Azərbaycan Respublikası adından QƏRAR Qusar şəhəri İş № 3(029)-289/2020 24.06.2020 QUSAR RAYON MƏHKƏMƏSİ Hakim Kazımov Rafiq Vəli oğlu Ağaliyev Hümmət Rahib oğlunun katibliyi ilə Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə xx xxxx 1987-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, işləməyən, inzibati məsuliyyətə cəlb olunmamış, ünvan 1 ünvanda yaşayan Şəxs barəsində Qusar rayon Polis şöbəsindən daxil olmuş Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta haqqında materiala Qusar rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİM: Təqdim edilmiş inzibati xəta haqqında protokoldan və ona əlavə olunmuş sənədlərdən görünür ki, Şəxs 13 iyun 2020-ci il tarixdə, saat 23:00 radələrində, Qusar Rayon Mərkəzi Xəstəxanasının giriş qapısında xidmətdə olan, x4 Şöbəsinin polis serijantı x1 qanuni tələblərinə qəsdən tabe olmamışdır. Həmin faktla bağlı Qusar RPŞ-nin təhqiqatçısı, polis baş leytenantı Orxan Vəlixanlı tərəfindən araşdırma aparılmış, Şəxs barəsində “Cinayət işinin başlanılmasının rədd edilməsi haqqında” 17 iyun 2020-ci il tarixli qərar qəbul edilmişdir. İş materiallarından olan 17 iyun 2020-ci il tarixli cinayət işinin başlanılmasının rədd edilməsi haqqında qərardan görünür ki, Şəxs barəsində cinayət işinin başlanması rədd edilmiş, Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsi üzrə tədbir görülməsi üçün qəbul qərarın surəti aidiyyatı üzrə Qusar RPŞ-nin İTB-nə göndərilmişdir. Həmin faktla bağlı Qusar RPŞ-nin İTB-nin polis sahə rəisi polis baş leytenantı x2 tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddələri ilə 23 iyun 2020-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol tərtib olunaraq baxılması üçün aidiyyəti üzrə Qusar Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında göstərdi ki, Qusar şəhəri, L.Nemət 87 ünvanında ailəsi ilə birlikdə yaşayır. 13 iyun 2020-ci il tarixdə təxminən saat 22:00 radələrində evdə olarkən anası və bacısının yol nəqliyyat hadisəsi zamanı xəsarət aldığını eşitmişdir. Atası Mubariz ilə birlikdə Qusar rayon Mərkəzi Xəstəxanasına getmişdir. Xəstəxananın giriş qapısında əsəbi olduğundan polis əməkdaşı ilə mübahisə etmiş və polisin qanuni tələbinə tabe olmamışdır. Törətdiyi əməldən peşmandır, nəzərə almasını məhkəmədən xahiş edir. Beləliklə, məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs dinləyib, iş materiallarını nəzərdən keçirib hesab edirəm ki, Şəxs həmin hərəkətləri ilə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir və onun barəsində inzibati tənbeh tətbiq edilməlidir. Şəxs həmin inzibati xətanı törətməsi məhkəmə iclasında vermiş olduğu özünün izahatı, iş materiallarına əlavə edilmiş sənədlərlə və inzibati xəta haqqında 23 iyun 2020-ci il tarixli, MN ******* nömrəli protokolla sübuta yetirilir. Belə ki, iş materiallarında olan izahatlarla müəyyən olunur ki, həqiqətən də Şəxs polisin qanuni tələblərinə qəsdən tabe olmamışdır. Odur ki, o, həmin maddə ilə təqsirli bilinməklə barəsində inzibati tənbeh tətbiq edilməli və İXM-nin 535.1-ci maddəsi ilə müəyyən edilmiş sanksiya həddində inzibati tənbeh tətbiq edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs barəsində inzibati tənbeh tətbiq edilməsi məsələsi müzakirə edilərkən məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilmədi. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs şəxsiyyətini və işin digər hallarını nəzərə alaraq onun barəsində inzinati tənbeh növü olaraq inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilməsini məqsədəmüvafiq hesab edirəm. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114-115, 128-130-cu maddələrini rəhbər tutaraq QƏRARA ALDİM: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə təqsirli bilinib 200 (iki yüz) manat məbləğində cərimə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Qusar rayon məhkəməsi vasitəsilə və ya birbaşa Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinə apellasiya şikayəti və ya protesti verilə bilər.
Məhkəmə qərarları › İş №3(029)-289/2020
Qusar Rayon Məhkəməsi Qərar — İş №3(029)-289/2020
24.06.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver