Məhkəmə qərarları › İş №3(029)-274/2023

Qusar Rayon Məhkəməsi Qərar — İş №3(029)-274/2023

17.08.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Qusar şəhəri İş № 3(029)-274/2023 17.08.2023 QUSAR RAYON MƏHKƏMƏSİ Hakim Cəlilov Əli İsa oğlunun sədrliyi Laçinov Ramil Elnur oğlunun katibliyi ilə X2 Azərbaycan Respublikası İXM-nin 327.2 və 332.3-cü maddələri ilə nəzərdə tutulmuş inzibati xətaya görə inzibati tənbehə cəlb edilməsinə dair Baş Dövlət Yol Polis İdarəsinin xx.xx.2023-cü il tarixli EQ 15980834 saylı qərarından verdiyi şikayətə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Baş Dövlət Yol Polis İdarəsi tərəfindən X2 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin Azərbaycan Respublikası İXM-nin 327.2 və 332.3-cü maddələri ilə xx.xx.2023-cü il tarixli EQ 15980834 saylı qərarı saylı qərarla həmin şəxs həmin maddə ilə təqsirli bilinib 200 (iki yüz) manat məbləğində cərimə edilmişdir. X4 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək həmin qərarın ləğv edilməsini məhkəmədən xahiş etmişdir. X4 şikayət ərizəsini onunla əsaslandırmışdır ki, xx.xx.2023-cü il tarixdə saat 17:15 radələrində Bakı şəhəri Ş.Bədəlbəyli küçəsi istiqaməti ilə idarə etdiyi “VOLKSWAGEN PASSAT” markalı, **-OF-*** dövlət qeydiyyat nişanlı avtomaşınla hərəkət etdiyi zaman svetoforun və ya nizamlayıcının qadağanedici işarəsi verilərkən hərəkətin davam etdirilməsi, nəqliyyat vasitəsinin idarə etmək hüququ məhdudlaşdırılmış şəxs tərəfindən nəqliyyat vasitəsinin idarə edilməsi haqqında EQ15980234 saylı protokol tərtib edilmişdir. Daha öncə barəsində Qusar rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 3(029)-149/2023 saylı qərarı ilə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək, nəqliyyat vasitələrini idarə etmə hüququ 06 (altı) ay müddətə məhdudlaşdırılması qərara alınmışdır. Qusar rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 3(029)-149/2023 saylı qərarı ilə onun Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinib, nəqliyyat vasitələrini idarə etmə hüququnun 06 (altı) ay müddətə məhdudlaşdırılmasına dair Qusar rayon məhkəməsinin xx.xx.2023-cü il tarixli 3(029)-149/2023 saylı qərarına xitam verilməsi qərara alınmışdır. Lakin məhkəmənin qanuni qüvvədə olan qərarı olduğu halda, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 332.3-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinmiş və 200 manat məbləğində cərimə olunmuşdur. O, həmin elektron qərar ilə razı deyildir. Belə ki, həmin qərar qəbul olunmamışdan əvvəl Qusar rayon məhkəməsinin qanuni qüvvəsini almış qərarı vardır. Odur ki, Baş Dövlət Yol Polis İdarəsinin xx.xx.2023-cü il tarixli EQ 15980834 saylı inzibati tənbeh vermə haqqında qərarını əsassız olduğuna görə ləğv edilməsini xahiş etmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş şəxs X4 məhkəmə iclasının yeri və müddəti barədə lazımi qaydada xəbərdar edilmiş, X4 məhkəməyə ərizə təqdim edərək sağlamlığı ilə əlaqədar məhkəmə iclasına gələ bilmədiyini, şikayətə onun iştirakı olmadan baxılmasını və şikayətin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə, Azərbaycan Respublikasının İXM-nin 61.3-cü maddəsinə əsasən inzibati xəta haqqında işə barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş şəxs X2 iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş şəxs X2 izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, aşağıda göstərilənlərə əsasən şikayət təmin edilməlidir. İş materiallarında olan Baş Dövlət Yol Polis İdarəsinin xx.xx.2023-cü il tarixli EQ 15980834 saylı inzibati xəta haqqında protokolun surətindən görünür ki, X4 barəsində Azərbaycan Respublikasının İXM-nin 327.2-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Belə ki, iş materiallarında olan Baş Dövlət Yol Polis İdarəsinin xx.xx.2023-cü il tarixli EQ 15725693 saylı qərarının surətindən görünür ki, X4 barəsində Azərbaycan Respublikası İXM-nin 328.1 və 332.3-cü maddələri ilə təqsirli bilinib 200 manat məbləğində cərimə edildiyi göstərilmişdir. İş materiallarında olan Qusar rayon məhkəməsinin xx.xx.2023-cü il tarixli 3(029)- 149/2023 saylı qərardan görünür ki, X2 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinib, nəqliyyat vasitələrini idarə etmə hüququnun 06 (altı) ay müddətə məhdudlaşdırılmasına dair Qusar rayon məhkəməsinin xx.xx.2023-cü il tarixli 3(029)- 149/2023 saylı qərarına xitam verilmişdir. Azərbaycan Respublikası İXM-nin təqsirsizlik prezumpsiyası prinsipi məsələlərini tənzimləyən 8-ci maddəsinə əsasən 8.1. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. 8.2. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. 8.3. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir». Azərbaycan Respublikasının İXM-nin 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 80.1-ci maddəsinə əsasən sənədlərdə müəssisələrin, idarələrin, təşkilatların, vəzifəli şəxslərin və fiziki şəxslərin təsdiq etdikləri və ya şərh etdikləri məlumatların inzibati xəta haqqında iş üzrə icraat üçün əhəmiyyəti vardırsa, bu sənədlər iş üzrə sübutlar hesab edilir. Göründüyü kimi, şəxsin təqsirli olması halını sübuta yetirmək vəzifəsi müvafiq səlahiyyətə malik orqanın (vəzifəli şəxsin) üzərinə düşür. Azərbaycan Respublikası İXM-nin yuxarıda sadalanan normalarının tələblərindən görünür ki, şəxsin inzibati məsuliyyətə cəlb edilməsi üçün sübutların məcmusu tələb olunur və heç bir sübutun, o cümlədən sübutlardan biri olan inzibati xəta haqqında protokolun və qərarın qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Beləliklə məhkəmə iclasında işin faktiki halları araşdırılarkən müəyyən edildi ki, X2 Azərbaycan Respublikası İXM-nin 332.3-cü maddəsi ilə nəzərdə tutulan əməli törətməsi təsdiq edilməmiş, iş üzrə bütün sübutlar əldə edilib araşdırılmamış, həmin şəxsin İXM-nin 332.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə dair qəti nəticəyə gəlinməyə tam əsas yaradan işin bütün faktiki halları aydınlaşdırılmamış, İXM-də müəyyən edilmiş tələblər işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulmuşdur. Bununla da, X2 Azərbaycan Respublikası Konstitusiyasının 127-ci maddəsində və İnsan Hüquqlarının və X3 Haqqında Konvensiyanın (Avropa Konvensiyası) 6-cı maddəsində təsbit edilmiş ədalətli məhkəmə araşdırması hüququ pozulmuşdur. Belə ki, Avropa Konvensiyasının 6-cı maddəsinin 1-ci bəndində göstərilir ki, hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Engel və başqaları Niderlanda qarşı işdə və bir sıra digər presedentlərində (Meneşeva Rusiyaya qarşı və s.) İnsan Hüquqları Üzrə Avropa Məhkəməsi daxili qanunvericilikdə olan təsnifatdan asılı olmayaraq, bir sıra hallarda (əməlin xarakteri və mümkün cəzanın ağırlığı və s.) inzibati xətalar haqqında işləri cinayət ittihamına bərabər saymışdır. Salduz Türkiyəyə qarşı işdə Avropa Məhkəməsi Avropa Konvensiyasının 6-cı maddəndə təsbit olunmuş təminatları işin məhkəməyəqədərki araşdırma mərhələsinə də aid etmişdir. Beləliklə, mövcud vəziyyətdə X2 Azərbaycan Respublikası İXM-nin 332.3-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi halı sübuta yetirilmir. İş materiallarından görünür ki, Qusar rayon məhkəməsinin xx.xx.2023-cü il tarixli 3(029)-149/2023 saylı qərarı ilə X2 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinib, nəqliyyat vasitələrini idarə etmə hüququnun 06 (altı) ay müddətə məhdudlaşdırılmasına dair Qusar rayon məhkəməsinin xx.xx.2023-cü il tarixli 3(029)- 149/2023 saylı qərarına xitam verilmişdir. Qusar rayon məhkəməsinin qərarı qanuni qüvvəsini almış, X1 hüququ bərpa edilmiş, X2 barəsində Azərbaycan Respublikası İXMnin 332.3-cü maddəsi ilə təqsirli bilinib xx.xx.2023-cü il tarixli EQ 15980834 saylı qərar qəbul edilmişdir. Məhkəmə hesab edir ki, X2 dəlillərinin aidiyyəti sübutlarla əlaqəli şəkildə araşdırılmaması iş üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması anlamına gəlir. Azərbaycan Respublikası İXM-nin 134.1.4-cü maddəsinə əsasən «bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında» qərar qəbul edilir.Məhkəmə hesab edir ki, X2 dəlillərinin aidiyyəti sübutlarla əlaqəli şəkildə araşdırılmaması iş üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması anlamına gəlir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İXM-nin 128-136-cı maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: Şikayət təmin edilsin. X2 Baş Dövlət Yol Polis İdarəsinin xx.xx.2023-cü il tarixli EQ 15980834 saylı qərar ləğv edilsin və inzibati xəta haqqında iş yenidən baxılmaq üçün Baş Dövlət Yol Polis İdarəsinə göndərilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Qusar rayon məhkəməsi vasitəsilə və ya birbaşa Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim: Əli Cəlilov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar