Azərbaycan Respublikası adından QƏRAR Qusar şəhəri İş № 3(029)-272/2021 29.06.2021 QUSAR RAYON MƏHKƏMƏSİ Mən, Qusar rayon məhkəməsinin hakimi Vəliyev Adil Yaqub oğlu, Əliyev Rahib Malik oğlunun katibliyi ilə xx.xx.1971-ci ildə Xaçmaz rayonu Müşkür kəndində anadan olmuş, həmin kəndə yaşayan, Azərbaycan Respublikasının vətəndaşı, fərdi sahibkarlıqla məşğul olan (VÖEN **********) vəzifəli şəxs Şəxs barəsində Azərbaycan Respublikasının İXM-nin 428.7.1-ci maddəsi ilə X1 İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiallara açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdim: Təqdim olunmuş inzibati xəta haqqında protokoldan və ona əlavə olunmuş sənədlərdən görünür ki, 05 may 2021-ci il tarixdə Şəxs tərəfindən ünvan 1 ünvanda yerləşən “SARİ MAHMUD” şirniyyat obyektinin fasadında müvafiq icazə olmadan açıq məkanda reklam yerləşdirilməsi faktı müəyyən edilmişdir. Həmin faktla bağlı X1 İdarəsi tərəfindən Şəxs barəsində Azərbaycan Respublikasının İXM-nin 428.7.1-ci maddəsi ilə 07.06.2021-ci il tarixli MN № ******* saylı inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün Qusar rayon məhkəməsinə göndərilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan vəzifəli şəxs Şəxs və X1 İdarəsi məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq inzibati xəta haqqında iş üzrə icraat aparılan vəzifəli şəxs Şəxs və X1 İdarəsinin nümayəndəsi məhkəmə iclasında gəlməmişlər, gəlməmələrinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişlər. Azərbaycan Respublikasının İXM-nin 61.3 və 112.1.4-cü maddələrinə əsasən işə həmin şəxslərin iştirakları olmadan baxılmasını mümkün hesab edirəm. İş materiallarında olan 05 may 2021-ci il tarixli 000419 saylı “açıq məkanda mövcud qanunvericiliyin tələblərinə uyğun olmayan reklam yayımı hallarının müəyyən edilməsi haqqında” aktdan görünür ki, Qusar şəhərində yerləşən “SARİ MAHMUD” adlı obyektdə Şəxs tərəfindən “Reklam haqqında” Azərbaycan Respublikasının Qanununun 26-cı maddəsinin 26.2-ci bəndinin və açıq məkanda reklam yerləşdirilməsinə icazə verilməsi və bu sahədə nəzarətin həyata keçirilməsi Qaydasının 2.1-ci bəndinin tələbləri pozulmaqla açıq məkanda icazəsiz reklam yerləşdirilməsi və yayımı halı müəyyən edilmişdir. İş materiallarında olan X1 İdarəsi tərəfindən Şəxs ünvanlanmış 05 may 2021-ci il tarixli 000419 saylı “Reklam haqqında” Azərbaycan Respublikasının mövcud qanunvericiliyinin tələblərinin pozulmasına dair icrası məcburi olan göstərişdən görünür ki, Qusar şəhərində yerləşən “SARİ MAHMUD” obyektinin sahibi Şəxs reklam yayımının 5 gün ərzində dayandırılması tələb olunmuş, əks halda, barəsində inzibati xəta haqqında protokol tərtib olunacağı bildirilmişdir. İş materiallarında olan fotoşəkillərdən görünür ki, Qusar şəhərində yerləşən “SARİ MAHMUD” obyektinin fasadında “SARİ MAHMUD şirniyyat” yazılı reklam yayımlandığı aşkar edilmişdir. “Reklam haqqında” Azərbaycan Respublikasının Qanununun 26.1-ci maddəsinə əsasən reklam birbaşa və ya reklam daşıyıcısı vasitəsilə torpaq sahələrində, bina, qurğu və digər tikililərin fasadlarında (divarlarında, hasarlarında), dam örtüklərində, bayıra ünvanlanmaqla qapıların, pəncərələrin (pəncərə altlıqlarının), vitrinlərin çöl və iç tərəflərində, habelə açıq məkanda olan avadanlıqlarda, avtomobil yollarının dayanacaqlarında və yeraltı keçidlərində, hava şarlarının, aerostat və dirijablların üzərində yerləşdirildiyi halda açıq məkanda reklam hesab olunur. Həmin Qanunun 26.2-1-ci maddəsinə əsasən açıq məkanda reklam yerləşdirilməsinə icazənin verilməsi və bu sahədə nəzarətin keçirilməsi qaydasını, həmçinin icazənin formasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. Həmin Qanunun 26.2-2, 26.2-2.1, 26.2-2.2-ci maddələrinə əsasən reklam yayıcısı, həmçinin: reklam daşıyıcısının yerləşdiriləcəyi xüsusi mülkiyyətdə olan daşınmaz əmlakın mülkiyyətçisi ilə həmin əmlakın istifadəsinə dair müqavilə bağlamalıdır; reklam daşıyıcısının bələdiyyə mülkiyyətində olan daşınmaz əmlakda yerləşdiriləcəyi təqdirdə həmin əmlakın icarəsinə dair bələdiyyə ilə müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurum arasında bağlanılacaq müqavilədən irəli gələn məbləği həmin quruma ödəməlidir. Həmin Qanunun 26.2-3-cü maddəsinə əsasən reklam yayıcısı açıq məkanda reklam yayımına görə bu Qanunun 35.3-cü maddəsinə uyğun olaraq, müvafiq icra hakimiyyəti orqanının yaratdığı quruma haqq ödəyir. Həmin Qanunun 35.3-cü maddəsinə əsasən açıq məkanda reklam yayımına görə ödənilən haqqın məbləği müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Bu maddənin birinci cümləsinin tələbi nəzərə alınmaqla, açıq məkanda reklam yayımına görə haqqın ödənilməsi ilə bağlı məsələlər hər bir reklam yayıcısına bu Qanunun 26.2-ci maddəsinə uyğun olaraq verilən icazədə müəyyən edilir. Beləliklə, iş materiallarını tam şəkildə tədqiq edərək hesab edirəm ki, həqiqətən də, 05 may 2021-ci il tarixdə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan vəzifəli şəxs Şəxs tərəfindən müvafiq icazə olmadan fərdi sahibkarlıqla məşğul olduğu Qusar şəhərində yerləşən “SARİ MAHMUD” restoranının fasadında reklam yayımı yerləşdirilməsi faktı aşkar olunmuş, həmin reklamın dayandırılması reklam yerləşdirilməsinə icazə verilməsini və bu sahədə nəzarəti həyata keçirən X1 İdarəsi tərəfindən tələb olunsa da, Şəxs reklam yayımını dayandırmamış və bununla da, həmin hərəkəti ilə Azərbaycan Respublikasının İXM-nin 428.7.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Odur ki, onun barəsində inzibati tənbeh tətbiq edilməlidir. Azərbaycan Respublikasının İXM-nin 17-ci maddəsinə əsasən vəzifəli şəxslər öz vəzifələrinin yerinə yetirilməməsi və ya lazımınca yerinə yetirilməməsi ilə bağlı inzibati xətalara görə inzibati məsuliyyətə cəlb olunurlar. Həmin Maddənin qeyd hissəsinə əsasən dövlət hakimiyyətinin nümayəndəsi funksiyasını həyata keçirən şəxslər, dövlət orqanlarında, bələdiyyələrdə, Azərbaycan Respublikasının Silahlı Qüvvələrində və Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrdə, dövlət və qeyri-dövlət təşkilatlarında, idarə və müəssisələrində, o cümlədən publik hüquqi şəxslərdə təşkilati-sərəncamverici və ya inzibati-təsərrüfat vəzifələrində daimi və ya müvəqqəti işləyən şəxslər və ya həmin vəzifələri xüsusi səlahiyyət əsasında həyata keçirən şəxslər, habelə hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olaraq belə səlahiyyətləri yerinə yetirən fiziki şəxslər vəzifəli şəxs hesab edilirlər. Göründüyü kimi, Şəxs VÖEN:********** əsasında fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul olur və bu səbəbdən də o, vəzifəli şəxs kimi inzibati məsuliyyətə cəlb olunmalıdır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan vəzifəli şəxs Şəxs barəsində inzibati tənbeh tətbiq edilməsi məsələsi müzakirə edilərkən, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs şəxsiyyətini və işin digər hallarını nəzərə alaraq onun barəsində təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulan minimum həddə cərimənin tətbiq edilməsini məqsədəmüvafiq hesab edirəm. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 114-115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, Qərara aldım: Vəzifəli şəxs Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 428.7.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinib, 1500 (min beş yüz) manat məbləğində cərimə edilsın. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Qusar rayon məhkəməsi vasitəsilə və ya birbaşa Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Qərardan apelyasiya qaydasında şikayət və protest verilmədikdə qərardan şikayətin verilməsi müddətinin bitdiyi gün qərar qanuni qüvvəyə minir. Qusar rayon məhkəməsinin hakimi: Adil Vəliyev
Məhkəmə qərarları › İş №3(029)-272/2021
Qusar Rayon Məhkəməsi Qərar — İş №3(029)-272/2021
29.06.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver