Azərbaycan Respublikası adından QƏRAR Qusar şəhəri İş № 3(029)-27/2025 06.02.2025 QUSAR RAYON MƏHKƏMƏSİ Qusar rayon məhkəməsinin hakimi Cəlilov Əli İsa oğlu sədrliyi, Ağaliyev Hümmət Rahib oğlunun katibliyi ilə, xx.xx.1970-ci ildə Şamaxı rayonu, Şıxlar kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, Qobustan rayonu, Xilmilli kəndində qeydiyyatda olmaqla, Abşeron rayonu, Pirəkəşkül qəsəbəsində yaşayan Şəxs haqqında Azərbaycan Respublikası İXM-nin 480.1 və 482.1-ci maddələri Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Xaçmaz Gömrük İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiallara açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Təqdim edilmiş inzibati xəta haqqında protokoldan və ona əlavə olunmuş sənədlərdən görünür ki, Xaçmaz Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat Şöbəsinə daxil olmuş əməliyyat məlumatına əsasən xx.xx.2024-cü il tarixdə, saat 12:30-da radələrində Rusiya Federasiyası istiqamətindən “Samur” gömrük postunun idxal gömrük nəzarəti xəttinə daxil olan Azərbaycan Respublikasının vətəndaşı Şəxs idarə etdiyi “DAF FT XF 105.460T YÜK” markalı 77JM653/99YF634 dövlət nömrə nişanlı nəqliyyat vasitəsinə keçirilmiş gömrük yoxlaması zamanı nəqliyyat vasitəsinin kabinasının sol tərəfində yerləşən əşyalar qoymaq üçün nəzərdə tutulmuş yerdən gömrük nəzarətinə bəyan edilməyən 4 ədəd “X1 0.7l” markalı araq və 3 ədəd “X1 Navy Blue 0.7l” markalı, nəqliyyat vasitəsinin qoşqusunun sağ arxa tərəfində yerləşən əşyalar qoymaq üçün nəzərdə tutulan yerdə ehtiyat hissələrinin arxasından gömrük nəzarətindən gizlədilmiş 3 ədəd “X1 Navy Blue 0.7l” markalı araq, nəqliyyat vasitəsinin qoşqusunun sağ tərəfində yerləşən əşyalar qoymaq üçün nəzərdə tutulan yerdə ərzaqların və ehtiyyat hissələrinin arxasına qoyulmuş örtüyün arxasından gömrük nəzarətindən gizlədilmiş 6 ədəd “X1 Navy Blue 0.7l” markalı araq və 11 ədəd “X1 0.7l” markalı araq, nəqliyyat vasitəsinin kabinasında yatmaq üçün nəzərdə tutulan yerdə yorğanın içindən 12 ədəd “X1 0.7l” markalı araq və 3 ədəd “X1 Navu Blue 0.7l” markalı araq, nəqliyyat vasitəsinin kabinasında üst hissəsində yatmaq üçün nəzərdə tutulan yerdə uşaq arasbasının içindən gömrük nəzarətindən gizlədilmiş 3 ədəd “X1 Navy Blue 0.7l” markalı araqlar aşkar olunaraq protokol əsasında götürülmüşdür. Faktla bağlı Xaçmaz Gömrük İdarəsi tərəfindən Şəxs barəsində Azərbaycan Respublikasının İXM-nin 480 və 482.1-ci maddələri ilə xx.xx.2025-ci il tarixli inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün Qusar rayon məhkəməsinə göndərilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və inzibati xəta haqqında protokolu tərtib etmiş Xaçmaz Gömrük İdarəsinin nümayəndəsi məhkəmə iclasının yeri və müddəti barədə lazımi qaydada xəbərdar edilmiş, lakin onlar məhkəmə iclasına gəlməmişlər, gəlməmələrinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişlər. Azərbaycan Respublikasının İXM-nin 61.3 və 65-ci maddələrinə əsasən inzibati xəta haqqında işə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və inzibati xəta haqqında protokolu tərtib etmiş Xaçmaz Gömrük İdarəsinin nümayəndəsinin iştirakları olmadan baxılmasını mümkün hesab edir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli 6/4392-9/7226 saylı ekspert rəyinə əsasən, ekspertiza tədqiqatına təqdim edilmiş 35 ədəd 0.7 litrlik “X1” və 18 ədəd 0.7 litrlik “X1 Navy Blue” markalı alkoqollu içki növünə görə araqlardır. xx.xx.2024-cü il tarixə 1 ədəd 0.7 litrlik “X1” orta bazar qiyməti 93 (doxsan üç) manat, 1 ədəd 0.7 litrlik “X1 Navy Blue” markalı arağın qiyməti 104 manat, ümumilikdə orta bazar qiyməti təxminən 5127 (beş min yüz iyirmi yeddi) manat müəyyən edilmişdir. İş materiallarını nəzərdən keçirib, məhkəmə hesab edir ki, Şəxs həmin hərəkətləri ilə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 480 və 482.1-ci maddələrində nəzərdə tutulan inzibati xətaları törətmişdir, o, həmin maddələrlə təqsirli bilinməli və barəsində inzibati tənbeh tətbiq edilməlidir. Azərbaycan Respublikasının İXM-nin 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Həmin Məcəllənin 480-ci maddəsinə əsasən malların və nəqliyyat vasitələrinin Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən gizlədilməklə keçirilməsinə, yəni gizli saxlanc yerlərindən və ya malların aşkar edilməsini çətinləşdirən digər üsullardan istifadə edilməklə, yaxud bir qəbildən olan malların digər şəklə salınmaqla keçirilməsinə görə, bu az miqdarda olduqda - inzibati xətanın bilavasitə obyekti olan mallar və nəqliyyat vasitələri müsadirə edilir, yaxud həmin malların və nəqliyyat vasitələrinin dəyərinin altmış faizindən yüz faizinədək məbləğdə cərimə edilir. Həmin Məcəllənin 482.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının gömrük sərhədindən keçirilən malların və ya nəqliyyat vasitələrinin bəyan edilməməsinə görə, bu az miqdarda olduqda - inzibati xətanın bilavasitə obyekti olan mallar və nəqliyyat vasitələri müsadirə edilir, yaxud həmin malların və nəqliyyat vasitələrinin dəyərinin altmış faizindən yüz faizinədək məbləğdə cərimə edilir. Göründüyü kimi, Şəxs tərəfindən törədilmiş hər iki inzibati xətanın sanksiyası ağırlıq dərəcəsinə görə eynidir və bu səbəbdən də hesab edirəm ki, onun barəsində hər iki maddənin sanksiyası çərçivəsində inzibati tənbeh tətbiq edilməlidir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs barəsində inzibati tənbeh tətbiq edilməsi məsələsi müzakirə edilərkən, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs cərimə tətbiq olunması ona görə məqsədə müvafiq hesab etmir ki, belə ki, cərimə tətbiq olunarsa onun ailəsinin maddi vəziyyətinə mənfi təsir edəcəyindən və işin digər hallarını nəzərə alaraq onun barəsində inzibati tənbeh tədbiri olaraq inzibati xətanın bilavasitə obyekti olan predmetlərin müsadirəsinin tətbiq edilməsini məqsədə müvafiq hesab edir. Azərbaycan Respublikasının İXM-nin 55.1, 55.1.1, 55.1.2-ci maddələrinə əsasən inzibati xətalar haqqında işlər üzrə məsrəflər: zərər çəkmişlərə, şahidlərə, onların qanuni nümayəndələrinə, hal şahidlərinə, ekspertlərə, mütəxəssislərə və tərcüməçilərə verilmiş məbləğlərdən; maddi sübutların saxlanılmasına, göndərilməsinə (daşınmasına) və tədqiq edilməsinə xərclənən məbləğlərdən ibarətdir. Həmin Məcəllənin 55.2-ci maddəsinə əsasən fiziki şəxslər barəsində inzibati xətalar haqqında işlər üzrə məsrəflər dövlət hesabına ödənilir. Hüquqi şəxslər barəsində inzibati xətalar haqqında işlər üzrə məsrəflər isə həmin şəxslərin üzərinə qoyulur. İş üzrə məhkəmə məsrəfləri 200 (iki yüz) manat təşkil edir və dövlət hesabına ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 55, 114-115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, Q Ə R A R A A L D İ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 480 və 482.1-ci maddələri ilə təqsirli bilinib, inzibati xətaların bilavasitə obyekti olan xx.xx.2024-cü il tarixə ümumilikdə orta bazar qiyməti təxminən 5127 (beş min yüz iyirmi yeddi) manat təşkil edən, 33 ədəd 0.7 litrlik “X1” və 16 ədəd 0.7 litrlik “X1 Navy Blue” markalı araqlar müsadirə edilsin. İş üzrə 200 (iki yüz) manat məbləğində ekspertiza məsrəfləri dövlət hesabına ödənilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Qusar rayon məhkəməsi vasitəsilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Qərardan apellyasiya qaydasında şikayət və protest verilmədikdə qərardan şikayətin verilməsi müddətinin bitdiyi gün qərar qanuni qüvvəyə minir. Hakim: Əli Cəlilov
Məhkəmə qərarları › İş №3(029)-27/2025
Qusar Rayon Məhkəməsi Qərar — İş №3(029)-27/2025
06.02.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver