Azərbaycan Respublikası adından QƏRAR Qusar şəhəri İş № 3(029)-292/2020 25.06.2020 QUSAR RAYON MƏHKƏMƏSİ Hakim Kazımov Rafiq Vəli oğlu Ağaliyev Hümmət Rahib oğlunun katibliyi ilə Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə 21 oktyabr 1960-cı ildə Qusar şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, ali təhsilli, sahibkarlıq fəaliyyəti ilə məşğul olan, inzibati məsuliyyətə cəlb olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olan və həmin ünvanda yaşayan Şəxs barəsində Qusar rayon Polis şöbəsindən daxil olmuş Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta haqqında materiala Qusar rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİM: Təqdim edilmiş inzibati xəta haqqında protokoldan və ona əlavə olunmuş sənədlərdən görünür ki, Şəxs 24 iyun 2020-ci il tarixdə, saat 15:00 radələrində, Qusar şəhəri, Fizuli küçəsində Mersedes markalı, ** YP *** dövlət nömrə nişanlı avtomobildə xidmət aparan YPX əməkdaşlarına heç bir sənəd təqdim etməmiş, eləcə də, onların qanuni tələblərinə qəsdən tabe olmamışdır. Həmin faktla bağlı Qusar RPŞ-nin İTB-nin polis sahə rəisi polis leytenantı Həmidzadə Elnur Rəsul oğlu tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsi ilə 24 iyun 2020-ci il tarixli, MN 0496852-353 nömrəli inzibati xəta haqqında protokol tərtib olunaraq baxılması üçün aidiyyəti üzrə Qusar Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında göstərdi ki, ünvan 1 ünvanında ailəsi ilə birlikdə yaşayır. 24 iyun 2020-ci il tarixdə təxminən saat 15:00 radələrində istifadə etdiyi “Pətək” kafesində olduğu zaman qardaşı Məmməd və YPX əməkdaşları ilə onların yaşadığı evin həyətində mübahisə etdiyini görmüşdür. Nə olduğunu öyrənmək üçün onlara yaxınlaşmışdır. Yol polis əməkdaşları ilə heç bir mübahisə etməmişdir. Daha sonra “Pətək” kofesinə qayıtmışdır. Polisin qanuni tələbinə tabe olmuşdur. Nəzərə almasını məhkəmədən xahiş edir. Beləliklə, məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs dinləyib, iş materiallarını nəzərdən keçirib hesab edirəm ki, Şəxs həmin hərəkətləri ilə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir və onun barəsində inzibati tənbeh tətbiq edilməlidir. Şəxs həmin inzibati xətanı törətməsi məhkəmə iclasında vermiş olduğu özünün izahatı, inzibati xəta haqqında 24 iyun 2020-ci il tarixli, MN 0496852-353 nömrəli protokol və ona əlavə edilmiş sənədlərlə sübuta yetirilir. İş materiallarında olan Qusar RPŞ DYPB-nin YPX baş İnspektoru, polis baş leytenantı x3 RPŞ-nin rəisinə ünvanlanmış 24 iyun 2020-ci il tarixli Raportundan görünür ki, 24 iyun 2020-ci il tarixində saat 15:10 radələrində Qusar şəhəri Fizuli küçəsində Mersedes markalı ** YP *** nəqliyyat vasitəsi ilə xidmət aparan zaman Vaz-2121” markalı ** FP *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin sürücüsü, sonradan adı məlum olan x1 nəqliyyat vasitəsini idarə edən zaman əks zolağa çıxmadan manevr etmə qaydasını pozduğu üçün səs üçün səs gücləndirici ilə saxlama işarəsi verildi, lakin sürücü həmin küçədə qapıları açıq vəziyyətində olan həyətə girərək avtomaşını saxlayaraq qapıları bağlamışdır. Sürücüyə yaxınlaşaraq sənədlərini təqdim etməsini bildirmişlər. Sürücü sənədləri verməkdən imtina edərək kiməsə zəng edərək həmin yerə bir nəfəri çağırmışdır. Həmin şəxs özünü Məmməd İskəndərovun qardaşı kimi təqdim edərək, “niyə görə sizə sənəd verməlidir” demişdir. Ona dəfələrlə bildirmişdir ki, Məmmədin avtomaşına etibarnaməsi olmadığı üçün avtomaşın Qusar RPŞ-nə getməlidir. O, isə “sən kimsən ki, maşını şöbəyə aparasan, sənin kimi yol polislərini mən çox görmüşım”. Ucadan qışqırmaqla səs küy yaratmaqla ətrafdakı şəxsləri özünə cəlb etməklə onların qanuni işlərini görmələrinə müdaxilə edərək, qardaşı Məmmədə açarları verməməyi ona bildirməklə işlərinə müdaxilə edirdi. Onlar isə buna baxmayaraq avtomaşınla birlikdə sürücünü RPŞ-ə gətirmişlər. Həmin şəxs, özünü qardaşı kimi təqdim edən Şəxs İspəndi oğlunu etdiyi hərəkətlərinə görə RPŞ-ə dəvət etsə də, o isə “get nə istəyirsən elə deməklə sənin kimiləri o, bu rayonda çox görmüşdür” deyərək “Pətək” adlı kafeyə girmişdir. Odur ki, x1 və Şəxs İspəndi oğlunun barəsində polisin qanuni tələblərinə tabe olmadığı üçün qanuni tədbir görülməsi üçün aidiyyatı üzrə göstəriş verilməsi xahiş olunur. İş materiallarında olan 24 iyun 2020-ci il tarixli alkotestor qəbzindən görünür ki, Şəxs alkoqol testin nəticəsi 0.00%-dir. İş materiallarında olan 24 iyun 2020-ci il tarixli Aktdan görünür ki, barəsində Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsilə inzibati xəta haqqında iş üzrə icraat aparılan Qusar şəhər sakini Şəxs izahat verməkdən və inzibati xəta haqqında protokola qol çəkməkdən heç bir əsaslı səbəb göstərmədən imtina etmişdir. Belə ki, iş materiallarında olan izahatlarla müəyyən olunur ki, həqiqətən də Şəxs polisin qanuni tələblərinə qəsdən tabe olmamışdır. Odur ki, o, həmin maddə ilə təqsirli bilinməklə barəsində inzibati tənbeh tətbiq edilməli və İXM-nin 535.1-ci maddəsi ilə müəyyən edilmiş sanksiya həddində inzibati tənbeh tətbiq edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs barəsində inzibati tənbeh tətbiq edilməsi məsələsi müzakirə edilərkən məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilmədi. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs şəxsiyyətini və işin digər hallarını nəzərə alaraq onun barəsində inzinati tənbeh növü olaraq inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilməsini məqsədəmüvafiq hesab edirəm. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114-115, 128-130-cu maddələrini rəhbər tutaraq QƏRARA ALDİM: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə təqsirli bilinib 200 (iki yüz) manat məbləğində cərimə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Qusar rayon məhkəməsi vasitəsilə və ya birbaşa Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinə apellasiya şikayəti və ya protesti verilə bilər.
Məhkəmə qərarları › İş №3(029)-292/2020
Qusar Rayon Məhkəməsi Qərar — İş №3(029)-292/2020
25.06.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver