Məhkəmə qərarları › İş №3(029)-275/2025

Qusar Rayon Məhkəməsi Qərar — İş №3(029)-275/2025

17.07.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Qusar şəhəri İş № 3(029)-275/2025 17.07.2025 QUSAR RAYON MƏHKƏMƏSİ Hakim Cəlilov Əli İsa oğlunun sədrliyi Ağaliyev Hümmət Rahib oğlunun katibliyi ilə, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs, xx.xx.1973-cü il tarixdə Qusar şəhəri, Məlikov küçəsi, 78 ünvanda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, ünvan 1 ünvanda yaşayan, Şəxs barəsində Azərbaycan Respublikasının İXM-nin 333-1.2-ci maddəsi ilə Qusar rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiallara Qusar rayon məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: Təqdim edilmiş inzibati xəta haqqında protokoldan və ona əlavə olunmuş sənədlərdən görünür ki, Şəxs xx.xx.2025-ci il tarixdə saat 13:00-da “MERCEDES BENZ E230” minik markalı, ** VB *** dövlət qeydiyyat nişanlı avtomobili narkotik vasitənin təsiri altında idarə etmişdir. Qusar RPŞ-nin DYPB tərəfindən Şəxs barəsində Azərbaycan Respublikasının İXMnin 333-1.2-ci maddəsi ilə xx.xx.2025-ci il tarixli İXP ******* saylı inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün xx.xx.2025-ci il tarixdə Qusar rayon məhkəməsinə göndərilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında izahatında protokolda göstərilən xüsusatları təsdiq etmiş, narkotik vasitəni Bakı şəhərində yaşayan, telefon nömrəsini və soyadını bilmədiyi “Elşad” adlı şəxsdən aldığını bildirmişdir. Narkotik vasitəni qəbul etdikdən sonra insan qanında 13 həftə qaldığını bildirmişdir. Protokol ilə razı olduğunu, barəsində yüngül inzibati tənbeh tətbiq edilməsini və nəqliyyat vasitəsini idarə etmək hüququndan məhrum edilməməsini xahiş etmişdir. İş materiallarında olan xx.xx.2025-ci il tarixli, 108 nömrəli sərxoşluq vəziyyətinin tibbi müayinəsi aktından görünür ki, Şəxs xx.xx.2025-ci il tarixdə, saat 12:35 radələrində narkotik vasitənin təsiri altında olmuşdur. İş materiallarında olan xx.xx.2024-cü il tarixli İXP ******* saylı protokoldan görünür ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 333-1.1-ci maddəsi ilə təqsirli bilinib 600 (altı yüz) manat məbləğində cərimə edilmişdir. Beləliklə, iş materiallarını tam şəkildə tədqiq edərək hesab edirəm ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs həmin hərəkəti ilə Azərbaycan Respublikasının İXM-nin 333-1.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir və onun barəsində inzibati tənbeh tətbiq edilməlidir. Azərbaycan Respublikasının İXM-nin 333-1.2. Bu Məcəllənin 333-1.1-ci maddəsində nəzərdə tutulmuş xətanın inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törədilməsinə görə – nəqliyyat vasitəsini idarə etmək hüququ iki il müddətinə məhdudlaşdırılmaqla səkkiz yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ iki il müddətinə məhdudlaşdırılmaqla işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla on beş gündən bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikası İXM-nin 33.3-cü maddəsinə əsasən bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində inzibati xəta tərkibinin əlaməti kimi nəzərdə tutulmuş məsuliyyəti ağırlaşdıran hal, inzibati tənbeh tətbiq edilərkən təkrar nəzərə alına bilməz. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs barəsində inzibati tənbeh tətbiq edilməsi məsələsi müzakirə edilərkən Azərbaycan Respublikası İXM-nin 33.3-cü maddəsinin tələbinə əsasən şəxsin inzibati xətanı sərxoş halda törətməsi pozmuş olduğu maddənin tərkib əlaməti kimi mövcud olduğundan həmin hal məsuliyyəti ağırlaşdıran hal qismində nəzərə alınmamalıdır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs barəsində inzibati tənbeh tətbiq edilməsi məsələsi müzakirə edilərkən, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs şəxsiyyətini və işin digər hallarını nəzərə alaraq onun barəsində inzibati tənbeh növü olaraq inzibati həbs tətbiq edilməsini məqsədə müvafiq hesab edir. Şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı bütün dünyada ciddi mübarizə aparıldığı bir dövrdə və bəşəriyyət üçün «ağ ölüm» kimi bir bəlaya çevrilmiş hazırki inzibati xətanı törətmiş, bununla da, narkotiklərlə mübarizə sahəsində yaranan ictimai münasibətləri pozmuşdur. Yuxarıda göstərilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, Şəxs törətdiyi inzibati xətaya görə sürücülük hüququ məhdudlaşdırılmaqla, həbs tənbehi tədbiq edilməlidir. Məhkəmə Şəxs cərimə növündə inzibati tənbehin tətbiq edilməsini ona görə məqsədəmüvafiq hesab etmir ki, cərimə inzibati tənbehi tətbiq olunacağı təqdirdə cəmiyyətdə bu qəbildən inzibati xətaların artımı müşahidə oluna bilər. Həmçinin cərimə inzibati tənbehi digər şəxslərin bu kimi inzibati xətaları törətməsində “stimul” rolunu oynaya bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 114-115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, Qərara aldı: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 333-1.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinib, nəqliyyat vasitəsini idarə etmək hüququ iki il müddətinə məhdudlaşdırılmaqla 15 (on beş) gün müddətə inzibati həbs edilsin. İnzibati həbs etmənin əvvəli 17 iyul 2025-ci il tarixdən saat 18:28-dən hesablansın. Qərar dərhal icra edilsin. Qərarın icrası Qusar rayon Polis Şöbəsinə həvalə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Qusar rayon məhkəməsi vasitəsilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə apellasiya şikayəti və ya protesti verilə bilər. Qərardan apellyasiya qaydasında şikayət və protest verilmədikdə qərardan şikayətin verilməsi müddətinin bitdiyi gün qərar qanuni qüvvəyə minir. Hakim: Əli Cəlilov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar