Azərbaycan Respublikası adından QƏRAR Qusar şəhəri İş № 3(029)-274/2022 14.07.2022 QUSAR RAYON MƏHKƏMƏSİ Mən, Qusar rayon Məhkəməsinin hakimi Cəlilov Əli İsa oğlu xx.xx.1979-cu ildə Qusar rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən Qusar rayonu Zindan Muruq kəndində yaşayan Şəxs haqqında Qusar rayon İcra və Probasiya şöbəsindən daxil olmuş inzibati xəta haqqında iş üzrə materiallara Qusar rayon məhkəməsinin binasında açıq məhkəmə baxışı iclasında baxaraq, Müəyyən etdim: Təqdim edilmiş inzibati xəta haqqında protokoldan və ona əlavə olunmuş sənədlərdən görünür ki, Qusar rayon məhkəməsinin 2(029)-501/2020 saylı xx.xx.2020-ci il tarixli icra sənədinə əsasən borclu Şəxs 3950 manat aliment borcu yaranmışdır. Borclu aliment borcunu ödəməkdən qərəzli yayınır. Həmin faktla bağlı Qusar rayon İcra və Probasiya Şöbəsi tərəfindən Şəxs barəsində Azərbaycan Respublikasının İXM-nin 528.1-ci maddəsi ilə xx.xx.2022-ci il tarixli MN ******* saylı inzibati xəta haqqında protokol tərtib olunmuş və baxılması üçün Qusar rayon məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü təqsirli bilmiş və izahatında göstərmişdir ki, Qusar rayon məhkəməsinin 2(029)-501/2020 saylı xx.xx.2020-ci il tarixli icra sənədinə əsasən onun tələbkar X1 3950 manat aliment borcu yaranmışdır. Hazırda heç bir yerdə işləmir. Maddi imkanı olanda və iş tapanda borcu ödəyəcəkdir. Əməlindən peşmandır. Odur ki, barəsində qanuni qərar çıxarılmasını məhkəmədən xahiş etmişdir. İş materiallarında olan Qusar rayon məhkəməsinin 2(029)-501/2020 saylı xx.xx.2020-ci il tarixli icra sənədinə əsasən Şəxs xx.xx.2020-ci il tarixdən başlayaraq xx.xx.2010-cu il təvəllüdlü Vəkilova Albina Vəzir qızının, xx.xx.2013-cü il təvəllüdlü Vəkilov Vəkil Vəzir oğlunun və xx.xx.2016-cı il təvəllüdlü Vəkilov Ümüd Vəzir oğlunun yetkinlik yaşına çatana kimi baxılıb saxlanmaları üçün hər ay hər bir uşaq görə 100 (yüz) manat, cəmi 300 (üç yüz) manat sabit pul məbləğində aliment alınaraq X1 verilməsi qət edilmişdir. İş materiallarında olan Qusar rayon İcra və Probasiya Şöbəsi tərəfindən borclu Şəxs ünvanlanmış xx.xx.2020-ci il tarixli 2559/20 saylı bildirişin və eyni tarixli qərarın surətlərindən görünür ki, Qusar rayon məhkəməsinin 2(029)-501/2020 saylı xx.xx.2020-ci il tarixli icra sənədi üzrə tələbin könüllü icra edilməsi üçün həmin şəxsə 10 gün müddət verilmişdir. İş materiallarında olan Şəxs barəsində olan elektron çıxarışın surətindən görünür ki, onun mülkiyyətində tələbin yönəldilə biləcəyi əmlakı və gəlirləri yoxdur. İş materiallarında olan Qusar rayon məhkəməsinin xx.xx.2020-ci il tarixli 8(029)- 128/2020 saylı qərardadından görünür ki, Şəxs məcburi Qusar rayon İcra və Probasiya şöbəsinə gətirməsi barədə qərar qəbul edilmişdir. İş materiallarında olan xx.xx.2020-ci il tarixli borclunun məcburi gətirilməsi haqqında qərardan görünür ki, Şəxs məcburi qaydada Qusar rayon İcra və Probasi şöbəsinə gətirilməsi barədə qərar qəbul edilmişdir. İş materialarında olan xx.xx.2022-ci il tarixli fiziki şəxsin axtarılması haqqında qərardan görünür ki, Şəxs barəsində axtarış elan edilmiş və icra edilməsi üçün Qusar RPŞ-yə göndərlimişdir. İş materiallarında olan borclu Şəxs Qusar rayon İcra və Probasiya Şöbəsinə verdiyi izahatından görünür ki, o, Qusar rayon məhkəməsinin 2(029)-501/2020 saylı xx.xx.2020-ci il tarixli icra sənədinə əsasən tələbkar X1 olan aliment borcunu tam ödəyə bilmədiyini, onun hal-hazırda 3950 manat aliment borcunu maddi imkanı düzələndə ödəyəcəyini bildirmişdir. Beləliklə, iş materiallarını nəzərdən keçirib, hesab edirəm ki, Şəxs heç bir üzürlü səbəb olmadan yuxarıda göstərilən icra sənədi üzrə ödəməli olduğu alimenti ödəməyərək icra vərəqəsini icra etməmiş, bundan boyun qaçırmış, bununla da o, həmin hərəkəti ilə Azərbaycan Respublikasının İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir və barəsində inzibati tənbeh tətbiq edilməlidir. Məhkəmə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs törətdiyi əməldən peşman olmasını Azərbayca Respublikası İXM-nin 32-ci maddəsinə əsasən məsuliyyəti yüngülləşdirən hal kimi nəzər alır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məsuliyyəti ağırlaşdıran hallar müəyyən edilməmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs şəxsiyyətini və işin digər hallarını nəzərə alaraq onun barəsində inzibati tənbeh növü olaraq inzibati həbs tətbiq edilməsini məqsədəmüvafiq hesab edir. Məhkəmə, hesab edir ki, Şəxs hal-hazırda icra sənədi üzrə aliment borcunun ödənilməsindən yayındığından barəsində təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulan daha yüngül inzibati tənbeh-yəni cərimə tətbiq edilərsə həmin cərimənin ödənilməsindən də yayına bilər və bununla da, tətbiq edilmiş inzibati tənbeh səmərəsiz olmaqla məqsədinə nail ola bilməz. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 114-115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, Qərara aldım: Şəxs Azərbaycan Respublikasının İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək, 10 (on) gün müddətə inzibati həbs edilsin. İnzibati həbs etmənin əvvəli xx.xx.2022-ci il tarixdən saat 18:15-dən hesablansın. Qərar dərhal icra edilsin. Qərarın icrası Qusar rayon Polis Şöbəsinə həvalə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Qusar rayon məhkəməsi vasitəsilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər.
Məhkəmə qərarları › İş №3(029)-274/2022
Qusar Rayon Məhkəməsi Qərar — İş №3(029)-274/2022
14.07.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver