Məhkəmə qərarları › İş №3(029)-260/2025

Qusar Rayon Məhkəməsi Qərardad — İş №3(029)-260/2025

16.07.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Qusar şəhəri İş № 3(029)-260/2025 16.07.2025 QUSAR RAYON MƏHKƏMƏSİ Qusar rayon Məhkəməsinin hakimi Cəlilov Əli İsa oğlu xx.xx.1991-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, ünvan 1 ünvanda qeydiyyatda olmaqla yaşayan X5 barəsində Qusar rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materialları nəzərdən keçirib, məhkəmə MÜƏYYƏN ETDİ: xx.xx.2025-ci il tarixdə Qusar rayon X4 Emil İmran barəsində Azərbaycan Respublikası İXM-nin 529.3-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi haqqında protokol və ona əlavə edilmiş materiallar Qusar rayon Məhkəməsinə daxil olmuşdur. xx.xx.2025-ci il tarixli, İXP seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokoldan və ona əlavə edilmiş sənədlərin surətindən görünür ki, X5 xx.xx.2025-ci il tarixdə “OPEL ASTRA MİNİK” markalı, **-BE-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 339.1-1-ci maddəsi ilə məsuliyyət nəzərdə tutulan xx.xx.2025-ci il tarixli, EQ seriyalı, 26459597 nömrəli inzibati xəta haqqında protokol tərtib edilərək 50 manat cərimə olunmuşdur. X1 müəyyən edilmiş əsaslar olmadan 03 ay müddətinə cəriməni ödəməmişdir. Bu hərəkətinə görə xx.xx.2025ci il tarixdə X6 barəsində Azərbaycan Respublikası İXM-nin 529.3-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi haqqında protokol tərtib edilmişdir. Məhkəmə iş materiallarını tədqiq edərək hesab edir ki, protokol və ona əlavə edilmiş sənədlər natamam olduğundan geri qaytarılmalıdır. Belə ki, məhkəmə araşdırması zamanı məlum olmuşdur ki, EQ seriyalı, 26459597 nömrəli inzibati xəta haqqında protokol “AsanPay” elektron ödəniş sistemində mövcud deyildir. “AsanPay” elektron ödəniş sistemindən çıxarışdan görünür ki, həmin inzibati xəta haqqında protokol mövcud deyildir. İnzibati xəta haqqında protokolun mövcud olmaması məhkəmə icraatı zamanı aradan qaldırılması mümkün olmayan natamamlıq olduğundan məhkəmə hesab edir ki, inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər onu tərtib etmiş olan vəzifəli şəxsə geri qaytarılmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 109.1.6-cı maddəsi ilə müəyyən edilmişdir ki, protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib edildikdə, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda, işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması barədə qərardad qəbul edir. Bununla əlaqədar məhkəmə hesab edir ki, inzibati xəta haqqında protokol və ona əlavə edilmiş materiallar düzgün tərtib olunmadığına və natamam olduğuna görə inzibati xəta haqqında protokol onu tərtib etmiş vəzifəli şəxsə qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 100, 106, 109 və 128-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Azərbaycan Respublikası İXM-nin 529.3-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsi haqqında xx.xx.2025-ci il tarixli, İXP seriyalı, ******* nömrəli protokol, onu tərtib etmiş Qusar RPŞ-nin inzibati işlər üzrə baş inspektor polis mayoru X3 qaytarılsın. Qərardaddan şikayət verilə bilməz. Hakim Əli Cəlilov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar