Məhkəmə qərarları › İş №3(029)-283/2020

Qusar Rayon Məhkəməsi Qərar — İş №3(029)-283/2020

19.06.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Qusar şəhəri İş № 3(029)-283/2020 19.06.2020 QUSAR RAYON MƏHKƏMƏSİ Hakim Kazımov Rafiq Vəli oğlu Ağaliyev Hümmət Rahib oğlunun katibliyi ilə İnzibati xəta törətmiş şəxs Şəxs iştirakı ilə xx xxxxxxx 1994-cü ildə Qusar rayonu Yeni Həyat kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, işləməyən, inzibati məsuliyyətə cəlb edilmiş, Qusar rayonu Yeni Həyat kəndində qeydiyyatda olan və həmin ünvanda yaşayan Şəxs barəsində Azərbaycan Respublikası DİN Qusar rayon Polis Şöbəsinin Samur Polis Bölməsindən daxil olmuş Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsində nəzərdə tutulmuş inzibati xəta haqqında materiala Qusar rayon məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİM: Məhkəməyə təqdim edilmiş inzibati xəta haqqında protokoldan və ona əlavə edilmiş sənədlərdən görünür ki, Şəxs xx xxx 2020-ci il tarixdə Xaçmaz rayon Mərkəzi xəstəxanasında narkotik sərxoşluq müayinəsindən keçmiş və müayinə nəticəsində narkotik vasitə istifadə etdiyi müəyyən olunmuşdur. Şəxs barəsində xx xxxx 2020-ci il tarixdə “cinayət işinin başlanmasının rədd edilməsi haqqıda” qərar qəbul olunaraq, Azərbaycan Respublikası İXM-nin 206-cı maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsi üçün qərarın surəti Qusar RPŞ-nin İTB-yə verilmişdir.Fakt üzrə Qusar RPŞ-nin Samur PB-nin polis sahə rəisi polis kapitanı X1 tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 206-cı maddəsi ilə xx xxxx 2020-ci il tarixli, MN ******* №-li inzibati xəta haqqında protokol tərtib olunaraq baxılması üçün Qusar rayon məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında inzibati xəta törətmiş şəxs Şəxs izahatında göstərdi ki, o, Qusar rayonu Yeni Həyat kəndində ailəsi ilə birlikdə yaşayır. xx xxx 2020-ci il tarixdə Samur Polis Bölməsinə dəvət etmiş və üzərinə şəxsi yoxlama zamanı qanunsuz əşya və narkotik vasitə aşkar edilməmişdir. xx xxx 2020-ci il tarixdə Xaçmaz rayon Mərkəzi Xəstəxanasında aparılmış müayinə nəticəsi müsbət çıxmışdır. Lakin, o həmin vaxt narkotik vasitədən istifadə etməmişdi. Hazırkı işlə əlaqədar Samur Polis Bölməsində vermiş olduğu izahatda narkotik vasitədən istifadə etdiyini göstərmişdir. Əməlindən peşmandır. Nəzərə alınmasını məhkəmədən xahiş edir. İş materiallarında olan xx xxx 2020-ci il tarixli 97 saylı sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan tibbi müayinəsi protokolundan görünür ki, Şəxs narkotikə görə edilən test müsbətdir. Məhkəmə iclasında inzibati xəta törətmiş şəxs Şəxs dinləyib, iş materiallarını nəzərdən keçirib hesab edirəm ki, Şəxs həmin hərəkəti ilə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir və onun barəsində inzibati tənbeh tətbiq edilməlidir. Şəxs həmin inzibati xətanı törətməsi özünün izahatı, xx xxxx 2020-ci il tarixli, MN ******* №-li inzibati xəta haqqında protokol və protokola əlavə edilmiş sənədlər ilə sübuta yetirilir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs barəsində inzibati tənbeh tətbiq edilməsi məsələsi müzakirə edilərkən, məsuliyyəti ağırlaşdıran və yüngülləşdirən hallar müəyyən edilmədi. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsinə əsasən qanunsuz olaraq narkotik vasitələrin, psixotrop maddələrin istehlakına, satış məqsədi olmadan şəxsi istehlak miqdarında hazırlanmasına, əldə edilməsinə, saxlanılmasına, daşınmasına və ya göndərilməsinə görə üç yüz manatdan dörd yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə və xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə iki ayadək müddətə inzibati həbs tətbiq edilir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs şəxsiyyətini, işin digər hallarını nəzərə alaraq onun barəsində inzibati tənbeh tədbiri olaraq cərimənin tətbiq edilməsini məqsədəmüvafiq hesab edirəm. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114-115, 128-130-cu maddələrini rəhbər tutaraq, Qərara aldım: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə təqsirli bilinib 300 (üç yüz) manat məbləğində cərimə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Qusar rayon məhkəməsi vasitəsilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə apellasiya şikayəti və ya protesti verilə bilər. Qərardan apellyasiya qaydasında şikayət və protest verilmədikdə qərardan şikayətin verilməsi müddətinin bitdiyi gün qərar qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar