Məhkəmə qərarları › İş №3(029)-260/2024

Qusar Rayon Məhkəməsi Qərar — İş №3(029)-260/2024

16.12.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Qusar şəhəri İş № 3(029)-260/2024 16.12.2024 QUSAR RAYON MƏHKƏMƏSİ Hakim Cəlilov Əli İsa oğlunun sədrliyi X3 oğlunun katibliyi ilə xx.xx.1978-cu ildə Şəmkir rayonu, Dəllər qəsəbəsində anadan olmuş, həmin ünvanda qeydiyyatda olmaqla yaşayan Şəxs haqqında Azərbaycan Respublikasının İXMnin 482.1-ci maddəsi ilə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Xaçmaz Gömrük İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiallara Qusar rayon məhkəməsinin binasında açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə Müəyyən etdi: Təqdim edilmiş inzibati xəta haqqında protokoldan və ona əlavə olunmuş sənədlərdən görünür ki, xx.xx.2024-cü il tarixdə, saat 14:20-də Rusiya Federasiyası istiqamətindən Azərbaycan Respublikası istiqamətinə “Samur” gömrük postunun idxal gömrük nəzarəti xəttinə daxil olan Azərbaycan Respublikası vətəndaşı Şəxs idarə etdiyi “MAN TGX 18.440” markalı, 77LT442/57ZA313 dövlət nömrə nişanlı nəqliyyat vasitəsinə keçirilmiş gömrük yoxlaması zamanı nəqliyyat vasitəsinin kabinasının sağ tərəfində əşyalar qoymaq üçün nəzərdə tutulan yerdən gömrük orqanına bəyan olunmayan 3 ədəd “Almas 0.7l” markalı araq, kabinanın sağ tərəfində əşyalar qoymaq üçün nəzərdə tutulan yerdən gömrük orqanına bəyan olunmayan 4 ədəd “Almas 07l”, 1 ədəd “Beluga 1l” 1 ədəd “Onegin 1l” markalı araqlar aşkar olunmuş və gömrük orqanı tərəfindən protokol tərtib olunaraq götürülmüşdür. Faktla bağlı Bakı Baş Gömrük İdarəsinin, Təhqiqat şöbəsinin böyük təhqiqatçısı, X1 tərəfindən Şəxs barəsində Azərbaycan Respublikasının İXM-nin 482.1-ci maddəsi ilə 06 noyabr 2024-cü il tarixli, № 01400-08716/24 nömrəli protokol tərtib olunaraq baxılması üçün Qusar rayon məhkəməsinə göndərilmişdir. Azərbaycan Respublikası Gömrük Komitəsinin Bakı Baş Gömrük İdarəsinin nümayəndəsi və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq məhkəmə iclasına gəlməmiş və gəlməmələri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Azərbaycan Respublikası İXM-nin 61.3 və 64.3 maddələrinə əsasən inzibati xəta haqqında işə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Xaçmaz Gömrük İdarəsinin nümayəndəsinin iştirakları olmadan baxılmasını mümkün hesab edir. İş üzrə materiallarda olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 09 oktyabr 2024-cü il tarixli 6/4513-9/7413 nömrəli ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş 07 ədəd 0.7 litr həcmində “Almas”, 01 ədəd “Beluga Transatlantik 1L”, 01 ədəd “Oneqin 1L, markalı spirtli içkilər növlərinə görə araqlardır. Yoxlanılan orqanoleptik və fiziki-kimyəvi göstəricilərə əsasən qablaşdırmaları üzərilərindəki etiket göstəricilərinə və müvafiq standartın (QOST 12712-2013) tələblərinə cavab verirlər. Həmçinin ekspertiza tədqiqatına təqdim edilmiş 2 adda spirtli içkilərin xx.xx.2024-cü il tarixə ümumilikdə orta bazar qiyməti təxminən 212.0 (iki yüz on iki) manat müəyyən edilir. “Almas” markalı spirtli içki barədə yerli internet saytlarında məlumat olmadığı üçün həmin spirtli içki üzrə qiymətləndirmə aparmaq mümkün olmamışdır. İş materiallarında olan 29 oktyabr 2024-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərardan görünür ki, 3-33-1700/019/004573 nömrəli material üzrə Şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 213-1-1ci maddəsinin tərkib əlamətləri mövcud olmadığından Azəbaycan Respublikası CPM-nin 39.1.2-ci maddəsinə əsasən cinayət işinin başlanması rədd edilmiş və Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 482.1-ci maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraat başlanılmışdır. İş materiallarını nəzərdən keçirib, məhkəmə hesab edir ki, Şəxs həmin hərəkəti ilə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 482.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir və onun barəsində inzibati tənbeh tətbiq edilməlidir. Belə ki, Azərbaycan Respublikasının vətəndaşı Şəxs 3 ədəd “Almas 0.7l” markalı araq, 4 ədəd “Almas 07l”, 1 ədəd “Beluga 1l” 1 ədəd “Onegin 1l” markalı araqları gömrük orqanına bəyan etmədən Azərbaycan Respublikasının gömrük sərhədindən keçirmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs barəsində inzibati tənbeh tətbiq edilməsi məsələsi müzakirə edilərkən, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs şəxsiyyətini və işin digər hallarını nəzərə alaraq onun barəsində inzibati tənbeh tədbiri olaraq inzibati xətanın bilavasitə obyekti olan predmetlərin müsadirəsinin tətbiq edilməsini məqsədə müvafiq hesab edir. Məhkəməyədək icraat zamanı inzibati xətanın bilavasitə obyekti oğlu 3 ədəd “Almas 0.7l” markalı araq, 4 ədəd “Almas 07l”, 1 ədəd “Beluga 1l” 1 ədəd “Onegin 1l” markalı araqlar müsadirə olunmalıdır. Azərbaycan Respublikasının İXM-nin 55.1, 55.1.1, 55.1.2-ci maddələrinə əsasən inzibati xətalar haqqında işlər üzrə məsrəflər: zərər çəkmişlərə, şahidlərə, onların qanuni nümayəndələrinə, hal şahidlərinə, ekspertlərə, mütəxəssislərə və tərcüməçilərə verilmiş məbləğlərdən; maddi sübutların saxlanılmasına, göndərilməsinə (daşınmasına) və tədqiq edilməsinə xərclənən məbləğlərdən ibarətdir. Həmin Məcəllənin 55.2-ci maddəsinə əsasən fiziki şəxslər barəsində inzibati xətalar haqqında işlər üzrə məsrəflər dövlət hesabına ödənilir. Hüquqi şəxslər barəsində inzibati xətalar haqqında işlər üzrə məsrəflər isə həmin şəxslərin üzərinə qoyulur. İş materiallarında olan məhkəmə ekspertiza xərclərinə dair bildirişdən görünür ki, ekspertiza xərci 100 (yüz) manat təşkil edir və dövlət hesabına ödənilməlidir Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 55, 114-115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, QƏRARAALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 482.1-ci maddəsi ilə təqsirli bilinsin, 3 ədəd “Almas 0.7l” markalı araq, 4 ədəd “Almas 07l”, 1 ədəd “Beluga 1l” 1 ədəd “Onegin 1l” markalı spirtli içkilər müsadirə edilsin. İş üzrə məhkəmə məsrəfləri 100 (yüz) manat dövlət hesabına ödənilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Qusar rayon məhkəməsi vasitəsilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Qərardan apellyasiya qaydasında şikayət və protest verilmədikdə qərardan şikayətin verilməsi müddətinin bitdiyi gün qərar qanuni qüvvəyə minir. Hakim: Əli Cəlilov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar