Məhkəmə qərarları › İş №3(029)-280/2021

Qusar Rayon Məhkəməsi Qərar — İş №3(029)-280/2021

17.06.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Qusar şəhəri İş № 3(029)-280/2021 17.06.2021 QUSAR RAYON MƏHKƏMƏSİ Mən, Qusar rayon Məhkəməsinin hakimi Vəliyev Adil Yaqub oğlu xx xxxx 1960-cı ildə Qusar rayonu X6 kəndində anadan olmuş, həmin kənddə yaşayan, ailəli, “xxxx” MMC-də işləyən, Azərbaycan Respublikasının vətəndaşı Şəxs haqqında Qusar rayon İcra və Probasiya şöbəsindən daxil olmuş inzibati xəta haqqında iş üzrə materiallara açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdim: Təqdim edilmiş inzibati xəta haqqında protokoldan və ona əlavə olunmuş sənədlərdən görünür ki, Qusar rayon məhkəməsinin 14 may 2020-ci il tarixli 2(029)- 395/2020 saylı icra sənədinə əsasən borclular X1, Şəxs və X3 cəmi ******* (dörd milyon yeddi yüz min) rus rublu, manat məzənnəsi ilə 129600 (bir yüz iyirmi doqquz min altı yüz) manat məbləğində pul alınaraq X2 verilməlidir. Borclu Şəxs dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq icra sənədinin icrasından yayınmış, ödəməli olduğu pulun ödənilməsini təmin etməmişdir. Həmin faktla bağlı Qusar rayon İcra və Probasiya Şöbəsi tərəfindən Şəxs barəsində Azərbaycan Respublikasının İXM-nin 528.1-ci maddəsi ilə 16 iyun 2021-ci il tarixli MN ******* saylı inzibati xəta haqqında protokol tərtib olunmuş və baxılması üçün Qusar rayon məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü təqsirli bilməmiş və izahatında göstərmişdir ki, Qusar rayon məhkəməsi Finyad Savzixanovun pul tələbinə dair iddiasına baxarkən düzgün araşdırma aparmamış, o və digər borclular Finyad Savzixanovdan aldıqları pulu həmin şəxsin dediyi yerlərə xərcləmişlər və ona heç bir borcları qalmamışdır. Odur ki, barəsində qanuni qərar çıxarılmasını məhkəmədən xahiş etmişdir. İş materiallarında olan Qusar rayon İcra və Probasiya Şöbəsi tərəfindən borclu Şəxs ünvanlanmış 03 fevral 2021-ci il tarixli 435/21/02 saylı bildirişin və qərarın surətlərindən görünür ki, Qusar rayon məhkəməsi tərəfindən verilmiş 14 may 2020-ci il tarixli 2(029)-395/2020 saylı icra sənədi üzrə tələbin könüllü icra edilməsi üçün həmin şəxsə 10 gün müddət verilmişdir. Qusar rayon İcra və Probasiya Şöbəsi tərəfindən borclu Şəxs ünvanlanmış 25 may 2021-ci il tarixli 1882/21 saylı xəbərdarlıq məktubundan görünür ki, Qusar rayon məhkəməsi tərəfindən verilmiş 2(029)-395/2020 saylı 14 may 2020-ci il tarixli icra sənədi üzrə tələbin könüllü icra edilməsi üçün həmin şəxsə yenidən könüllü vaxt verilmiş və ona icra sənədini icra etmədiyi təqdirdə Azərbaycan Respublikasının İXM-nin 528.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb olunacağı bildirilmişdir. İş materiallarında olan Şəxs barəsində olan elektron çıxarışın surətindən görünür ki, onun mülkiyyətində tələbin yönəldilə biləcəyi əmlakı və gəlirləri yoxdur. İş materiallarında olan borclu Şəxs Qusar rayon İcra və Probasiya Şöbəsinə verdiyi 14.06.2021-ci il tarixli izahatından görünür ki, o, məhkəmənin işi düzgün araşdırmadığını, onun tələbkara borcunun olmadığını bildirmişdir. Göründüyü kimi, Şəxs Qusar rayon məhkəməsinin 2(029)-395/2020 saylı 14 may 2020-ci il tarixli icra sənədinin icrası ilə bağlı icra məmuru tərəfindən bildiriş və xəbərdarlıq məktubları göndərilsə də, o, həmin icra sənədinin icrasını təmin etməmiş, Qusar rayon İcra və Probasiya Şöbəsinə verdiyi izahatında isə məhkəmənin işi düzgün araşdırmadığını, tələbkara borcunun olmadığını bildirmiş, bununla da, icra sənədinin icrasından qərəzli olaraq boyun qaçırmışdır. Beləliklə, iş materiallarını nəzərdən keçirib, hesab edirəm ki, Şəxs heç bir üzürlü səbəb olmadan yuxarıda göstərilən icra sənədi üzrə ödəməli olduğu pulu ödəməyərək icra vərəqəsini icra etməmiş, bundan boyun qaçırmış, bununla da o, həmin hərəkəti ilə Azərbaycan Respublikasının İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir və barəsində inzibati tənbeh tətbiq edilməlidir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs haqqında inzibati tənbeh tətbiq edilməsi məsələsi müzakirə edilərkən məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs şəxsiyyətini və işin digər hallarını nəzərə alaraq onun barəsində inzibati tənbeh növü olaraq cərimə tətbiq edilməsini məqsədəmüvafiq hesab edirəm. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 114-115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, Qərara aldım: Şəxs Azərbaycan Respublikasının İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək, 500 (beş yüz) manat məbləğində cərimə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Qusar rayon məhkəməsi vasitəsilə və ya birbaşa Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Qusar rayon Məhkəməsinin hakimi: Adil Vəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar