Azərbaycan Respublikası adından QƏRARDAD Qusar şəhəri İş № 3(029)-265/2022 29.06.2022 QUSAR RAYON MƏHKƏMƏSİ Mən, Qusar rayon məhkəməsinin hakimi Vəliyev Adil Yaqub oğlu Şəxs haqqında Qusar rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materialları nəzərdən keçirib MÜƏYYƏN ETDİM: Təqdim edilmiş inzibati xəta haqqında protokoldan və ona əlavə olunmuş sənədlərdən görünür ki, Şəxs 2022-ci ilin iyun ayının əvvəllərində Qusar-Avaran yolunda yerləşən Zərərçəkmiş şəxs məxsus, yaşayış olmayan evdən 90 metr kabeli oğurlayaraq Zərərçəkmiş şəxs 90 manat ziyan vuraraq xırda talama törətmişdir. Həmin faktla bağlı Qusar RPŞ-nin TB tərəfindən araşdırma aparılmış, xx.xx.2022-ci il tarixli qərarla Zərərçəkmiş şəxs Qusar RPŞ-nə verdiyi ərizəsi əsasında toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmiş, Zərərçəkmiş şəxs məxsus evdən oğurluq edən şəxs və ya şəxslər müəyyən edilməklə barələrində Azərbaycan Respublikasının İXM-nin 227-ci maddəsi ilə inzibati icraat açılması üçün qərarın surəti Qusar RPŞ-nin İTB-nə göndərilmişdir. Həmin qərar təhqiqatçı tərəfindən başdansovdu və səthi tərtib olunmaqla, dəymiş ziyanın məbləğinə dair müvafiq ekspert rəyi əldə olunmadan, həmçinin tam araşdırma aparılmadan qəbul edilmişdir. Halbuki, istər CM-də nəzərdə tutulan oğurluq cinayəti, istərsə də İXM-də nəzərdə tutulmuş xırda talamanın obyekti-yəni əməlin cinayət və ya inzibati məsuliyyətə səbəb olması dəymiş ziyanın məbləği əsasında müəyyən edilir. Qusar RPŞ-nin İTB-nin polis sahə rəisi Rəşad Yunisov tərəfindən Şəxs barəsində Azərbaycan Respublikasının İXM-nin 227-ci maddəsi ilə 28 iyun 2022-ci il tarixli MN 1352710-298 saylı inzibati xəta haqqında protokol tərtib olunaraq baxılması üçün Qusar rayon məhkəməsinə göndərilmişdir. Rəşad Yunisov tərəfindən təhqiqatçının yol verdiyi, yuxarıda göstərilən qanun pozuntusu aradan qaldırılmadan-yəni müvafiq araşdırma aparılaraq xırda talamanın obyekti olan 90 metrlik kabelin dəyəri barədə müvafiq rəy əldə olunmamış, səthi protokol tərtib olunmuşdur. İş materiallarını araşdıraraq hesab edirəm ki, inzibati xəta haqqında protokol və ona əlavə olunmuş sənədlər protokolu tərtib etmiş orqana geri qaytarılmalıdır. Belə ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs tərəfindən zərər çəkmiş şəxsə dəymiş maddi zərərin miqdarı barədə müvafiq ekspert rəyi inzibati xəta haqqında protokola əlavə olunmamışdır. Halbuki, İXM-nin 227-ci maddəsinin Qeyd hissəsində göstərilmişdir ki, bu Məcəllənin 227-ci maddəsi həmin maddədə göstərilən əməllər Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin müvafiq maddələrinə əsasən cinayət məsuliyyətinə səbəb olmadıqda tətbiq edilir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177-ci maddəsinin Qeyd hissəsinin 1-ci bəndində göstərilmişdir ki, bu Məcəllənin 177.1, 178.1 və 179.1-ci maddələrində nəzərdə tutulmuş məsuliyyət əmlakın mülkiyyətçisinə və ya digər sahibinə beş yüz manatdan yuxarı, lakin beş min manatdan artıq olmayan məbləğdə ziyan vurulduğu hallarda yaranır. Bu Məcəllənin 177.2.1-177.2.3-2, 177.2.5 və 177.3.1-ci maddələrində nəzərdə tutulmuş məsuliyyət əmlakın mülkiyyətçisinə və ya digər sahibinə yüz manatdan yuxarı məbləğdə ziyan vurulduğu hallarda yaranır. Odur ki, müvafiq ekspert rəyi olmadan dəymiş ziyanın məbləğini və törədilmiş əməlin cinayət və ya inzibati xəta tərkibini yaratmasını dəqiq müəyyən etmək mümkün deyildir. Bununla da, inzibati xəta haqqında protokol natamamdır və işə baxılarkən tamamlanması mümkün deyildir. Azərbaycan Respublikasının İXM-nin 100.4-cü maddəsinə əsasən protokol onu tərtib etmiş şəxs, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxs və ya hüquqi şəxsin nümayəndəsi tərəfindən imzalanır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxs və ya hüquqi şəxsin nümayəndəsi protokolu imzalamaqdan imtina etdikdə, bu barədə protokolda müvafiq qeyd aparılır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsin və ya hüquqi şəxsin nümayəndəsinin izahatlar və protokolun məzmunu barəsində öz mülahizələrini təqdim etmək, habelə protokolu imzalamaqdan imtina etməsinin səbəblərini göstərmək hüquqları vardır. Onların bu izahatları və mülahizələri protokola əlavə olunur. Həmin Məcəllənin 109.1.6-cı maddəsinə əsasən protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib edildikdə, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə qaytarılması barədə qərardad qəbul edilir. Beləliklə, iş materiallarını tam şəkildə araşdırıb belə qənaətə gəlirəm ki, Şəxs haqqında Qusar rayon Polis Şöbəsi tərəfindən Azərbaycan Respublikasının İXM-nin 227-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında xx.xx.2022-ci il tarixli MN 1352710-298 saylı protokol düzgün tərtib olunmadığından, həmçinin təqdim edilmiş materiallar natamam olduğundan, bu səbəbdən də işə baxılarkən tamamlamaq mümkün olmadığından inzibati xəta haqqında protokol və ona əlavə olunmuş digər sənədlər onu tərtib etmiş həmin idarəyə geri qaytarılmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 100, 109-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: Şəxs haqqında Qusar rayon Polis Şöbəsi tərəfindən Azərbaycan Respublikasının İXM-nin 227-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında xx.xx.2022-ci il tarixli MN 1352710-298 saylı protokol və ona əlavə edilmiş sənədlər həmin şöbəyə geri qaytarılsın. Qusar rayon Məhkəməsinin hakimi Adil Vəliyev
Məhkəmə qərarları › İş №3(029)-265/2022
Qusar Rayon Məhkəməsi Qərardad — İş №3(029)-265/2022
29.06.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver