Azərbaycan Respublikası adından QƏRAR Qusar şəhəri İş № 3(029)-290/2023 18.08.2023 QUSAR RAYON MƏHKƏMƏSİ Hakim Cəlilov Əli İsa oğlunun sədrliyi Laçinov Ramil Elnur oğlunun katibliyi ilə, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs, zərərçəkmiş şəxs: X1 iştirakları ilə, xx.xx.1990-cı ildə Qusar rayonunda anadan olmuş, Qusar rayonu Köhnə Xudat kəndində yaşayan, subay, orta təhsilli, Azərbaycan Respublikasının vətəndaşı Şəxs barəsində Qusar rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala Qusar rayon məhkəməsinin binasında açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə Müəyyən etdi: Təqdim edilmiş inzibati xəta haqqında protokoldan və ona əlavə olunmuş sənədlərdən görünür ki, Şəxs sürücülük hüququ olmadan xx.xx.2023-cü il tarixdə saat 12:30 radələrində Qusar şəhəri H.Z.Tağıyev küçəsində “VAZ 21093” markalı B997OC90 rus dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən qarşı hərəkət zolağına çıxmaqla manevr etmə qaydasını pozmuş, X1 idarə etdiyi “Toyota Prado” markalı ** UA *** dövlət nömrə nişanlı nəqliyyat vasitəsi ilə toqquşmuş və nəticədə X2 maddi ziyan vurmuşdur. Həmin faktla bağlı Qusar RPŞ-nin TB-də araşdırma aparılmış və xx.xx.2023-cü il tarixli qərarla həmin xüsusat üzrə Şəxs barəsində cinayət işinin başlanması rədd edilmiş, onun barəsində Azərbaycan Respublikasının İXM-nin 327.2, 332.1 və 332.4-cü maddələri ilə inzibati qaydada tədbir görülməsi üçün qəbul edilmiş qərarın surəti aidiyyəti üzrə Qusar RPŞ-nin DYPB-nə göndərilmişdir. Qusar RPŞ-nin DYPB tərəfindən Şəxs barəsində Azərbaycan Respublikasının İXMnin 332.4-cü maddəsi ilə İXP ******* saylı xx.xx.2023-cü il tarixli inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün Qusar rayon məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs inzibati xəta haqqında protokolda göstərilən xüsusatları tam təsdiq edərək izahatında göstərmişdir ki, o, sürücülük hüququ olmadan xx.xx.2023-cü il tarixdə saat 12:30 radələrində Qusar şəhəri H.Z.Tağıyev küçəsində “VAZ 21093” markalı B997OC90 rus dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən qarşı hərəkət zolağına çıxmaqla manevr etmə qaydasını pozmuşdur. O, təxminən 3 aydır ki, sürücülük vəsiqəsi olmadan avtomobili idarə edir. X1 idarə etdiyi “Toyota Prado” markalı avtomobillə toqquşmuşdur. Hadisə nəticəsində X1 avtomobilinə maddi ziyan dəymişdir. Hadisə onun təqsirindən baş vermişdir. Hazırda zərərçəkmiş şəxsə maddi zərər ödəməmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X3 inzibati xəta haqqında protokolda göstərilən xüsusatları tam təsdiq edərək izahatında göstərmişdir ki, xx.xx.2023-cü il tarixdə saat 12:30 radələrində etibarnamə ilə idarə etdiyi nəqliyyat vasitəsi ilə hərəkətdə olan zaman Şəxs idarə etdiyi nəqliyyat vasitəsinin qarşısına qəflətən çıxmışdır. Yol nəqliyyat hadisənin baş vermə səbəbi Şəxs düzgün manevr etməməsi olmuşdur. Şəxs avtomobili yüksək sürət ilə idarə etmişdir. Şəxs hadisənin qarşısını almağa imkanı olmuşdur. Onun avtomobilinə 2980 manat maddi ziyan dəymişdir. Hazırda Şəxs qarşı şikayət və tələbi yoxdur. İş materiallarında olan ƏN-Vl № 494680 saylı etibarnamənin surətindən görünür ki, “Toyota Prado” markalı ** UA *** dövlət qeydiyyat nişanlı avtomobil X4 tərəfindən X1 idarəçiliyinə verilmişdir. İş materiallarında olan Qusar rayon “VAZ” kooperativi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli SMETA (haqqı hesab) Aktdan görünür ki, X1 idarəçiliyinə verilmiş “T0yota Prado” markalı ** UA *** dövlət nömrə nişanlı avtomobilə dəymiş maddi ziyan 2980 (iki min doqquz yüz səksən) manat civarındadır. Beləliklə, məhkəmə iş materiallarını tam şəkildə tədqiq edərək hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs nəqliyyat vasitəsini idarə etmək hüququ olmayan şəxs kimi həmin hərəkəti ilə Azərbaycan Respublikasının İXM-nin 332.4-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir və onun barəsində inzibati tənbeh tətbiq edilməlidir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs barəsində inzibati tənbeh tətbiq edilməsi məsələsi müzakirə edilərkən, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs şəxsiyyətini, işdə məsuliyyəti yüngülləşdirən halı və işin digər hallarını nəzərə alaraq onun barəsində təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulan inzibati həbs tətbiq edilməsini məqsədə müvafiq hesab edir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs maddənin sanksiyasında nəzərdə tutulan cərimə növündə inzibati tənbehin tətbiq olunmasını isə ona görə məqsədə müvafiq hesab etmir ki, həmin şəxsin barəsində inzibati cərimə növündə inzibati tənbehin tətbiq ediləcəyi təqdirdə islah olunmasını, onun qanunlara əməl edilməsi ruhunda tərbiyələndirilməsini, onun özünün və digər şəxslərin gələcəkdə bu qəbildən və ya digər yeni inzibati xətaların törədilməsinin qarşısının alınmasını və bununla da inzibati tənbehin məqsədlərinin təmin olunmasını mümkün hesab etmir. Həmçinin gələcəkdə sürücülük hüququ olmadan idarə etmə halları artmasına səbəb ola bilər. Məhkəmə hesab edir ki, tətbiq olunacaq inzibati həbs növündə inzibati tənbeh Şəxs islah olunması üçün daha effektli olar. Zərər çəkmiş şəxs X2, ona dəymiş maddi ziyanın ödənilməsi üçün mülki qaydada iddia ərizəsi ilə müvafiq məhkəməyə müraciət etmək hüququ izah edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 114-115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, Qərara aldı: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsi ilə təqsirli bilinsin 10 (on) gün müddətə inzibati həbs edilsin. İnzibati həbs etmənin əvvəli xx.xx.2023-cü il tarixdən saat 17:22-dən hesablansın. Qərar dərhal icra edilsin. Qərarın icrası Qusar rayon Polis Şöbəsinə həvalə edilsin. Zərər çəkmiş şəxs X2 izah edilsin ki, ona dəymiş maddi ziyanın ödənilməsi üçün mülki qaydada iddia ərizəsi ilə müvafiq məhkəməyə müraciət edə bilər. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Qusar rayon məhkəməsi vasitəsilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Qərardan apellyasiya qaydasında şikayət və protest verilmədikdə qərardan şikayətin verilməsi müddətinin bitdiyi gün qərar qanuni qüvvəyə minir. Hakim: Əli Cəlilov
Məhkəmə qərarları › İş №3(029)-290/2023
Qusar Rayon Məhkəməsi Qərar — İş №3(029)-290/2023
18.08.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver