Məhkəmə qərarları › İş №3(029)-270/2022

Qusar Rayon Məhkəməsi Qərar — İş №3(029)-270/2022

07.07.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Qusar şəhəri İş № 3(029)-270/2022 07.07.2022 QUSAR RAYON MƏHKƏMƏSİ xx.xx.1977-ci ildə Qusar rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, orta təhsilli, işləməyən, Qusar rayonu Urva kəndində qeydiyyatda olmaqla Qusar rayonu Şirvanlı kəndində kirayədə yaşayan Şəxs haqqında Qusar rayon İcra və Probasiya şöbəsindən daxil olmuş inzibati xəta haqqında iş üzrə materiallara Qusar rayon məhkəməsinin binasında açıq məhkəmə baxışı iclasında baxaraq, Müəyyən etdim: Təqdim edilmiş inzibati xəta haqqında protokoldan və ona əlavə olunmuş sənədlərdən görünür ki, Qusar rayon məhkəməsinin 2(029)-334/2022 saylı xx.xx.2022-ci il tarixli icra sənədinə əsasən borclu Şəxs tələbkar X1 1320 manat aliment borcu yaranmışdır. Borclu aliment borcunu ödəməkdən qərəzli yayınır. Həmin faktla bağlı Qusar rayon İcra və Probasiya Şöbəsi tərəfindən Şəxs barəsində Azərbaycan Respublikasının İXM-nin 528.1-ci maddəsi ilə xx.xx.2022-ci il tarixli MN ******* saylı inzibati xəta haqqında protokol tərtib olunmuş və baxılması üçün Qusar rayon məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü təqsirli bilmiş və izahatında göstərmişdir ki, hazırda onun tələbkara 1320 manat aliment borcu yaranmışdır. Hal-hazıradək aliment borcundan heç bir ödəniş etməmişdir. Heç bir yerdə işləmir, maddi imkanı yoxdur. Maddi imkanı olanda aliment borcunu və aylıq alimenti ödəyəcəkdir. Odur ki, barəsində qanuni qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İş materiallarında olan Qusar rayon məhkəməsinin 2(029)-334/2022 saylı xx.xx.2022-ci il tarixli icra sənədinə əsasən Şəxsdən xx.xx.2022-ci il tarixdən başlayaraq xx.xx.2008-ci il təvəllüdlü X4, xx.xx.2009-cu il təvəllüdlü X2 və xx.xx.2013-cü il təvəllüdlü X3 yetkinlik yaşına çatana kimi baxılıb saxlanmaları üçün hər ay hər uşaq üçün 110 (yüz on) manat, cəmi 330 (üç yüz otuz) manat sabit pul məbləğində aliment alınaraq X1 verilməsi qət edilmişdir. İş materiallarında olan Qusar rayon İcra və Probasiya Şöbəsi tərəfindən borclu Şəxsə ünvanlanmış xx.xx.2022-ci il tarixli 1238/22 saylı bildirişin və eyni tarixli qərarın surətlərindən görünür ki, Qusar rayon məhkəməsinin 2(029)-334/2022 saylı xx.xx.2022-ci il tarixli icra sənədi üzrə tələbin könüllü icra edilməsi üçün həmin şəxsə 10 gün müddət verilmişdir. İş materiallarında olan Şəxs barəsində olan elektron çıxarışın surətindən görünür ki, onun mülkiyyətində tələbin yönəldilə biləcəyi əmlakı və gəlirləri yoxdur, pensiya və ya sosial ödəniş almır. İş materiallarında olan Qusar rayon İcra və Probasiya şöbəsinin xx.xx.2022-ci il tarixli 2102/2022 saylı arayışından görünür ki, hal-hazırda borclunun tələbkara 1320 (min üç yüz iyirmi) manat aliment borcu yaranmışdır. İş materiallarında olan borclu Şəxs Qusar rayon İcra və Probasiya Şöbəsinə verdiyi xx.xx.2022-ci il tarixli izahatından görünür ki, o, Qusar rayon məhkəməsinin 2(029)- 334/2022 saylı xx.xx.2022-ci il tarixli icra sənədinə əsasən tələbkar X1 olan aliment borcunu ödəyə bilmədiyini, onun hal-hazırda 1440 manat aliment borcunu işi olanda ödəyəcəyini bildirmişdir. İş materiallarında olan Qusar rayon İcra və Probasiya Şöbəsinin əməkdaşları tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli evə baxış keçirilməsi haqqında aktdan görünür ki, Şəxs yaşadığı Qusar rayonu Urva kəndində yerləşən evində olmuşlar. Evdə baxış zamanı borclu və onun ailə üzvləri üçün zəruri olan ərzaq məhsullarından, daimi istifadə edilən qab-qacaq olan mətbəx ləvəzimatları və digər zəruri əşyalarından başqa tələbin yönəldilə biləcəyi əmlak, qiymətli əşya aşkar edilməmişdir. İş materiallarında olan borclu Şəxs Qusar rayon İcra və Probasiya Şöbəsinə verdiyi xx.xx.2022-ci il tarixli izahatından görünür ki, o, Qusar rayon məhkəməsinin 2(029)- 334/2022 saylı xx.xx.2022-ci il tarixli icra sənədinə əsasən tələbkar X1 olan 1300 manatdan yuxarı olan aliment borcunu yarandığını, həmin aliment borcunu iş tapanda ödəyəcəyini bildirmişdir. Beləliklə, iş materiallarını nəzərdən keçirib, hesab edirəm ki, Şəxs heç bir üzürlü səbəb olmadan yuxarıda göstərilən icra sənədi üzrə ödəməli olduğu alimenti ödəməyərək icra vərəqəsini icra etməmiş, bundan boyun qaçırmış, bununla da o, həmin hərəkəti ilə Azərbaycan Respublikasının İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir və barəsində inzibati tənbeh tətbiq edilməlidir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs haqqında inzibati tənbeh tətbiq edilməsi məsələsi müzakirə edilərkən məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs şəxsiyyətini və işin digər hallarını nəzərə alaraq onun barəsində inzibati tənbeh növü olaraq inzibati həbs tətbiq edilməsini məqsədəmüvafiq hesab edirəm. Həmçinin, hesab edirəm ki, Şəxs hal-hazırda icra sənədi üzrə aliment borcunun ödənilməsindən yayındığından barəsində təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulan daha yüngül inzibati tənbeh-yəni cərimə tətbiq edilərsə həmin cərimənin ödənilməsindən də yayına bilər və bununla da, tətbiq edilmiş inzibati tənbeh səmərəsiz olmaqla məqsədinə nail ola bilməz. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 31.4-cü maddəsinə əsasən bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 31, 114-115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, Qərara aldım: Şəxs Azərbaycan Respublikasının İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək, 08 (səkkiz) gün müddətə inzibati həbs edilsin. İnzibati həbs etmənin əvvəli xx.xx.2022-ci il tarixdən saat 12:55-dən hesablansın. Qərar dərhal icra edilsin. Qərarın icrası Qusar rayon Polis Şöbəsinə həvalə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Qusar rayon məhkəməsi vasitəsilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Qusar rayon Məhkəməsinin hakimi: Adil Vəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar