Azərbaycan Respublikası adından QƏRAR Qusar şəhəri İş № 3(029)-274/2025 11.08.2025 QUSAR RAYON MƏHKƏMƏSİ Hakim Cəlilov Əli İsa oğlunun sədrliyi, Ağaliyev Hümmət Rahib oğlunun katibliyi ilə, Quba RPŞ-nin xx.xx.2025-ci il tarixli TP ******* saylı qərarın və onun doğurduğu nəticələrin ləğv edilməsinə dair şikayət ərizəsinə Qusar rayon məhkəməsinin binasında açıq məhkəmə baxışı iclasında baxaraq məhkəmə, MÜƏYYƏN ETDİ: X4 məhkəməyə şikayət ərizəsi ilə müraciət edərək, barəsində Azərbaycan Respublikası İXM-nin 327.2-ci maddəsi ilə tərtib edilmiş inzibati tənbeh vermə haqqında xx.xx.2025-ci il tarixli TP ******* nömrəli qərarın ləğv edilməsini məhkəmədən xahiş etmişdir. X4 ərizəsini onunla əsaslandımışdır ki, onun Azərbaycan Respublikası İXM-nin 327.2-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanın törədilməsinə görə barəsində inzibati tənbeh vermə haqqında xx.xx.2025-ci il tarixli TP ******* nömrəli qərar qəbul edilmişdir. Belə ki, həmin qərara əsasən 90 manat məbləğində cərimə edilərək inzibati xəta 3 balla qiymətləndirilmişdir. xx.xx.2025-Cİ İL tarixdə Quba-Qusar yolunun 9-cu kilometrliyində ona məxsus olan ** BF *** dövlət qeydiyyatı nişanlı “MERCEDES C320CDİ MİNİK” markalı nəqliyyat vasitəsi ilə hərəkətdə olmuşdur. Həmin zaman guya yolayrıcını keçmə qaydalarını pozduğu üzün yol polisi əməkdaşı tərəfindən inzibati məsuliyyətə cəlb edilmişdir. Həmin cərimə ilə əlaqədar olaraq ona heç bir video və ya fotoşəkil təqdim edilməmişdir. Hesab edir ki, barəsində yol polisi əməkdaşı tərəfindən qanunsuz şəraitdə inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilmiş və hüquqları kobud şəkildə pozulmuşdur. Bundan başqa inzibati cərimə ilə bağlı ona heç bir foto və video təqdim edilmiş edilməmiş və nəticədə qanunvericiliyin tələbinə məhəl qoyulmamışdır. Yuxarıda göstərilənlərin nəzərə alınaraq həmin qərarın ləğv edilməsini xahiş etmişdir. Quba RPŞ məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq məhkəmə iclasında nümayəndənin iştirakını təmin etməmiş və nümayəndənin iştirakının təmin edilməməsi barədə məhkəməyə heç bir rəsmi məlumat verməmişdir. X1 məhkəməyə ərizə ilə müraciət edərək ərizəsini müdafiə etdiyini, məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini və Quba RPŞ-nin xx.xx.2025-ci il tarixli TP ******* saylı qərarının ləğv edilməsini xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikası İXM-nin 133.2.4-cü maddəsinə əsasən işə Quba RPŞ-nin nümayəndəsinin və şikayətçi X2 iştirakı olmadan baxılmasını məqsədəmüvafiq hesab edir. Həmçinin Quba RPŞ-yə məhkəmə tərəfindən həmin qərarın verilməsi üçün zəruri olan sübutların məhkəməyə təqdim edilməsi yönündə dəfələrlə sorğular ünvanlanmasına baxmayaraq Quba RPŞ həmin sübutların məhkəməyə təqdim edilməsini təmin etməmişdir. Məhkəmə iş materiallarının tədqiqinə əsaslanaraq hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, protokolu tərtib edən oqran məhkəmə tərəfindən göndərilən sorğulara cavab verməmiş, inzibati xəta haqqında qərarın qəbul edilməsi üçün zəruri olan materialları və videogörüntüləri məhkəməyə təqdim etməmişdir. Belə olan halda şübhəli hallar barəsində inzibati xəta haqqında icraat aparılan şəxsin xeyrinə olmalıdır. Həmçinin hazırki iş üzrə sübutetmə öhdəliyi Quba RPŞ-nin üzərinə düşdüyündən və Quba RPŞ sübutetmə vəzifəsini yerinə yetirmədiyin məhkəmə hazırki iş üzrə mübahisələndirilmiş qərarı onu qəbul etmiş orqan tərəfindən sübut edilmədiyini əsas götürərək həmin qərarın və onun doğurduğu nəticələrin ləğv edilməsini məqsədəmüvafiq hesab edir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsi: 8.1. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. 8.2. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. 8.3. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Göründüyü kimi, şəxsin təqsirli olması halını sübuta yetirmək vəzifəsi müvafiq səlahiyyətə malik orqanın (vəzifəli şəxsin) üzərinə düşür. Azərbaycan Respublikası İXM-nin yuxarıda sadalanan normalarının tələblərindən görünür ki, şəxsin inzibati məsuliyyətə cəlb edilməsi üçün sübutların məcmusu tələb olunur və heç bir sübutun, o cümlədən sübutlardan biri olan inzibati xəta haqqında protokolun və qərarın qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Beləliklə məhkəmə iclasında işin faktiki halları araşdırılarkən müəyyən edildi ki, X3 Azərbaycan Respublikası İXM-nin 327.2 maddəsi ilə nəzərdə tutulan əməli törətməsi təsdiq edilməmiş, iş üzrə bütün sübutlar əldə edilib araşdırılmamış, həmin şəxsin İXM-nin 327.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə dair qəti nəticəyə gəlməyə tam əsas yaradan işin bütün faktiki halları aydınlaşdırılmamış, İXM-də müəyyən edilmiş tələblər işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsi: 135.1.1-ci maddəsinə əsasən «hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması» inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi üçün əsasdır. 135.1.3-cü maddəsinə əsasən hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən müəyyən edilmiş iş üçün əhəmiyyətli olan halların sübuta yetirilməməsi inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi üçün əsasdır. Məhkəmə yuxarıda göstərilənləri, qərarından şikayət verilmiş orqanın məhkəmənin sorğularını cavablandırılmamasını, məhkəmə iclasında qərarını müdafiə edəcək nümayəndəsinin iştirakını təmin etməməsini, həmçinin inzibati xəta haqqında qərarın qəbul edilməsi üçün zəruri olan materialları və videogörüntüləri məhkəməyə təqdim etməməsini nəzərə alaraq hesab edir ki, X3 şikayəti təmin edilməlidir və onun barəsində tərtib edilmiş xx.xx.2025-ci il tarixli TP ******* saylı qərarı ləğv edilməli və həmin qərar əsasında başlanılmış icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İXM-nin 128-136-cı maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: Şikayət təmin edilsin. Quba RPŞ-nin xx.xx.2025-ci il tarixli TP ******* saylı qərarı ləğv edilsin və həmin qərar əsasında başlanılmış icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Qusar rayon məhkəməsi vasitəsilə və ya birbaşa Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Qərardan apellyasiya qaydasında şikayət və protest verilmədikdə qərardan şikayətin verilməsi müddətinin bitdiyi gün qərar qanuni qüvvəyə minir. Hakim: Əli Cəlilov
Məhkəmə qərarları › İş №3(029)-274/2025
Qusar Rayon Məhkəməsi Qərar — İş №3(029)-274/2025
11.08.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver