Azərbaycan Respublikası adından QƏRAR Qusar şəhəri İş № 3(029)-289/2025 14.08.2025 QUSAR RAYON MƏHKƏMƏSİ Hakim Cəlilov Əli İsa oğlunun sədrliyi Ağaliyev Hümmət Rahib oğlunun katibliyi ilə, xx.xx.1981-ci ildə Naxçıvan şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, Qum-Çınqıl emalı sexində iş icraçısı işləyən, Şərur rayonu, Tumaslı kəndində qeydiyyatda olmaqla Qusar rayonu, Həsənqala kəndində yaşaya vəzifəli şəxs Şəxs barəsində Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi yanında Suların İstifadəsinə və X4 Xidməti 13 saylı X1 daxil olmuş Azərbaycan Respublikası İXM-nin 262.1.2-ci maddəsilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında materiala Qusar rayon məhkəməsinin binasında açıq məhkəmə baxışı iclasında baxaraq məhkəmə, Müəyyən etdi: Təqdim edilmiş protokoldan və ona əlavə olunmuş sənədlərdən görünür ki, Qusar rayonu, Həsənqala kəndi ərazisində yerləşən 5 saylı Yol İstismarı İdarəsi MMC-nin istifadəsində olan qum-çınqıl emalı sexinin xammalın yuyulması üçün Qusarçay çayından qanunsuz olaraq istifadə olunur. Həmin faktla bağlı SİMNDX-nin 13 saylı Quba-Xaçmaz RB-nin böyük məsləhətçimüfəttişi X8 tərəfindən xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli protokol tərtib olunaraq baxılması üçün Qusar rayon Məhkəməsinə göndərilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş və gəlməməsi barədə məhkəməyə heç bir rəsmi məlumat verməmişdir. Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi yanında Suların İstifadəsinə və X4 Xidməti 13 saylı X3 məhkəməyə ərizə ilə müraciət edərək protokolda göstərilən xüsusatları müdafiə etdiklərini, məhkəmə iclasının onların iştirakı olmadan keçirilməsini və inzibati tənbeh tətbiq edilməsini xahiş etmişlər. Məhkəmə, məhkəmə iclasının, Azərbaycan Respublikası İXM-nin 61.3, 64.3-cü maddələrinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi yanında Suların İstifadəsinə və X4 Xidməti 13 saylı X2 nümayəndəsinin iştirakı olmadan keçirilməsini məqsədəmüvafiq hesab edir. İş materiallarında olan 002604 nömrəli, xx.xx.2025-ci il tarixli aktdan görünür ki, Qusar rayonu, Həsənqala kəndi ərazisində yerləşən qum-çınqıl emalı sexində Qusarçay çayından heç bir icazə sənədi olmadan qanunsuz olaraq istifadə edilmişdir. İş materiallarında olan izahatda görünür ki, məhkəməyədək icraat zamanı vəzifəli şəxs Şəxs izahatında özünü təqsirli bilmiş və protokolda göstərilən xüsusatları təsdiq etmişdir. İş materiallarında olan fotoşəkillərdən görünür ki, Qusar rayonu, Həsənqala kəndi ərazisindən keçən hissəsində çayın sol sahilində yerləşən qum-çınqıl karxana sexinin çayın məcrasından və sahilindən çay suyunun arx və nasos qurğusu vasitəsi ilə nəql edilməsi qeydə alınmışdır. İş materillarında olan Şəxs ilə "xxxx" MMC arasında bağlanmış 23 oktyabr 2023-cü il tarixli əmək müqaviləsindən görünür ki, Şəxs avtomobil yollarının istismarında rəhbərliyin əmr və tapşırılarını yerinə yetirmək öhdəliyi qoyulmuşdur. İş materiallarında olan tam maddi məsuliyyət haqqında nümunəvi fərdi müqavilədən görünür ki, Şəxs tabeliyində olan asfalt-beton zavodunda asfalt-betonun istehsal olunması, ona nəzarət edilməsi həvalə edilmişdir. Məhkəmə inzibati xəta haqqında işin materiallarını tədqiq edərək hesab edir ki, toplanmış sübutlarla vəzifəli şəxs Şəxs inzibati xəta törətməsində təqsiri tam sübuta yetir və onun törətdiyi əməl düzgün olaraq, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 262.1.2-ci maddəsi ilə tövsif olunmuşdur. Beləliklə, məhkəmə iş materiallarını nəzərdən keçirib, hesab edir ki, vəzifəli şəxs Şəxs həmin hərəkəti ilə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 262.1.2ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir və onun barəsində inzibati tənbeh tətbiq edilməlidir. Azərbaycan Respublikası İXM-nin 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 12.2-ci maddəsinə əsasən bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulan əməllərə görə inzibati məsuliyyət o halda yaranır ki, bu əməllər cinayət məsuliyyətinə səbəb olmasın. Həmin məcəllənin 17-ci maddəsinə əsasən vəzifəli şəxslər öz vəzifələrinin yerinə yetirilməməsi və ya lazımınca yerinə yetirilməməsi ilə bağlı inzibati xətalara görə inzibati məsuliyyətə cəlb olunurlar. Qeyd: Dövlət hakimiyyətinin nümayəndəsi funksiyasını həyata keçirən şəxslər, dövlət orqanlarında, bələdiyyələrdə, Azərbaycan Respublikasının Silahlı Qüvvələrində və Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrdə, dövlət və qeyri-dövlət təşkilatlarında, idarə və müəssisələrində, o cümlədən publik hüquqi şəxslərdə təşkilati-sərəncamverici və ya inzibati-təsərrüfat vəzifələrində daimi və ya müvəqqəti işləyən şəxslər və ya həmin vəzifələri xüsusi səlahiyyət əsasında həyata keçirən şəxslər, habelə hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olaraq belə səlahiyyətləri yerinə yetirən fiziki şəxslər vəzifəli şəxs hesab edilirlər. İş materiallarından görünür ki, Şəxs asfalt-beton zavodunda və qum-çınqıl karxanasında inzibati-təsərrüfat vəzifəsi verilmişdir. Belə olan halda məhkəmə hesab edir ki, Şəxs protokolda göstərilən inzibati xətanın subyekti olaraq vəzifəli şəxs hesab olunmalı və vəzifəli şəxslər üçün nəzərdə tutulmuş qaydada inzibati tənbehə məruz qalmalıdır. Azərbyacan Respublikası İXM-nin 262.1.2-ci maddəsinə əsasən 262.1.2. su obyektlərinin özbaşına tutulmasına görə fiziki şəxslər üç yüz manatdan beş yüz manatadək məbləğdə, vəzifəli şəxslər min beş yüz manatdan iki min manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. İnzibati tənbeh növünü tətbiq edərkən məhkəmə xətanın xarakterini, vəzifəli Şəxs şəxsiyyətini xarakterizə edən halları, onun təqsirinin dərəcəsini və əmlak vəziyyətini nəzərə alır. Azərbaycan Respublikasının İXM-nin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs haqqında inzibati tənbeh tətbiq edilməsi məsələsi müzakirə edilərkən məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə yuxarıda göstərilənləri məcmu halda qiymətləndirərək hesab edir ki, vəzifəli şəxs Şəxs Azərbaycan Respublikası İXM-nin 262.1.2-ci maddəsi ilə təqsirli bilinməli və ona həmin maddənin sanksiyasında göstərilən həddə inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının qüvvədə olan İnzibati Xətalar Məcəlləsinin 53, 114-115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, Qərara aldı: Vəzifəli şəxs Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 262.1.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinsin və 1500 (min beş yüz) manat məbləğində cərimə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Qusar rayon məhkəməsi vasitəsilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Qərardan apellyasiya şikayəti verilmədiyi təqdirdə qərar tərəflərə çatdıqdan 10 (on) gün sonra qanuni qüvvəyə minir. Hakim: Əli Cəlilov
Məhkəmə qərarları › İş №3(029)-289/2025
Qusar Rayon Məhkəməsi Qərar — İş №3(029)-289/2025
14.08.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver