəndaşı, evli, fərdi qaydada əmək fəaliyyəti ilə məşğul olan, Şəxs haqqında Azərbaycan Respublikası İXMnin 528.1-ci maddəsi ilə Qusar rayon İcra və Probasiya şöbəsindən daxil olmuş inzibati xəta haqqında iş üzrə materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: Təqdim edilmiş inzibati xəta haqqında protokoldan və ona əlavə olunmuş sənədlərdən görünür ki, Qusar rayon Məhkəməsinin 2(029)-929/2022 saylı, xx.xx.2022-ci il tarixli icra sənədi üzrə borclu Şəxs tələbkar X3 olan 3456 manat borcu ödəməkdən qərəzli yayınır. Həmin faktla bağlı Qusar rayon İcra və Probasiya Şöbəsi tərəfindən Şəxs barəsində Azərbaycan Respublikasının İXM-nin 528.1-ci maddəsi ilə xx.xx.2024-cü il tarixli MN № ******* saylı inzibati xəta haqqında protokol tərtib olunmuş və baxılması üçün həmin tarixdə Qusar rayon məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü təqsirli bilərək izahatında göstərmişdir ki, fərdi əməklə məşğul olur. İşçisi olduğu X5 ona verilən əmək haqqından həmin borcun ödənilməsi məqsədi ilə tutulmalar aparması barədə bildiriş göndərilmişdir. Həmin tutulmalar nəticəsində X6 tərəfindən 2024cü ilin aprel ayında 200 manat verilmişdir. Lakin hal-hazırda iş dayandığına görə tələbkara həmin borcu ödəyə bilmir. İş tapan kimi borcunu ödəyəcəyini bildirmişdir. Barəsində yüngül inzibati tənbeh tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə iclasında tələbkar X4 izahatında bildirmişdir ki, həmin borcdan 200 manat ödənildiyini və borcu tələb etdiyini bildirmişdir. Məhkəmə iclasında Qusar rayon İcra və Probasiya şöbəsinin nümayəndəsi Maqsudov Hikmət izahatında protokolda göstərilənləri müdafiə etdiyini bildirmişdir. Fiziki şəxs X6 məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmiş, məhkəməyə telegramla müraciət edərək bildirmişdir ki, Şəxs həqiqətəndə onun işçisi olub və aylıq müavinətlə işləyib.Öz şəxsi işinin bir neçə müddətdir ki, dayandığına görə həmin şəxs aylıq əmək haqqını ala bilməmişdir. Aprel ayında tələbkara 200 manat özü tərəfindən verilmişdir. xx.xx.2024-cü il tarixdə də 350 manat ödəmişdir. Özünün hal-hazırda Qusar şəhərində olmadığına görə məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini xahiş etmişdir. İş materiallarında olan Qusar rayon İcra və Probasiya Şöbəsi tərəfindən borclu Şəxs ünvanlanmış bildirişin surətindən görünür ki, Qusar rayon Məhkəməsinin xx.xx.2022ci il tarixli 2(029)-929/2022 saylı icra sənədi üzrə tələbin könüllü icra edilməsi üçün həmin şəxsə 10 gün müddət verilmişdir. İş materiallarında olan Şəxs barədə məlumatların sorğulanması haqqında sistemdən çıxarışdan görünür ki, borcluda tələbin yönəldilə biləcəyi əmlak və gəlir yoxdur. İş materiallarında olan 10872/2023-50-3-006 nömrəli, xx.xx.2024-cü il tarixli məktubdan görünür ki, fiziki şəxs X5 borclu Şəxs əmək haqqından tutulmalar aparılması üçün sorğu göndərilmişdir. Beləliklə, məhkəmə, iş materiallarını nəzərdən keçirib, hesab edir ki, Şəxs heç bir üzürlü səbəb olmadan yuxarıda göstərilən icra sənədi üzrə borcu ödəməyərək icra vərəqəsini icra etməmiş, bununla da o, həmin hərəkəti ilə Azərbaycan Respublikasının İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir və onun barəsində inzibati tənbeh tətbiq edilməlidir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs haqqında inzibati tənbeh tətbiq edilməsi məsələsi müzakirə edilərkən məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə, Şəxs məhkəmə iclasında özünü təqsirli bilməsini, yaranmış borcu qəbul etməsini, səmimi izahat verməsini və həmin yaranmış borcdan 350 manat ödəməsini.0 nəzərə alaraq ona cərimə tənbehinin tədbiq edilməsini məqsədə müvafiq hesab edir, həbs tənbehinin tədbiq edilməməsini isə məhkəmə məqsədə müvafiq hesab etmir, həbs tənbehi tədbiq edildiyi təqdirdə o, əlavə məhrumiyyətlərə məruz qalacaq. Şəxs gündəlik əmək fəaliyyəti ilə məşğul olmasını məhkəmə nəzərə alaraq cərimə tənbehinin ödəməyə qadir olduğunu hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 114-115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, Qərara aldı: Şəxs Azərbaycan Respublikasının İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək, 500 (beş yüz) manat cərimə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Qusar rayon məhkəməsi vasitəsilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Qərardan apellyasiya qaydasında şikayət və protest verilmədikdə qərardan şikayətin verilməsi müddətinin bitdiyi gün qərar qanuni qüvvəyə minir. Hakim: Əli Cəlilov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar