Məhkəmə qərarları › İş №3(029)-287/2020

Qusar Rayon Məhkəməsi Qərar — İş №3(029)-287/2020

10.07.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Qusar şəhəri İş № 3(029)-287/2020 10.07.2020 QUSAR RAYON MƏHKƏMƏSİ Hakim Kazımov Rafiq Vəli oğlu Ağaliyev Hümmət Rahib oğlunun katibliyi ilə Barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş şəxs X2 və iş üzrə qərarı qəbul etmiş Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 5 saylı Regional Ekologiya və X9 nümayəndəsi X5 iştirakları ilə X2 Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 5 saylı Regional Ekologiya və X9 xx xxxx 2020-ci il tarixli MN 0481559saylı inzibati tənbeh vermə haqqında qərarından verdiyi şikayət ərizəsinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİM: Məhkəməyə təqdim edilmiş şikayət ərizəsindən və ona əlavə edilmiş sənədlərdən görünür ki, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 5 saylı Regional Ekologiya və X9 xx xxxx 2020-ci il tarixli MN 0481559saylı inzibati tənbeh vermə haqqında qərarı ilə X3 Azərbaycan Respublikası İXM-nin 271-ci maddəsi ilə təqsirli bilinərək 500 (beş yüz) manat məbləğində cərimə edilmişdir. X3 həmin qərardan məhkəməyə şikayət ərizəsi verərək qərarın ləğv edilməsini və barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş şəxs X3 şikayət ərizəsini müdafiə edərək izahatında göstərmişdir ki, o, Qusar rayon Urva kəndində ailəsi ilə birlikdə yaşayır. 2020-ci ilin may ayında yaşadığı evin hamamını sökmüş və həyat yoldaşı ilə birlikdə oradan çıxmış zibilləri Urva kəndin yaxınlığında yerləşən meşənin kənarına özünə məxsus “Kamaz” yük markalı ** BB *** dövlət nömrə nişanlı nəqliyyat vasitəsi ilə atmışdır. Daha sonra 5 saylı Regional Ekologiya və X9 nümayəndələri tərəfindən zibil atdığı yerə dəvət olunmuşdur. O, həmin zibillərin onun tərəfindən atdığını etıraf etmiş, onun barəsində akt və protokol tərtib olunmuşdur. 5 saylı Regional Ekologiya və X12 dəvət olunaraq barəsində Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 5 saylı Regional Ekologiya və X9 xx xxxx 2020-ci il tarixli MN ******* saylı inzibati tənbeh vermə haqqında qərar qəbul olunmuşdur. Həmin əraziyə zibil atmağın qadağan olunduğunu bilməmişdir, bilsəydi belə bir hadisəni etməzdi. Əməlindən peşmandır. Odur ki, qeyd edilənləri nəzərə alıb Azərbaycan Respublikası İXM-nin 271-ci maddəsi ilə təqsirli bilinərək 500 (beş yüz) manat məbləğində cərimə edilməsi barədə Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 5 saylı Regional Ekologiya və X9 xx xxxx 2020-ci il tarixli MN 0481559saylı qərarının ləğv edilməsini və barəsində Azərbaycan Respublikası İXM-nin 271-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasında inzibati xəta haqqında qərarı qəbul etmiş Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 5 saylı Regional Ekologiya və X9 nümayəndəsi X8 izahatında göstərmişdir ki, Qusar RİHB-nin Urva kənd İƏDÜ-nün nümayəndəsi Suliddin İskəndərovun 5 saylı Regional Ekologiya və X12 ünvanlamış məktubu əsasında qeyd edilən əraziyə baxış keçirilmiş və X3 həmin əraziyə dəvət olunmuşdur. X3 əraziyə zibil atdığını etiraf etmiş və onun barəsində akt və inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Daha sonra X3 5 saylı Regional Ekologiya və X12 dəvət olunmuş və onun barəsində Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 5 saylı Regional Ekologiya və X9 xx xxxx 2020-ci il tarixli MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarı qəbul olunmuşdur. Həmin qərar əsasında X3 Azərbaycan Respublikası İXM-nin 271-ci maddəsi ilə təqsirli bilinərək 500 (beş yüz) manat məbləğində cərimə edilmişdir.Həmin qərar tam qanuni və əsaslıdır. Odur ki, şikayət ərizəsinin təmin edilməməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş şəxs X2, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 5 saylı Regional Ekologiya və X9 nümayəndəsi X5 izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edirəm ki, şikayət ərizəsi təmin edilməlidir. İş materialarına əlavə edilmiş 5 saylı Regional Ekologiya və X9 xx xxx 2020-ci il tarixli Aktın surətindən görünür ki, Qusar Rayon İcra Hakimiyyət Başçısının Urva kənd İnzibatı Dairəsi üzrə nümayəndəsi X6 tərəfindən 5 saylı Regional Ekologiya və X12 daxil olmuş müraciət əsasında Qusar rayon Urva kənd sakini X3 tərəfindən özünə məxsus “Kamaz” markalı yük avtomobili ilə Urva kəndinin zibil üçün nəzərdə tutulmamış yaşıllıq ərazisinə dağıdılmış tikinti materialları və məişət tullantılarını ataraq zibil massivinə çevirməsi qeyd edilmişdir. İş materiallarına əlavə edilmiş xx xxx 2020-ci il tarixli MN № ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, X3 özünə məxsus “Kamaz” markalı yük maşını ilə Urva-Qusar avtomobil yolunun cənub hissəsindəki yaşıllıq əraziyə bərk məişət tullantılarını pərakəndə şəkildə atmışdır. İş materiallarına əlavə edilmiş MN № ******* saylı xx xxxx 2020-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarın surətindən görünür ki, X3 Azərbaycan Respublikası İXMnin 271-ci maddəsi ilə təqsirli bilinib 500 (beş yüz) manat məbləğində cərimə edilmişdir. Belə ki, məhkəmə iclasında müəyyən edildi ki, X1 rayonu Urva kənd ərazisində zibil atılması nəzərdə tutulmayan əraziyə tikinti materialları və məişət tullantılarını atmışdır. Onun barəsində qəbul edilmiş qərar əsaslı və qanunidir. Odur ki, X2 Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 5 saylı Regional Ekologiya və X9 xx xxxx 2020-ci il tarixli MN ******* saylı inzibati xəta vermə haqqında qərardan vermiş olduğu şikayət ərizəsi təmin oluna bilməz. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 132-136-cı maddələrini rəhbər tutaraq QƏRARA ALDİM: Şikayət ərizəsitəmin edilməsin. X2 Azərbaycan Respublikası İXM-nin 271-ci maddəsi ilə təqsirli bilinərək 500 (beş yüz) manat məbləğində cərimə edilməsi barədə Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 5 saylı Regional Ekologiya və X9xx xxxx 2020-ci il tarixli MN 0481559saylı inzibati tənbeh vermə haqqında qərarı dəyişdirilmədən saxlanılsın. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Qusar rayon məhkəməsi vasitəsilə və ya birbaşa Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinə apellasiya şikayəti və ya protesti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar