Azərbaycan Respublikası adından QƏRAR Qusar şəhəri İş № 3(029)-29/2024 15.02.2024 QUSAR RAYON MƏHKƏMƏSİ Hakim Cəlilov Əli İsa oğlunun sədrliyi Ağaliyev Hümmət Rahib oğlunun katibliyi ilə xx.xx.1971-cil ildə,Qusar rayon,Yeni Həyat kəndində anadan olmuş,həmin kənddə qeydiyyatda olmaqla yaşayan,orta təhsilli,evli,fərti əməklə məşğul olan Şəxs barəsində Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 3 saylı Ərazi Vergilər İdarəsi tərəfindən Azərbaycan Respublikası İXM-nin 398-ci maddəsi ilə tərtib olunmuş protokola Qusar rayon Məhkəməsinin binasında açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə Müəyyən etdi: Təqdim edilmiş inzibati xəta haqqında protokoldan və ona əlavə olunmuş sənədlərdən görünür ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs operativ veri nəzarəti zamanı xx.xx.2024-cü il tarixdə,saat 12:20-də Qusar rayon,Samur qəsəbəsində yerləşən və ona məxsus ticarət obyektində xüsusi razılıq (lisenziya) olmadan valyuta vəsaitlərinin dəyişdirilməsi müəyyən olunmuşdur.Belə ki,operativ vergi nəzarəti zamanı 20000 (iyirmi min) Rus rublunun dəyişdirilərək onun ekvivalenti olan 372.0 (üç yüz yetmiş iki) manat məbləğinə dəyişdirildiyi faktı müəyyən olunmuşdur. Faktla bağlı İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 3 saylı Ərazi Verilər İdarəsi tərəfindən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 398-ci maddəsi ilə xx.xx.2024-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəməyədək icraat zamanı izahatında göstərmişdir ki,Qusar rayonu,Samur qəsəbəsində yerləşən,özünə məxsus ticarət obyektində kontur,telefon aksesuarlarının satışı ilə məşğul olur.Müxtəlif vaxtlarda mağazanın yaxınlığında olan sürücülərə kömək məqsədilə müxtəlif dəyərlərdə valyutaları dəyişdirmişdir.Bu işdən təxmini olaraq 200-300 manat gəlir əldə etdiyini bildirmişdir. Faktla bağlı İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 3 saylı Ərazi Verilər İdarəsinin böyük dövlət vergi müfəttişi X2 tərəfindən Şəxs barəsində Azərbaycan Respublikasının İXM-nin 398-ci maddəsi ilə protokol tərtib olunaraq baxılması üçün Qusar rayon Məhkəməsinə göndərilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 3 saylı Ərazi Verilər İdarəsi məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmiş, lakin onlar məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişlər. Azərbaycan Respublikasının İXM-nin 61.3 və 112.1.4-cü maddələrinə əsasən inzibati xəta haqqında işə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və inzibati xəta haqqında protokolu tərtib etmiş İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 3 saylı Ərazi Verilər İdarəsinin nümayəndəsinin iştirakları olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iş materiallarını tədqiq edərək hesab edir ki,barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs qanunsuz sahibkarlıq fəaliyyəti nəticəsində əldə etmiş olduğu gəliri X1 hesabına tam şəkildə ödədiyindən Azərbaycan Respublikası İXM-nin 398-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında icraata xitam verilməlidir. Belə ki,iş materiallarında olan xx.xx.2024-cü il tarixli qəbzdən görünür ki,Şəxs qanunsuz sahibkarlıq fəaliyyəti nəticəsində əldə etmiş olduğu gəliri yəni 372 (üç yüz yetmiş iki) manat məbləğində pulu X1 hesabına tam şəkildə ödəmişdir.. İş materiallarında görünür ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs ilk dəfədir ki,qanunsuz sahibkarlıq fəaliyyəti ilə məşğul olur. Azərbaycan Respublikası İXM-nin 398-ci maddəsinin qeyd hissəsində göstərilmişdir ki, bu Məcəllənin 398-ci maddəsində nəzərdə tutulan əməli ilk dəfə törətmiş şəxs inzibati xəta nəticəsində vurulmuş ziyanı tamamilə ödədikdə və ya inzibati xəta nəticəsində əldə edilmiş gəliri tamamilə dövlət büdcəsinə köçürdükdə inzibati məsuliyyətdən azad olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.1.10-cu maddəsinə əsasən bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddələrinin Qeyd hissələrində bilavasitə müəyyən edilmiş hallarda inzibati xətanı törətmiş şəxs vurulmuş ziyanı tamamilə ödədikdə və zərərçəkmiş şəxslə barışdıqda başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilir. Məhkəmə inzibati xətanın xarakterini və işin faktiki hallarını nəzərə alaraq hesab edir ki, Şəxs barəsində İnzibati Xətalar Məcəlləsinin 398-ci maddəsi ilə olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 50, 53, 114-115, 130 və 138-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 398-ci maddəsi ilə olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan 10 gün müddətində Qusar Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Əli Cəlilov
Məhkəmə qərarları › İş №3(029)-29/2024
Qusar Rayon Məhkəməsi Qərar — İş №3(029)-29/2024
15.02.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver