Məhkəmə qərarları › İş №3(029)-29/2023

Qusar Rayon Məhkəməsi Qərar — İş №3(029)-29/2023

23.06.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Qusar şəhəri İş № 3(029)-29/2023 23.06.2023 QUSAR RAYON MƏHKƏMƏSİ Mən, Qusar rayon məhkəməsinin hakimi X4, Əliyev Rahib Malik oğlunun katibliyi Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs X6 Cəmiyyətinin nümayəndəsi X1 iştirakı ilə Qusar rayonu Qalacıq kəndində fəaliyyət göstərən hüquqi şəxs Şəxs X6 Cəmiyyətinin barəsində Azərbaycan Respublikasının Mərkəzi Bankından daxil olmuş inzibati xəta haqqında işə Qusar rayon məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ M: Təqdim edilmiş inzibati xəta haqqında protokoldan və ona əlavə olunmuş sənədlərdən görünür ki, «SAMUR-KONSERV” ASC tərəfindən Mərkəzi Bankının xx.xx.2022-ci il tarixli, 6- 1.26-2-2022-17213 saylı məktubu ilə tələb edilən 2021-ci ilə dair emitentin illik hesabatı göstərilmiş müddət ərzində Mərkəzi Banka təqdim edilməmişdir. İnzibati xəta hüquqi şəxsin hüquqi ünvanında xx.xx.2022-ci il tarixdə törədilmişdir. Həmin faktla bağlı Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən inzibati araşdırma aparılmış və hüquqi şəxs «SAMUR-KONSERV” ASC barəsində Azərbaycan Respublikası İXM-nin 548.1-ci maddəsi ilə EP № ******* saylı, xx.xx.2023-cü il tarixli inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün Qusar rayon məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs «SAMUR-KONSERV” ASC-nin nümayəndəsi X3 izahatında göstərmişdir ki, həmin ASC 1998-ci ildən fəaliyyət göstərir, o, 2 ildir ki, həmin ASC-nin qanuni təmsilçisidir. ASC tərəfindən daima illik hesabatlar təqdim edilmişdir. 2021-ci ildə sənədlər Mərkəzi Banka göndəriləndə oradan şifahi qaydada bildirmişlər ki, ASC-nin iki səhmdarı olduğuna görə sənədləri təqdim etməyə ehtiyac yoxdur. Mərkəzi Bankın məktubuna işlərin çoxluğu səbəbindən vaxtında cavab verilməmişdir. Lakin, ASC tərəfindən hər hansı inzibati xəta törədilməmişdir. Odur ki, ASC-nin barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikasının Mərkəzi Bankına məhkəmə iclasının yeri və müddəti barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, onun nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verilməmişdir. Məhkəmə Azərbaycan Respublikasının İXM-nin 112.1.4-cü maddəsinə əsasən işə Azərbaycan Respublikasının Mərkəzi Bankının nümayəndələrinin iştirakları olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə, Şəxs ASC-nin nümayəndəsinin izahatını dinləyib, iş materiallarını nəzərdən keçirib, hesab edir ki, hüquqi şəxs «SAMUR-KONSERV” ASC-nin barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 548.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, iş materiallarında olan xx.xx.2022-ci il tarixli 6-1.26-2-2022-17213 saylı məktubdan görünür ki, “Qiymətli kağızlar bazarı haqqında" Azərbaycan Respublikası Qanununun (Qanun) 75-ci maddəsinə müvafiq olaraq emitentin illik hesabatı ilin nəticələri üzrə hazırlanır və onun ali idarəetmə orqanı tərəfindən təsdiq edildiyi tarixdən etibarən on gündən gec olmayaraq Azərbaycan Respublikasının Mərkəzi Bankına (Mərkəzi Bank) təqdim edilir. Emitentlərin illik hesabatında idarəetmə hesabatı, maliyyə hesabatları və onun yoxlanılması üzrə kənar auditor rəyi (mikro və kiçik sahibkarlıq subyektləri istisna olmaqla) öz əksini tapmalıdır. Yuxarıda qeyd olunanları nəzərə alaraq Qanunun 83.0.9-cu maddəsinə əsasən 2021 -ci ilə dair emitentin illik hesabatı 7 (yeddi) gün ərzində Mərkəzi Banka təqdim etməyiniz tələb olunur. Əks halda Azərbaycan Respublikasının inzibati Xətalar Məcəlləsinin 548.1-ci maddəsində nəzərdə tutulmuş inzibati məsuliyyətə cəlb oluna bilər. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 3 saylı Ərazi Vergilər İdarəsinin xx.xx.2023-cü il tarixli **********913400 saylı məktubundan görünür ki, xx.xx.1998-ci il tarixdə D-2615 saylı şəhadətnamə ilə dövlət qeydiyyatına alınmış «SAMUR-KONSERV” ASC tərəfindən vergi orqanına təqdim edilmiş xx.xx.2006-cı, xx.xx.2010-cu və xx.xx.2015-ci il tarixli “vergi ödəyicisinin, onun filialının, nümayəndəliyinin və ya digər təsərrüfat subyektinin (obyektinin) fəaliyyətinin dayandırılması haqqında arayış”lara əsasən «SAMUR-KONSERV” ATSC-nin fəaliyyəti müvafiq olaraq xx.xx.2006-cı il tarixdən xx.xx.2010-cu il tarixədək, xx.xx.2010-cu il tarixdən xx.xx.2015-ci il tarixədək və xx.xx.2015-ci il tarixindən xx.xx.2020-ci il tarixədək dayandırılmışdır. İş materiallarında olan kommersiya qurumların dövlət reyestri məlumatlarının verilməsinə dair elektron çıxarışdan görünür ki, Qusar rayonu Qalacıq kəndində yerləşən «SAMUR- KONSERV” ASC hal-hazırda aktiv olan ********** saylı VÖEN-ni vardır. Qanuni təmsilçisi X2r. Azərbaycan Respublikasının İXM-nin 548-ci maddəsinin adından, o cümlədən məzmunundan görünür ki, həmin maddənin dispozisiyasında göstərilən hərəkətlər hər hansı şəxsin və ya şəxslərin müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurumun müvafiq yoxlamaların həyata keçirilməsi istiqamətində olan fəaliyyətinə mane olması ilə müşayiət olunur. İXM-nin 548.1-ci maddəsinin dispozisiyasına əsasən isə müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurum tərəfindən yoxlamaların keçirilməsinə maneçilik törədilməsinə, yaxud həmin orqanların vəzifəli şəxslərinin qanuni tələbnamələrinin (qərarlarının) və ya icrası məcburi olan göstərişlərinin yerinə yetirilməməsinə (sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə aparılan yoxlamalara münasibətdə bu Məcəllənin 602.4-cü maddəsində nəzərdə tutulmuş hallar istisna olunmaqla) görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən Şəxs ATSC-yə ünvanlanmış 29 noyabr 2022-ci il tarixli 6-1.26-2-2022-17213 saylı məktubundan görünür ki, Mərkəzi Bank tərəfindən həmin ASC-dən "xxxx" Azərbaycan Respublikası Qanununun 75-ci maddəsinin tələblərinə uyğun olaraq 2021-ci ilə dair emitentin illik hesabatının 7 gün müddətində Mərkəzi Banka təqdim edilməsi tələb olunmuşdur. Başqa sözlə, Mərkəzi Bankın həmin məktubu Şəxs ASC-də müvafiq yoxlamaların həyata keçirilməsi məqsədi ilə deyil, "xxxx" Qanunun 75-ci maddəsinin tələbinə əsasən ASC-nin məcburi yerinə yetirməli olduğu hərəkətlərin yerinə yetirilməsinin təmin edilməsi məqsədi ilə göndərilmişdiur. "xxxx" Azərbaycan Respublikası Qanununun 75.2-ci maddəsində qeyd olunur ki, emitentin illik hesabatı ilin nəticələri üzrə hazırlanır, onun ali idarəetmə orqanı tərəfindən təsdiq edilməklə maliyyə bazarlarına nəzarət orqanına təqdim edilir və bu Qanunun 75.5-ci maddəsi ilə müəyyən edilmiş qaydada maliyyə bazarlarına nəzarət orqanı həmin hesabatların açıqlanmasının dayandırılması haqqında göstəriş vermədikdə, onlar ictimaiyyətə açıqlanmalı və həmin hesabatın növbəti beş il ərzində ictimaiyyət üçün açıq olması təmin ediməlidir. Göründüyü kimi, emitentin illik hesabatının ilin nəticələri üzrə hazırlanması, onun ali idarəetmə orqanı tərəfindən təsdiq edilməklə maliyyə bazarlarına nəzarət orqanına təqdim edilməsi maliyyə bazarlarına nəzarət orqanının qərarı və ya tələbnaməsi əsasında tələb olunmur və bu birbaşa "xxxx" Azərbaycan Respublikası Qanununun 75.2-ci maddəsinin tələbidir. Emitentlər tərəfindən "xxxx" Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş hesabatın və ya digər məlumatların müvafiq icra hakimiyyəti orqanının yaratdığı quruma təqdim edilməsindən yayınmağa və ya imtina edilməsinə, yaxud təhrif edilmiş məlumatın verilməsi və ya onların təqdim edilməsi müddətinin pozulmasına görə isə İXM-nin 421-ci maddəsində ayrıca inzibati məsuliyyət nəzərdə tutulmuşdur. Odur ki, məhkəmə hesab edir ki, «SAMUR-KONSERV” ASC tərəfindən illik hesabatın müəyyən olunmuş müddət ərzində Mərkəzi Banka təqdim olunmaması onun Mərkəzi Bankın fəaliyyətinə mane olması və onun tərəfindən İXM-nin 548.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsi kimi qiymətləndirilə bilməz. Bu səbəbdən də, məhkəmənin qənaətinə görə həmin ASC-nin əməlinin İXM-nin 548.1-ci maddəsi ilə tövsif edilməsi qanuni və əsaslı deyildir, həmin ASC-nin əməlində 548.1-ci maddənin tərkib əlamətləri yoxdur. Azərbaycan Respublikasının İXM-nin 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Həmin Məcəllənin 53.1, 53.1.2-ci maddələrinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Beləliklə, iş materiallarını tam şəkildə tədqiq edərək hesab edirəm ki, hazırkı iş üzrə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs ASC-nin əməlində Azərbaycan Respublikası İXM-nin 548.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanın tərkibi olmadığından inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 114-116-cı maddələrini rəhbər tutaraq, Q Ə R A R A A L D İ M: Hüquqi şəxs Şəxs X6 Cəmiyyətinin barəsində Azərbaycan Respublikasının İXM-nin 548.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Qusar rayon məhkəməsi vasitəsilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə apellasiya şikayəti və ya protesti verilə bilər. Hakim: Anar Qasımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar