Məhkəmə qərarları › İş №3(029)-276/2025

Qusar Rayon Məhkəməsi Qərar — İş №3(029)-276/2025

04.08.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Qusar şəhəri İş № 3(029)-276/2025 04.08.2025 QUSAR RAYON MƏHKƏMƏSİ Hakim Cəlilov Əli İsa oğlunun sədrliyi Ağaliyev Hümmət Rahib oğlunun katibliyi ilə xx.xx.1994-cü il tarixdə, Balakən şəhərində anadan olmuş, Azərbyacan Respublikasının vətəndaşı, evli, orta təhsilli, Balakən rayonu, Şərif kəndində qeydiyyatda olmaqla həmin kənddə yaşayan, sürücü işləyən Şəxs haqqında Azərbaycan Respublikasının İXM-nin 448 və 482.1-ci maddələri ilə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Xaçmaz Gömrük İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiallara Qusar rayon məhkəməsinin binasında açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə Müəyyən etdi: Təqdim edilmiş inzibati xəta haqqında protokoldan və ona əlavə olunmuş sənədlərdən görünür ki, xx.xx.2025-ci il tarixdə, saat 18:00-da “Samur” gömrük postunun idxal gömrük nəzarəti xəttinə daxil olan Azərbaycan Respublikası vətəndaşı Şəxs idarə etdiyi “MERCEDES BENZ ACTROSS 1844” MARKALİ, 08BK971/08ZB971 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə keçirilmiş gömrük yoxlaması zamanı, nəqliyyat vasitəsinin qoşqusunun sağ tərəfində əşyalar qoymaq üçün nəzərdə tutulan yerdə gömrük nəzarətinə bəyan olunmayan 4 ədəd “JACK DANİELS 1L” markalı viski, nəqliyyat vasitəsinin kabinasının ön üst tərəfində yerləşən əşyalar qoymaq üçün nəzərdə tutulan yerdən gömrük nəzarətinə bəyan olunmayan 4 ədəd “JACK DANİELS 1L” markalı viski, kabinanın yatar yerinin altında yerləşən əşyalar qoymaq üçün nəzərdə tutulan yerdən gömrük nəzarətinə bəyan olunmayan 2 qutu, hər qutuda 5 flakon “LONQİDAZA” markalı, 3 qutu hər qutuda 2 konvalyut, hər konvalyutda 50 həb “QLİÇİN” markalı, 2 qutu, hər qutuda 20 kapsul “KREON” markalı, 2 qutu, hər qutuda 60 həb “SPEMAN” markalı, 1 qutuda 6 konvalyut, hər konvalyutda 10 kapsul “ANDRODOZ” markalı, 1 qutuda 10 ədəd şam “VİTAPROST” markalı, 2 flankon, hər flakonda 60 həb “VEÇERNEE BİOKOR” markalı, 1 qutu “OKOMİSTİN 10mq” markalı, 1 qutu “OFTOLİK 10mq” markalı, 1 qutu “SİROP PODOROJİNKA İ MATİ İ MAÇEXİ 150mq” markalı dərman vasitələri aşkar olunaraq götürülmüşdür. Faktla bağlı Xaçmaz Gömrük İdarəsinin, Əməliyyat və Təhqiqat şöbəsinin təhqiqatçısı, X1 tərəfindən Şəxs barəsində Azərbaycan Respublikasının İXM-nin 448 və 482.1-ci maddələri ilə xx.xx.2025-ci il tarixli, № 01400-05691/25 nömrəli protokol tərtib olunaraq baxılması üçün Qusar rayon məhkəməsinə göndərilmişdir. Azərbaycan Respublikası Gömrük Komitəsinin Xaçmaz Gömrük İdarəsinin nümayəndəsi və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq məhkəmə iclasına gəlməmiş və gəlməmələri barədə məhkəməyə heç bir məlumat verməmişlər. Azərbaycan Respublikası İXM-nin 61.3 və 64.3-cü maddələrinə əsasən inzibati xəta haqqında işə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs oğlunun və Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Xaçmaz Gömrük İdarəsinin nümayəndəsinin iştirakları olmadan baxılmasını mümkün hesab edir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2025-ci il tarixli, 6/1646; 6-1783 nömrəli ekspert rəyinə əsasən tədqiqata təqdim edilmiş 8 ədəd “JACK DANİELS 1L” etiketli mayelər tərkiblərinə görə etil spirti əsasında hazırlanan tündlükləri 37.1-37.6% olan alkoqollu içkilərdir. Lakin yoxlanılan orqanoleptik və tündlük əlamətlərinə görə kustar üsulla hazırlanmışdırlar və qablaşdırmaları üzərlərindəki etiket göstəricilərinə uyğun deyildirlər. Tədqiqata təqdim edilmiş preparatların tərkibində dövriyyəsi qadağan edilmiş, məhdudlaşdırılmış, nəzarət edilən narkotik vasitələri, psixotrop və güclü təsir edən, habelə zəhərli maddələr, prekursorlar müəyyən edilməmişdir. İş üzrə materiallarda olan Azərbaycan Respublikası Ticarət və Sənayə Palatası “Azərekspertiza” Birliyinin xx.xx.2025-ci il tarixli 031/25-X nömrəli ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş dərman vasitələrinin xx.xx.2025-ci il tarixə olan orta bazar (satış) qiyməti aşağıdakı kimidir. 2 qutu “LONQİDAZA” markalı dərman vasitəsinin 1 qutusunun qiyməti 75, cəmi 150 manat, 3 qutu “QLİÇİN” markalı dərman vasitəsinin 1 qutusunun qiyməti 2 manat, cərmi 6 manat, 2 qutu “KREON” markalı dərman vasitəsinin 1 qutusunun qiyməti 11 manat, cəmi 22 manat, 2 qutu “SPEMAN” markalı dərman vasitəsinin 1 qutusunun qiyməti 35 manat, cəmi 70 manat, 1 qutu “ANDRODOZ” markalı dərman vasitəsinin 1 qutusunun qiyməti 65 manat cəmi 65 manat, , 1 qutu “VİTAPROST” markalı dərman vasitəsinin 1 qutusunun qiyməti 40 manat, cəmi 40 manat, 2 flakon “VEÇERNEE BİOKOR” markalı dərman vasitəsinin 1 flakonun qiyməti 3 manat, cəmi 3 manat, 1 qutu “OKOMİSTİN 10mq” markalı dərman vasitəsinin 1 qutusunun qiyməti 8 manat, cəmi 8 manat, 1 qutu “OFTOLİK 10mq” markalı dərman vasitəsinin 1 qutusunun qiyməti 10 manat, cəmi 10 manat, 1 qutu “SİROP PODOROJİNKA İ MATİ İ MAÇEXİ 150mq” markalı dərman vasitəsinin 1 qutusunun qiyməti 15 manat, cəmi 15 manat təşkil edir. Tədqiqata təqdim edilmiş 8 ədəd “JACK DANİELS 1L” markalı viskilər kustar üsulla hazırlandığından qiymətləndərilimə aparılması mümkün olmamışdır. Yuxarıda göstərilən dərman vasitələrinin ümumi dəyəri 392 (üç yüz doxsan iki) manat məbləğindədir. Yuxarıda göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Şəxs dərman vasitələrini, həmçinin kustar üsulla hazırlanmış, üzərlərindəki etiket göstəricilərinə uyğun gəlməyən saxta 8 ədəd “JACK DANİELS 1L” markalı viskiləri gömrük sərhədindən keçirmişdir. İş materiallarını nəzərdən keçirib, məhkəmə hesab edir ki, Şəxs həmin hərəkəti ilə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 448 və 482.1-ci maddələrində nəzərdə tutulan inzibati xətaları törətmişdir və onun barəsində inzibati tənbeh tətbiq edilməlidir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs barəsində inzibati tənbeh tətbiq edilməsi məsələsi müzakirə edilərkən, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Maddə 448. Saxta və ya keyfiyyətsiz malların idxal edilməsi Saxta və ya dövlət standartlarının, standartlaşdırma üzrə digər normativ sənədlərin tələblərinə uyğun olmayan malların idxal edilməsinə görə saxta və ya keyfiyyətsiz mallar müsadirə edilməklə, fiziki şəxslər üç yüz əlli manatdan beş yüz manatadək məbləğdə, vəzifəli şəxslər min beş yüz manatdan iki min manatadək məbləğdə, hüquqi şəxslər dörd min manatdan altı min manatadək məbləğdə cərimə edilir. Maddə 482. Malların və nəqliyyat vasitələrinin bəyan edilməməsi və ya düzgün bəyan edilməməsi 482.1. Azərbaycan Respublikasının gömrük sərhədindən keçirilən malların və ya nəqliyyat vasitələrinin bəyan edilməməsinə görə, bu az miqdarda olduqda inzibati xətanın bilavasitə obyekti olan mallar və nəqliyyat vasitələri müsadirə edilir, yaxud həmin malların və nəqliyyat vasitələrinin dəyərinin qırx faizindən altmış faizinədək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası İXM-nin 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Məhkəmə Azərbaycan Respublikası İXM-nin 34.3-cü maddəsinin tələbini əsasən götürərək, Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 448-ci maddəsinin sanksiyası həddində inzibati tənbeh tətbiq edilməsini məqsədəmüvafiq hesab edir. Azərbaycan Respublikasının İXM-nin 55.1, 55.1.1, 55.1.2-ci maddələrinə əsasən inzibati xətalar haqqında işlər üzrə məsrəflər: zərər çəkmişlərə, şahidlərə, onların qanuni nümayəndələrinə, hal şahidlərinə, ekspertlərə, mütəxəssislərə və tərcüməçilərə verilmiş məbləğlərdən; maddi sübutların saxlanılmasına, göndərilməsinə (daşınmasına) və tədqiq edilməsinə xərclənən məbləğlərdən ibarətdir. Həmin Məcəllənin 55.2-ci maddəsinə əsasən fiziki şəxslər barəsində inzibati xətalar haqqında işlər üzrə məsrəflər dövlət hesabına ödənilir. Hüquqi şəxslər barəsində inzibati xətalar haqqında işlər üzrə məsrəflər isə həmin şəxslərin üzərinə qoyulur. İş materiallarında olan məhkəmə ekspertiza xərclərinə dair bildirişlərdən görünür ki, ekspertiza xərci 42 (qırx iki) və 110 (yüz on) manat təşkil edir və dövlət hesabına ödənilməlidir Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 55, 114-115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, QƏRARAALDİ: Şəxs oğlu Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 482.1-ci maddəsi ilə təqsirli bilinsin və inzibati xətanın bilavasitə obyekti olan mallar müsadirə edilsin. Şəxs oğlu Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 448-ci maddəsi ilə təqsirli bilinsin və inzibati xətanın bilavasitə obyekti olan mallar müsadirə edilməklə 350 (üç yüz əlli) manat cərimə edilsin. Azərbaycan Respublikası İXM-nin 34.3-cü maddəsinə əsasən Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 448-ci maddəsi ilə təqsirli bilinsin və inzibati xətanın bilavasitə obyekti olan mallar müsadirə edilməklə 350 (üç yüz əlli) manat cərimə edilsin. İş üzrə məhkəmə məsrəfləri 42 (qırx iki) və 110 (yüz on) manat dövlət hesabına ödənilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Qusar rayon məhkəməsi vasitəsilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Qərardan apellyasiya qaydasında şikayət və protest verilmədikdə qərardan şikayətin verilməsi müddətinin bitdiyi gün qərar qanuni qüvvəyə minir. Hakim: Əli Cəlilov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar