Azərbaycan Respublikası adından QƏRAR Qusar şəhəri İş № 3(029)-26/2024 05.02.2024 QUSAR RAYON MƏHKƏMƏSİ Hakim Cəlilov Əli İsa oğlunun sədrliyi X7 oğlunun katibliyi ilə, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs, Zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi: Nümayəndə iştirakları ilə, xx.xx.1992-cı ildə Xaçmaz rayonunda anadan olmuş, Xaçmaz rayonu Orta Oba kəndində yaşayan, evli, orta təhsilli, Azərbaycan Respublikasının vətəndaşı Şəxs barəsində Qusar rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala Qusar rayon məhkəməsinin binasında açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə Müəyyən etdi: Təqdim edilmiş inzibati xəta haqqında protokoldan və ona əlavə olunmuş sənədlərdən görünür ki, Şəxs sürücülük hüququ olmadan xx.xx.2024-cü il tarixdə saat 08:40-da Qusar-SDK-Şirvanlı yolunun 1-ci kilometrliyində idarə etdiyi X4 məxsus “MERCEDES BENZ 307 MİKROAVTOBUS” markalı 10LZ416 dövlət nömrə qeydiyyat nişanlı avtomobili idarə edərkən Azərbaycan Respublikası İXM-nin 332.2-ci maddəsində nəzərdə tutulmuş xətanın törədilməsi nəticəsində şahid X1 etibarnamə ilə idarə etdiyi, Zərərçəkmiş şəxs-nin balansında olmaqla,Samur PB-yə təhkim edilmiş “NİVA- CHEVROLET” markalı,**-PL-*** dövlət qeydiyyat nişanlı avtomobilə maddi ziyan vurulmasına yol vermişdir. Zərərçəkmiş şəxs-nin DYPB tərəfindən Şəxs barəsində Azərbaycan Respublikasının İXM-nin 332.4-cü maddəsi ilə İXP ******* saylı xx.xx.2024-cü il tarixli inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün Qusar rayon məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs inzibati xəta haqqında protokolda göstərilən xüsusatları tam təsdiq edərək izahatında göstərmişdir ki, o, sürücülük hüququ olmadan xx.xx.2024-cü il tarixdə saat 08:40-da Qusar-SDK-Şirvanlı yolunun 1-ci kilometrliyində X4 məxsus “MERCEDES BENZ 307 MİKROAVTOBUS” markalı **-LZ-*** dövlət nömrə qeydiyyat nişanlı avtomobili idarə edərkən idarəetməni itirməsi nəticəsində X2 idarə etdiyi,Zərərçəkmiş şəxs-nin balansında olmaqla,Samur PB-yə təhkim edilmiş “NİVA-CHEVROLET” markalı,**-PL-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə toqquşmuşdur. Hadisə nəticəsində şahid X2 idarə etdiyi,Zərərçəkmiş şəxsnin balansında olmaqla,Samur PB-yə təhkim edilmiş “NİVA- CHEVROLET” markalı,**-PL-*** dövlət qeydiyyat nişanlı avtomobilə 1260 manat maddi ziyan dəymişdir. Hadisə onun təqsirindən baş vermişdir. Hazırda zərərçəkmiş hüquqi şəxsə maddi zərəri ödəməmişdir. Məhkəmə iclasında zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi Nümayəndə izahatında bildirmişdir ki,hadisə nəticəsində avtomobilə dəymiş 1260 manat dəyərində maddi ziyan ödənilməmişdir.Həmin dəymiş maddi ziyanın ödənilməsinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X3 inzibati xəta haqqında protokolda göstərilən xüsusatları tam təsdiq edərək izahatında göstərmişdir ki, xx.xx.2024-cü il tarixdə saat 08:40-da etibarnamə ilə idarə etdiyi nəqliyyat vasitəsi ilə hərəkətdə olan zaman Şəxs idarə etdiyi nəqliyyat vasitəsi qəflətən onun qarşısına çıxmışdır.Əli ilə sonuncuya sürəti azaltmaq işarəsi versədə,Şəxs idarə etməni itirərək X2 idarə etdiyi avtomobil ilə toqquşmuşdur. Şəxs avtomobili yüksək sürət ilə idarə etmişdir. Şəxs hadisənin qarşısını almağa imkanı olmuşdur. Onun etibarnamə ilə idarə etdiyi avtomobilə 1260 manat maddi ziyan dəymişdir. İş materiallarında olan Qusar rayon “VAZ” kooperativi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli SMETA (haqqı hesab) Aktdan görünür ki, X2 idarəçiliyinə verilmiş “NİVA-CHEVROLET” markalı,**-PL-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş maddi ziyan 1260 (bir min iki yüz altmış) manat civarındadır. Beləliklə, məhkəmə iş materiallarını tam şəkildə tədqiq edərək hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs nəqliyyat vasitəsini idarə etmək hüququ olmayan şəxs kimi həmin hərəkəti ilə Azərbaycan Respublikasının İXM-nin 332.4-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir və onun barəsində inzibati tənbeh tətbiq edilməlidir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs barəsində inzibati tənbeh tətbiq edilməsi məsələsi müzakirə edilərkən, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs şəxsiyyətini və işin digər hallarını nəzərə alaraq onun barəsində təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulan inzibati həbs tətbiq edilməsini məqsədə müvafiq hesab edir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs maddənin sanksiyasında nəzərdə tutulan cərimə növündə inzibati tənbehin tətbiq olunmasını isə ona görə məqsədə müvafiq hesab etmir ki, həmin şəxsin barəsində inzibati cərimə növündə inzibati tənbehin tətbiq ediləcəyi təqdirdə islah olunmasını, onun qanunlara əməl edilməsi ruhunda tərbiyələndirilməsini, onun özünün və digər şəxslərin gələcəkdə bu qəbildən və ya digər yeni inzibati xətaların törədilməsinin qarşısının alınmasını və bununla da inzibati tənbehin məqsədlərinin təmin olunmasını mümkün hesab etmir. Həmçinin gələcəkdə sürücülük hüququ olmadan idarə etmə halları artmasına səbəb ola bilər. Məhkəmə hesab edir ki, tətbiq olunacaq inzibati həbs növündə inzibati tənbeh Şəxs islah olunması üçün daha effektli olar. Zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi Nümayəndə, ona dəymiş maddi ziyanın ödənilməsi üçün mülki qaydada iddia ərizəsi ilə müvafiq məhkəməyə müraciət etmək hüququ izah edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 114-115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, Qərara aldı: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsi ilə təqsirli bilinsin 1 (bir) ay müddətə inzibati həbs edilsin. İnzibati həbs etmənin əvvəli xx.xx.2024-cü il tarixdən saat 15:07-dən hesablansın. Qərar dərhal icra edilsin. Qərarın icrası Qusar rayon Polis Şöbəsinə həvalə edilsin. Zərər çəkmiş şəxs Şəxs izah edilsin ki, ona dəymiş maddi ziyanın ödənilməsi üçün mülki qaydada iddia ərizəsi ilə müvafiq məhkəməyə müraciət edə bilər. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Qusar rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Qərardan apellyasiya qaydasında şikayət və protest verilmədikdə qərardan şikayətin verilməsi müddətinin bitdiyi gün qərar qanuni qüvvəyə minir. Hakim: Əli Cəlilov
Məhkəmə qərarları › İş №3(029)-26/2024
Qusar Rayon Məhkəməsi Qərar — İş №3(029)-26/2024
05.02.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver