Məhkəmə qərarları › İş №3(029)-290/2020

Qusar Rayon Məhkəməsi Qərar — İş №3(029)-290/2020

25.06.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Qusar şəhəri İş № 3(029)-290/2020 25.06.2020 QUSAR RAYON MƏHKƏMƏSİ Hakim Kazımov Rafiq Vəli oğlu Ağaliyev Hümmət Rahib oğlunun katibliyi ilə Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə xx xxxxxxxx 1965-ci ildə Göyçay şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, sürücü işləyən, inzibati məsuliyyətə cəlb olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olan və həmin ünvanda yaşayan Şəxs Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Şimal Ərazi Baş Gömrük İdarəsindən daxil olmuş Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 480-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta haqqında materiala Qusar rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ M: Məhkəməyə təqdim olunmuş inzibati xəta haqqında protokoldan və ona əlavə olunmuş sənədlərdən görünür ki, xx xxxx 2020-ci il tarixdə, saat 01:30 radələrində Rusiya Federasiyası istiqamətindən “Samur” gömrük postunun idxal gömrük nəzarət xəttinə daxil olan Azərbaycan Respublikası vətəndaşı Şəxs idarə etdiyi “DAF” markalı, ** SM ***/** ZD *** dövlət nömrə nişanlı nəqliyyat vasitəsinə keçirilmiş gömrük yoxlaması zamanı, nəqliyyat vasitəsinin qoşqusunun soyuducu mühərrikinin içərisindən gömrük nəzarətindən gizlədilmiş 80 (səksən) qutu (8 blok) “Parliament Heets” markalı siqaretlər, 5 qutu hər qutuda 50 kapsul olmaqla, cəmi 250 kapsul “Адваграф 1мг” və 3 qutu hər qutuda 50 kapsul olmaqla, cəmi 150 kapsul “Адваграф 0,5 мг” adlı dərman preparatları aşkar olunaraq götürülmüş və saxlanılması üçün Şimal Ərazi Baş Gömrük İdarəsinin anbarına təhvil verilmişdir. Həmin faktla bağlı Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Şimal Ərazi Baş Gömrük İdarəsi, Əməliyyat və Təhqiqat Şöbəsi, Təhqiqat Bölməsinin təhqiqatçısı X1 tərəfindən inzibati araşdırma aparılmış və Şəxs barəsində Azərbaycan Respublikası İXMnin 480-ci maddəsi ilə №01400-0872/20 saylı, xx xxxx 2020-ci il tarixli inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün Qusar rayon məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında göstərdi ki, Göyçay şəhərində ailəsi ilə birlikdə yaşayır. Özü beynalxalq yükdaşıma fəaliyyəti ilə məşğuldur. xx xxxx 2020-ci il tarixdə, saat 01:30 radələrində Rusiya Federasiyası istiqamətindən “Samur” gömrük postunun idxal gömrük nəzarət xəttinə daxil olan onun idarə etdiyi “DAF” markalı, ** SM ***/** ZD *** dövlət nömrə nişanlı nəqliyyat vasitəsinə keçirilmiş gömrük yoxlaması zamanı, nəqliyyat vasitəsinin qoşqusunun soyuducu mühərrikinin içərisindən 80 (səksən) qutu (8 blok) “Parliament Heets” markalı siqaretlər, 5 qutu hər qutuda 50 kapsul olmaqla, cəmi 250 kapsul “Адваграф 1мг” və 3 qutu hər qutuda 50 kapsul olmaqla, cəmi 150 kapsul “Адваграф 0,5 мг” adlı dərman preparatları aşkar olunmuşdur. Moskva şəhərindən Azərbaycan Respublikasına qayıdan zaman tanımadığı bir şəxs ona yaxınlaşaraq 5 qutu “Адваграф 1мг” və 3 qutu “Адваграф 0,5 мг” adlı dərmanları Bakı şəhərinə xəstəyə çatdırmasını xahiş etmişdir. Aşkar olunmuş siqaretlər isə tanışı Mehman adlı şəxs ondan Bakıya aparmasını xahiş etmişdir. Ona verilmiş olan dərman preparatlarını və siqaretləri nəqliyyat vasitəsinin qoşqusunun soyuducu mühərrikinin içərisində gizlətmişdir. Nəzərə almasını məhkəmədən xahiş edir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin xx xxxx 2020-ci il tarixli, 6/1021, 7/304, 9/1714 saylı ekspert rəyinə əsasən, tədqiqata təqdim olunmuş dərman peraparatlarının tərkibindəki əsas təsiredici maddə takrolimusdur. Takrolimus “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilmiş, məhdudlaşdırılmış və nəzarət edilən narkotik vasitələrin, psixotrop maddələrin, habelə Azərbaycan Respublikasının ərazisində idxalına, ixracına, tranzit nəql edilməsinə və istehsalına lisenziya tələb olunan prekursorların Siyahısı”na və ya “Güclü təsir edən maddələrin və onların külli miqdarının, eləcə də zəhərli maddələrin Siyahısı”na daxil deyildir. Təqdim olunmuş preparatların qablaşmaları üzərində göstəricilərə görə yararlılıq müddətləri keçməmişdir və orta bazar qiyməti təxminən 352.55 (üç yüz əlli beş manat əlli beş qəpik) manat təşkil edir. Təqdim olunmuş 80 (səksən) qutu (8 blok) “Parliament Heets” markalı siqaretlər istifadəyə yararlıdır və həmin siqaretlərin orta bazar qiyməti təxminən 400.00 (dörd yüz) manat təşkil edir. Beləliklə, tədqiqata təqdim olunmuş dərman preparatlarının və siqaretlərin ümumilikdə orta bazar qiyməti təxminən 752.55 (yeddi yüz əlli iki manat əlli beş qəpik) manat təşkil edir. Eyni zamanda Ekspert rəyində qeyd olunur ki, 16 qutu “Parliament Heets” markalı siqaret, 1 kapsul “Адваграф 1мг” və 1 kapsul “Адваграф 1мг ” adlı dərman preparatı ekspertiza tədqiqatına sərf edilmişdir. Beləliklə, məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatını dinləyib, iş materiallarını nəzərdən keçirib hesab edirəm ki, Şəxs həmin hərəkəti ilə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 480-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir və onun barəsində inzibati tənbeh tətbiq edilməlidir. Şəxs həmin inzibati xətanı törətməsi məhkəmə iclasında vermiş olduğu özünün izahatı, ekspert rəyi, iş materiallarına əlavə edilmiş digər sənədlər və inzibati xəta haqqında xx xxxx 2020-ci il tarixli, 01400-0872/20 nömrəli inzibati xəta haqqında protokolla sübuta yetirilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 480-cı maddəsinə əsasən Malların və nəqliyyat vasitələrinin Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən gizlədilməklə keçirilməsinə, yəni gizli saxlanc yerlərindən və ya malların aşkar edilməsini çətinləşdirən digər üsullardan istifadə edilməklə, yaxud bir qəbildən olan malların digər şəklə salınmaqla keçirilməsinə görə, bu az miqdarda olduqda -inzibati xətanın bilavasitə obyekti olan mallar və nəqliyyat vasitələri müsadirə edilir, yaxud həmin malların və nəqliyyat vasitələrinin dəyərinin qırx faizindən altmış faizinədək məbləğdə cərimə edilir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs barəsində inzibati tənbeh tətbiq edilməsi məsələsi müzakirə edilərkən, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs törətdiyi inzibati xətanın xarakterini və işin digər hallarını nəzərə alaraq Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 480-ci maddəsi ilə təqsirli bilinib ondan götürülmüş, inzibati xətanın obyekti olan Şimal Ərazi Baş Gömrük İdarəsinin anbarında saxlanılan, orta bazar qiyməti 400.00 (dörd yüz) manat olan ekspertiza tədqiqatına sərf edildikdən sonra qalıq qalmış 64 (qutu) “Parliament Heets” siqaretlərin müsadirə edilməsini, Şəxs inzibati xətanın obyekti olan dəman peraparatların ümumi dəyərini təşkil edən 352.55 (üç yüz əlli iki manat əlli beş qəpik) manatın 40 (qırx) faizi-141,02 (bir yüz qırx iki manat iki qəpik) manat məbləğində cərimə edilməsini, Şimal Ərazi Baş Gömrük İdarəsinin anbarında saxlanılan ekspertiza tədqiqatına sərf edildikdən sonra qalıq qalmış 249 kapsul “Адваграф 1мг” və 149 kapsul “Адваграф 0,5 мг” adlı dərman peraparatları Şəxs qaytarılsını məqsədəuyğun hesab edirəm. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114, 115, 128-130-cu maddələrini rəhbər tutaraq QƏRARA ALDİM: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 480-ci maddəsi ilə təqsirli bilinib ondan götürülmüş, inzibati xətanın obyekti olan Şimal Ərazi Baş Gömrük İdarəsinin anbarında saxlanılan, orta bazar qiyməti 400.00 (dörd yüz) manat olan ekspertiza tədqiqatına sərf edildikdən sonra qalıq qalmış 64 (qutu) “Parliament Heets” siqaretlər müsadirə edilsin. Şəxs inzibati xətanın obyekti olan dərman peraparatların ümumi dəyərini təşkil edən 352.55 (üç yüz əlli iki manat əlli beş qəpik) manatın 40 (qırx) faizi-141,02 (bir yüz qırx iki manat iki qəpik) manat məbləğində cərimə edilsin. Şimal Ərazi Baş Gömrük İdarəsinin anbarında saxlanılan ekspertiza tədqiqatına sərf edildikdən sonra qalıq qalmış 249 kapsul “Адваграф 1мг” və 149 kapsul “Адваграф 0,5 мг” adlı dərman peraparatları Şəxs qaytarılsın. Qərarın surətini təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Qusar Rayon Məhkəməsi vasitəsilə ilə Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar