Azərbaycan Respublikası adından QƏRAR Qusar şəhəri İş № 3(029)-278/2020 03.07.2020 QUSAR RAYON MƏHKƏMƏSİ Hakim Kazımov Rafiq Vəli oğlu Ağaliyev Hümmət Rahib oğlunun katibliyi ilə xx xxxxxx 1962-ci il tarixdəQusar rayonu, Samur qəsəbəsində anadan olmuş, Qusar rayonu, Samur qəsəbəsindəqeydiyyatda olan və həmin ünvanda yaşayan Şəxs barəsində Azərbaycan Respublikası DİN-nin Qusar rayon Polis şöbəsidən daxil olmuş Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta haqqında materiala Qusar rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİM: Məhkəməyə təqdim edilmiş inzibati xəta haqqında protokoldan və ona əlavə edilmiş sənədlərdən görünür ki, Şəxs xx xxx 2020-ci il tarixində saat 20:00 radələrində MTZ-80 markalı AZ-15-K-158 dövlət nömrə nişanlı traktorunu Şirvanlı-Samur yolunun 9-cu kilometrliyində idarə edərkən yolun kənarında dayanmış “Motoroller TGA 200” markalı motosikli vurmuş və nəticədə motosikletdəki sərnişin X4 dəyərək yüngül bədən xəsarətləri yetirmişdir. Həmin faktla bağlı Qusar RPŞ-nin TB-nin təhqiqatçısı, polis baş leytenantı X5 tərəfindən araşdırma aparılmış, Şəxs barəsində “Cinayət işinin başlanılmasının rədd edilməsi haqqında” xx xxxx 2020-ci il tarixli qərar qəbul edilmişdir. İş materiallarından olan xx xxxx 2020-ci il tarixli cinayət işinin başlanılmasının rədd edilməsi haqqında qərarından görünür ki, Şəxs barəsində cinayət işinin başlanması rədd edilmiş, Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddəsi üzrə tədbir görülməsi üçün qəbul qərarın surəti aidiyyatı üzrə Qusar RPŞ-nin DYPB-nə göndərilmişdir. Fakt üzrə Qusar RPŞ DYPB BDAM-i polis moyoru X7 tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə AP ******* saylı, xx xxxx 2020-ci il tarixli inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün aidyatı üzrə Qusar rayon məhkəməsinə göndərilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və zərər çəkmiş şəxs X6 məhkəmə iclasının yeri və müddəti barədə lazımi qaydada xəbərdar edilmiş, lakin barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və zərər çəkmiş şəxs X6 məhkəmə iclasına gəlməmişlər. Zərərçəkmiş şəxs X6 məhkəməyə ərizə göndərərək işə onun iştirakı olmadan baxılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikası İXM-nin 61.3 və 112.1.4-cü maddələrinə əsasən inzibati xəta haqqında işə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin və zərərçəkmiş şəxsin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarından olan “MTE və PA” EET Birliyinin Qusar rayon şöbəsinin xx xxxx 2020-ci il tarixli 256 №-li ekspert rəyindən görünür ki, X2 bədəni üzəridə müəyyən edilmiş xəsarətlər- sol almacıq nahiyyəsinin, sol və sağ dizin səthinin, sol pəncənin üstünün sıyrıqları; sol gicgah nahiyyəsinin və sol dirsəyin arxa yan səthinin cırılmış-əzilmiş yaralar bərk küttinli əşyanın (əşyaların) təsirindən, qərarın təsviri hissəsində göstərilən müddətdə və şəraitdə, yəni xx xxx 2020-ci il tarixdə baş vermiş YNH-si nəticəsində əmələ gələ bilər.qeyd olunan xəsarətlər dərəcəsinə görə sağlamlığın qısa müddətdə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddir. İş materiallarına əlavə olunmuş Dövlət X3 tərəfindən xx xxxxxx 2016-cı il tarixdə verilmiş, xx xxxxxx 2026-cı il tarixədək etibarlı olan AB 011110 saylı sürücülük vəsiqəsindən görünür ki, Şəxs «T, TK, TT, H, HT, HK» dərəcəli sürücülük hüququ vardır. İş materiallarına əlavə olunmuş xx xxxx 2020-ci il tarixli Alkotestr qəbzin surətindən görünür ki, yol nəqliyat hadisəsi zamanı Şəxs alkogolun miqdarı 0.00 faizdir. İş materiallarından olan olan X2 xx xxxx 2020-ci il tarixli məhkəməyə daxil olmuş ərizəsindən görünür ki, işə onun iştirakı olmadan baxılmasını xahiş edir. Həmçinin ona dəymiş olan 2500 (iki min beş yüz)manat məbləğində maddi ziyan tələb edir. Beləliklə iş materiallarını nəzərdən keçirib hesab edirəm ki, Şəxs həmin hərəkəti ilə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir və onun barəsində inzibati tənbeh tətbiq edilməlidir. Şəxs həmin inzibati xətanı törətməsi iş materilallarında olan özünün, zərərçəkmiş şəxs X1 izahatları, xx xxxx 2020-ci il tarixli “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərar və AP ******* saylı, xx xxxx 2020-ci il tarixli inzibati xəta haqqında protokol və protokola əlavə edilmiş sənədlərlər ilə sübuta yetirilir. İnzibati xətaya görə tənbeh tətbiq edərkən xətanın xarakterini, inzibati xəta törətmiş şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. İnzibati xəta törətmiş şəxs Şəxs barəsində inzibati tənbeh tətbiq edilməsi məsələsi müzakirə edilərkən, məsuliyyəti ağırlaşdıran və yüngülləşdirən hallar müəyyən edilmədi. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsinə əsasən Bu Məcəllənin 327.1 - 327.6, 328 və 330-cu maddələrində nəzərdə tutulmuş xətalar nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə görə -iki yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ bir ilədək müddətə məhdudlaşdırılır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs haqqında inzibati tənbeh tətbiq edilməsi məsələsini müzakirə edərkən törətdiyi inzibati xətanın xarakterini və işin digər hallarını nəzərə alaraq barəsində Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş nəqliyyat vasitəsini idarə etmək hüququ məhdudlaşdırılırması növündə inzibati tənbeh tətbiq edilməsini məqsədəmüvafiq hesab edirəm. Zərər çəkmiş şəxs X4 dəymiş maddi zərər ilə bağlı mülki mühakimə qaydasında məhkəməyə müraciət etmək hüququ izah edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İXM-nin 40, 43, 114, 115, 128-130-cu maddələrini rəhbər tutaraq QƏRARA ALDİM: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə təqsirli bilinib, nəqliyyat vasitəsini idarə etmək hüququ 06 (altı) ay müddətinə məhdudlaşdırılırsın. Zərər çəkmiş şəxs X4 dəymiş maddi zərər ilə bağlı mülki mühakimə qaydasında məhkəməyə müraciət etmək hüququ izah edilsin. Qərarın surətinin təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Qusar Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Azərbaycan Respublikası Sumqayıt Apelyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər.
Məhkəmə qərarları › İş №3(029)-278/2020
Qusar Rayon Məhkəməsi Qərar — İş №3(029)-278/2020
03.07.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver