Məhkəmə qərarları › İş №3(029)-291/2025

Qusar Rayon Məhkəməsi Qərardad — İş №3(029)-291/2025

28.07.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Qusar şəhəri İş № 3(029)-291/2025 28.07.2025 QUSAR RAYON MƏHKƏMƏSİ Hakim Cəlilov Əli İsa oğlunun sədrliyi Ağaliyev Hümmət Rahib oğlunun katibliyi ilə, xx.xx.1974-cü il tarixdə Qusar rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, ünvan 1 ünvanda yaşayan Şəxs barəsində Azərbaycan Respublikası DİN-nin Qusar RPŞ-dən daxil olmuş Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333-1.2-сi maddəsində nəzərdə tutulmuş inzibati xəta haqqında materialı nəzərdən keçirib, məhkəmə MÜƏYYƏNETDİ Təqdim edilmiş inzibati xəta haqqında protokoldan və ona əlavə olunmuş sənədlərdən görünür ki, Şəxs xx.xx.2025-ci il tarixdə saat 14:40-da “LADA PRİORA” minik markalı, K373CO05 dövlət qeydiyyat nişanlı avtomobili 1 il ərzində təkrarən narkotik vasitənin təsiri altında idarə etmişdir. Həmin faktla bağlı Azərbaycan Respublikası DİN-nin Qusar RPŞ-nin DYPB tərəfindən Şəxs barəsində Azərbaycan Respublikasının İXM-nin 333-1.2-ci maddəsi ilə xx.xx.2025-ci il tarixli İXP ******* saylı inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün xx.xx.2025-ci il tarixdə Qusar rayon məhkəməsinə göndərilmişdir. Məhkəmə protokol və ona əlavə edilmiş sənədləri tədqiq edərək hesab edir ki, Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 333-1.2-ci maddəsi ilə İXP ******* saylı, xx.xx.2025-ci il tarixli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər natamam olduğundan onu tərtib etmiş olan Azərbaycan Respublikası DİN-nin Qusar RPŞnin, Qusar rayonu Yol Patrul xidməti inspektoru, polis baş serjantı X1 geri qaytarılmalıdır. Belə ki, protokola əlavə edilmiş sənədlərin tədqiqi zamanı müəyyən edilmişdir ki, protokola barəsində inzibati tənbeh vermə haqqında protokol tərtib edilmiş Şəxs izahatı əlavə edilməmişdir. Məhkəmə yuxarıda göstərilən halı nəzərə alaraq və iş materiallarını tədqiq edərək Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 333-1.2-ci maddəsi ilə tərtib edilmiş xx.xx.2025-ci il tarixli, İXP ******* saylı protokol onu tərtib etmiş olan Azərbaycan Respublikası DİN-nin Qusar RPŞ-nin, Qusar rayonu Yol Patrul xidməti inspektoru, polis baş serjantı X1 geri qaytarılmalısını məqsədəmüvafiq hesab edir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsi: 57.1-ci maddəsinə əsasən İnzibati xətalar haqqında işlər üzrə icraatın iştirakçılarına bu Məcəllədə müəyyən edilmiş hallarda inzibati xətalar haqqında işlər üzrə sənədlər (qərarlar, qərardadlar, protokollar, bildirişlər) hakim və ya səlahiyyətli orqan ( ) tərəfindən “Poçt haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş sifarişli poçt göndərişi ilə çatdırılır, yaxud səlahiyyətli tərəfindən şəxsən verilir. Sifarişli poçt göndərişi göndərilmək üçün qəbul olunduğuna dair istifadəçiyə qəbz verilməsi, çatdırılarkən isə ünvan sahibinin müvafiq sənədi imzalaması tələb olunan poçt göndərişidir. Sənədin çatdırılmasını hakim məhkəmə işçisinə, səlahiyyətli orqan isə müvafiq orqanın əməkdaşına tapşıra bilər. 106-cı maddəsinə əsasən hakim, səlahiyyətli orqan ( ) inzibati xətalar haqqında işlərə baxarkən aşağıdakı məsələləri həll edir: işin baxılması onun səlahiyyətinə aiddirmi; işin hakim, kollegial orqanın üzvü, tərəfindən baxılmasını istisna edən hallar mövcuddurmu; inzibati xəta haqqında protokol və işin digər materialları bu Məcəllənin tələblərinə müvafiq olaraq tərtib edilmişdirmi; işin icraatını rədd edən hallar mövcuddurmu; mahiyyəti üzrə baxılması üçün işdə kifayət qədər sübutlar toplanmışdırmı; işə baxılmasının yeri və vaxtı barədə işdə iştirak edən şəxslər məlumatlandırılıbmı; iş üzrə vəsatətlər və etiraz etmə vardırmı. 109.1.6-cı maddəsinə əsasən inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib olunduqda, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda və işə baxılarkən tamamlamaq mümkün olmadıqda ,inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, ə geri qaytarılması barədə qərardad qəbul edilir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, protokol və ona əlavə edilmiş sənədlər natamam olduğundan geri qaytarılmalıdır. Məhkəmə Azərbaycan Respublikası İXM-nin 109.1.6-cı maddəsini rəhbər tutaraq: QƏRARAALDİ Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333-1.2-сi maddəsi ilə tərtib edilmiş xx.xx.2025-ci il tarixli, İXP ******* saylı inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər onu tərtib edən Azərbaycan Respublikası DİN-nin Qusar RPŞ-nin, Qusar rayonu Yol Patrul xidməti inspektoru, polis baş serjantı X1 geri qaytarılsın. Qərardaddan şikayət verilə bilməz. Hakim: Əli Cəlilov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar