Məhkəmə qərarları › İş №3(029)-28/2024

Qusar Rayon Məhkəməsi Qərar — İş №3(029)-28/2024

29.02.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Qusar şəhəri İş № 3(029)-28/2024 29.02.2024 QUSAR RAYON MƏHKƏMƏSİ Hakim Cəlilov Əli İsa oğlunun sədrliyi Ağaliyev Hümmət Rahib oğlunun katibliyi, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 5 saylı Ərazi Ekologiya və Təbii Sərvətlər İdarəsinin nümayəndəsi Nümayəndə iştirakları ilə X1 Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 5 saylı Ərazi Ekologiya və Təbii Sərvətlər İdarəsinin xx.xx.2024-cü il tarixli MN ******* saylı qərarından verdiyi şikayətə açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 5 saylı Ərazi Ekologiya və Təbii Sərvətlər İdarəsinin xx.xx.2024-cü il tarixli, MN ******* saylı qərarı ilə X2 Azərbaycan Respublikası İXM-nin 272.3-cü maddəsi ilə təqsirli bilinərək 1000 (min) manat məbləğində cərimə edilmişdir. X2 həmin qərardan məhkəməyə şikayət verərək həmin qərarın ləğv edilməsini və barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. X2 şikayəti onunla əsaslandırmışdır ki, həmin qərarın təsviri hissəsində göstərilmişdir ki, o Qusar rayonu Xuluq kəndində ov qaydalarını pozmuşdur. Lakin, məhz hansı ov qaydalarını pozmağı, ona istinad olunan inzibati xətanın onun hansı hərəkətlərində ifadə olunması göstərilməmişdir. Həmin qərarda qərarın qəbul edilməsinə əsas olmuş sənəd kimi 21 yanvar 2024-cü il tarixli MN ******* saylı inzibati xəta haqqında protokol qeyd olunsa da, həmin protokolun surəti ona təqdim edilməmiş, inzibati xəta haqqında iş üzrə onun heç bir prosessual hüquqları təmin edilməmiş, müdafiə hüququ pozulmuşdur. Ona yalnız 31 yanvar 2024-cü il tarixli qərar təqdim olunmuş, inzibati xəta haqqında protokolu tələb etdikdə isə həmin protokolun surəti ona təqdim edilməmişdir. Onun istifadəsində qanuni şəkildə əldə etdiyi ov tüfəngi vardır. 21 yanvar 2024-cü il tarixdə həmin ov tüfəngi ilə sahəyə gedərkən onu saxlayaraq hara getdiyini soruşmuşlar, o isə istifadəsində olan sahəyə getdiyini bildirmişdir. Ov tüfəngini nə üçün özü ilə götürdüyünü soruşduqda isə çöl heyvanlarından qorunmaq üçün həmin tüfəngi özü ilə götürdüyünü bildirmişdir. Həmin vaxt ov tüfənginin içində patron olsa da, istifadə etməmişdir və hər hansı ov etməmişdir. Bundan sonra o cərimə edilmişdir. Lakin, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 5 saylı Ərazi Ekologiya və Təbii Sərvətlər İdarəsi hər hansı araşdırma aparmamış, onun həqiqətən də, həmin tarixdə hər hansı ov edib-etməməyini, məhz hansı ərazidə, hansı alətlə, hansı üsulla ov etməyi dəqiqləşdirilməmiş, yalnız ehtimal əsasında onun ov edərək ov qaydalarını pozduğunu güman etmişlər. Onların görüb aşkar etdiyi yalnız onun avtomobilində olan ov tüfəngidir. Lakin, təkrarən bildiririr ki, həmin vaxt həmin ov tüfəngindən ov məqsədi ilə istifadə etməmişdir, belə bir niyyəti də olmamışdır. Bundan başqa, o hər hansı ovu izləmiş, onun hansı ovu, hansı şəkildə, hansı üsulla izlədiyi də müəyyən edilməmiş, belə bir hal ümumiyyətlə aşkar olunmamışdır. Nəticədə isə əsassız olaraq o məhrumiyyətlərə məruz qalaraq qanunsuz şəkildə cərimələnmişdir.Odur ki, şikayətin təmin edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 5 saylı Ərazi Ekologiya və Təbii Sərvətlər İdarəsinin nümayəndəsi Nümayəndə 22 fevral 2024-cü il tarixli məhkəmə iclasında şikayət ərizəsində göstərilən hallarla razı olmadığını bildirmişdir. Belə ki, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 5 saylı Ərazi Ekologiya və Təbii Sərvətlər İdarəsinin əməkdaşları tərəfindən müvafiq sərəncamla Qusar rayon ərazisində qanunsuz ova və brakonleyə qarşı mübarizə məqsədilə ilə keçirilən növbəti reyd zamanı Qusar rayon, Xuluq kəndi yaxınlığında, meşəlik ərazidə iki nəfər şəxsin ov tüfəngləri ilə vəhşi heyvanların izlərini izləyərək ov ilə məşğul olduğunu müşahidə etmişlər. Araşdırmaq məqsədilə həmin şəxslərə yaxınlaşdıqları zaman onlar “Pickup” markalı avtomaşına minərək Yuxarı Qələxur kəndi istiqamətinə hərəkət etmişlər.Onlara yaxınlaşaraq əməkdaşlar özlərini təqdim etmişlər. Aparılmış sorğu zamanı həmin şəxslər özlərini Qusar rayonu, Hil kənd sakini X2 və Piral kənd sakini X3 təqdim etmişlər. Arif Orucov tərəfindən bir ədəd çaqqal ovlamaq üçün qeyd olunan ərazidə AA019900 nömrəli ov icazəsi talonu təqdim edilmişdir. Səfərbəyov Samir tərəfindən isə ova icazə sənədi təqdim edilməmişdir. Sorğu zamanı Səfərbəyov Samir həmin tüfəngin ona məxsus olduğunu lakin tüfəngə dair sənədin üstündə olmadığını bildirmişdir. Əməkdaşlar tərəfindən Səfərbəyov Samir nəzərinə onun qanunsuz olaraq ov ilə məşğul olduğu və ov qaydalarını kobud surətdə pozduğuna görə inzibati xəta haqqında protokol tərtib olunacağı çatdırılmışdır. O, ov ilə məşğul olmadığını, dosu Arifi özünə məxsus maşınla ov etmək məqsədilə Xuluq kənd ərazisinə gətirdiyini bildirilmişdir. Həmin maşının özünə məxsus olduğunu bildirsədə həqiqətdə “Pickup” markalı avtomaşın Orucov Arifə məxsusdur. Bütün hallar nəzərə alınaraq şikayət təmin edilməməlidir. Məhkəmə iclasının yeri və vaxtı barədə tərəflərə məlumat verilməsinə baxmayaraq tərəflər məhkəmə iclasında iştirak etməmişlər. Barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş şəxs X2 məhkəməyə ərizə ilə müraciət edərək, xaricə getməyi ilə əlaqədar olaraq məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini xahiş etmiş və məhkəməyə təqdim etdiyi şikayət ərizəsinin təmin olunmasını xahiş etmişdir. Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 5 saylı Ərazi Ekologiya və Təbii Sərvətlər İdarəsinin nümayəndəsi Nümayəndə məhkəməyə ərizə ilə müraciət edərək protokolu müdafiə etdiyini, məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini və qanuni qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, aşağıda göstərilənlərə əsasən şikayət təmin edilməməlidir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli aktdan görünür ki, xx.xx.2024-cü il tarixdə Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 5 saylı Ərazi Ekologiya və Təbii Sərvətlər İdarəsinin əməkdaşları tərəfindən müvafiq sərəncamla Qusar rayon ərazisində qanunsuz ova və brakonleyə qarşı mübarizə məqsədilə ilə keçirilən növbəti reyd zamanı Qusar rayon, Xuluq kəndi yaxınlığında, meşəlik ərazidə iki nəfər şəxsin ov tüfəngləri ilə vəhşi heyvanların izlərini izləyərək ov ilə məşğul olduğunu müşahidə etmişlər. Araşdırmaq məqsədilə həmin şəxslərə yaxınlaşdıqları zaman onlar “Pickup” markalı avtomaşına minərək Yuxarı Qələxur kəndi istiqamətinə hərəkət etmişlər.Onlara yaxınlaşaraq əməkdaşlar özlərini təqdim etmişlər. Aparılmış sorğu zamanı həmin şəxslər özlərini Qusar rayonu, Hil kənd sakini X2 və Piral kənd sakini X3 təqdim etmişlər. Arif Orucov tərəfindən bir ədəd çaqqal ovlamaq üçün qeyd olunan ərazidə AA019900 nömrəli ov icazəsi talonu təqdim edilmişdir. Səfərbəyov Samir tərəfindən isə ova icazə sənədi təqdim edilməmişdir. Əməkdaşlar tərəfindən həmin şəxslərin icazəsi ilə onların idarə etdiyi “Pickup” markalı avtomaşına baxış keçirildi. Baxış zamanı maşının salon hissəsində bir ədəd açıq və atəş vəziyyətində, üstündə 5 (beş) ədəd dolu patronla 12 çaplı, RF-nın istehsalı olan beş atılan ov tüfəngi aşkar olunmuşdur. Sorğu zamanı Səfərbəyov Samir həmin tüfəngin ona məxsus olduğunu lakin tüfəngə dair sənədin üstündə olmadığını bildirmişdir. Əməkdaşlar tərəfindən Səfərbəyov Samir nəzərinə onun qanunsuz olaraq ov ilə məşğul olduğu və ov qaydalarını kobud surətdə pozduğuna görə inzibati xəta haqqında protokol tərtib olunacağı çatdırılmışdır.O, ov ilə məşğul olmadığını,dosu Arifi özünə məxsus maşınla ov etmək məqsədilə Xuluq kənd ərazisinə gətirdiyini bildirilmişdir. Araşdırılma zamanı Səfərbəyov Samir tərəfindən ona məxsus ov tüfənginə dair icazə sənədi təqdim olunduqdan sonra əməkdaşlar tərəfindən maddi sübut kimi götürülmüş 1 ədəd 12 çaplı, ********** nömrəli beş atılan ov tüfəngi və 5 ədəd dolu patron yerində akt tərtib olunaraq özünə qaytarılmışdır. Məhkəmə araşdırması zamanı tədqiq edilmiş fotoşəkillərdən görünür ki, ov geyim formasında olan şəxs Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 5 saylı Ərazi Ekologiya və Təbii Sərvətlər İdarəsinin nümayəndələrinə iki ədəd silah təqdim edir. Fotoşəkildən görünür ki, həmin ərazi boş olan meşəlik ərazisidir. Məhkəmə belə nəticəyə gəlir ki, şəxs şikayət ərizəsində göstərdiyi halları sübuta yetirə bilməmişdir. Belə ki, şikayət ərizəsində göstərdiyi çöl heyvanlarından qorumaq üçün silahı götürmüşdürsə, niyə məhz iki ədəd silah götürülüb, şübhəli haldır ki, çöl hevanlarından qorumaq üçün bir silah bəs edər. Həmçinin şikayət etmiş şəxsin yanında olan şəxsdə bir silahla çöl heyvanlarından qoruna bilərlər, iki silahın olması belə nəticəyə gəlir ki, şəxsin məqsədi ov etmək olmuşdur. Həmin ərazidə çöl və ya yırtıcı heyvanların olması barədə hər hansı orqana müraciət etməmişdir. Göstərilən bu hallar şəxsin şikayət ərizəsinin təmin edilməməsi üçün əsaslardan biri hesab olunur. İş materiallarında olan Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 5 saylı Ərazi Ekologiya və Təbii Sərvətlər İdarəsinin xx.xx.2024-cü il tarixli MN ******* saylı qərarının surətindən görünür ki, X2 Azərbaycan Respublikasının İXM-nin 272.3cü maddəsi ilə təqsirli bilinərək 1000 (min) manat məbləğində cərimə olunmuşdur. Belə ki, barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş şəxs X2 şikayətin təmin edilməsi məqsədilə məhkəməyə heç bir sübut təqdim etməmiş, məhkəmə iclasında iştirak edərək şikayətini əsaslandıracaq izahatlar verməmişdir. Belə olan halda məhkəmə hesab edir ki, şikayət ərizəsi əsassızdır və inzibati məsuliyyətdən yayınmaq məqsədilə əsaslandırma olmadan, hər hansı sübut təqdim etmədən, özünü müdafiə xarakterli ərizə təqdim edilmişdir. Şikayətin əsassız olması məhkəmə araşdırması zamanı təqdiq edilmiş xx.xx.2024-cü il tarixli akt və fotoşəkillər və Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 5 saylı Ərazi Ekologiya və Təbii Sərvətlər İdarəsinin nümayəndəsi Nümayəndə izahatı ilə təsdiq olunur. Azərbaycan Respublikası İXM-nin 76.1-ci maddəsənə əsasən inzibati xətanın olubolmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 272.3-cü maddəsinin dispoziyasında qeyd edilir ki, ov qaydalarının kobud şəkildə pozulmasına (lazımi icazə olmadan və ya qadağan edilmiş yerlərdə, yaxud qadağan olunmuş müddətlərdə, qadağan edilmiş alətlərlə və ya üsullarla ov edilməsinə), habelə digər ov qaydalarının müntəzəm pozulmasına nəzərdə tutulur. Həmin Məcəllənin 134.1, 134.1.1-ci maddələrinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilir. Həmin Məcəllənin 135.1, 135.1.1-135.1.4-cü maddələrinə əsasən hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması; hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələrin işin faktiki hallarına uyğun olmaması; hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən müəyyən edilmiş iş üçün əhəmiyyətli olan halların sübuta yetirilməməsi; inzibati məsuliyyət müəyyən edən qanunun normasının düzgün tətbiq edilməməsi inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslardır. Şikayət təmin edilməməli, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 5 saylı Ərazi Ekologiya və Təbii Sərvətlər İdarəsinin X1 barəsində Azərbaycan Respublikasının İXM-nin 272.3-cü maddəsi ilə olan xx.xx.2024-cü il tarixli MN ******* saylı qərarı dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İXM-nin 128-136-cı maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: Şikayət təmin edilməsin. Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 5 saylı Ərazi Ekologiya və Təbii Sərvətlər İdarəsinin X1 barəsində Azərbaycan Respublikasının İXM-nin 272.3-cü maddəsi ilə olan xx.xx.2024-cü il tarixli MN ******* saylı qərarı dəyişdirilmədən saxlanılsın. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Qusar rayon məhkəməsi vasitəsilə və ya birbaşa Azərbaycan Respublikası Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Hakim: Əli Cəlilov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar