Məhkəmə qərarları › İş №3(029)-295/2025

Qusar Rayon Məhkəməsi Qərar — İş №3(029)-295/2025

26.08.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Qusar şəhəri İş № 3(029)-295/2025 26.08.2025 QUSAR RAYON MƏHKƏMƏSİ Hakim Cəlilov Əli İsa oğlunun sədrliyi, Ağaliyev Hümmət Rahib oğlunun katibliyi ilə, X1 Azərbaycan Respublikası FHN-nin X8 Xidmətinin xx.xx.2025-ci il tarixli MN №1893477 saylı qərarı ilə ona təyin edilmiş 150 (yüz əlli) manat məbləğində cərimənin azaldılmasına dair şikayət ərizəsinə Qusar rayon məhkəməsinin binasında açıq məhkəmə baxışı iclasında baxaraq məhkəmə, MÜƏYYƏN ETDİ: X4 məhkəməyə şikayət ərizəsi ilə müraciət edərək, barəsində Azərbaycan Respublikası İXM-nin 518.1-ci maddəsi ilə tərtib edilmiş inzibati tənbeh vermə haqqında xx.xx.2025-cü il tarixli MN №1893477 nömrəli qərarı ilə ona təyin edilmiş 150 (yüz əlli) manat məbləğində cərimənin azaldılmasını məhkəmədən xahiş etmişdir. X4 ərizəsini onunla əsaslandımışdır ki, o, Azərbaycan Respublikası FHN-nin X8 Xidmətinin İnzibati tənbeh vermə haqqında xx.xx.2025-cü il tarixli MN №1893477 saylı Qərarı ilə barəsində cərimə növündə inzibati tənbeh tətbiq edilmiş, Azərbaycan Respublikası İXM-nin 518.1-ci maddəsilə təqsirli bilinərək, ( Mülkiyyət formasından asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda, ictimai yerlərdə, anbarlarda, yataqxanalarda vəya digər yaşayış sahələrində, meşələrdə və nəqliyyatda yanğın təhlükəsizliyi standartlarının, normalarının və qaydalarının tələblərinin pozulmasına və ya yerinə yetirilməməsinə görə 150 (yüz əlli) manat miqdarında cərimə edilmişdir. Qərarın surəti ona 19 iyul 2025-ci il tarixdə poçt vasitəsilə çatdırılmışdır. Azərbaycan Respublikasının X3 X8 Xidmətinin İnzibati tənbeh vermə 09 iyul 2025-ci il tarixli MN №1893477 saylı qərarının qanunsuz, əsassız olduğunu və aşağıda göstərilən fakt və sübutlara əsasən ləğv edilməli olduğunu bildirmişdir. Qərarda qeyd olunmuşdur ki, onun xx.xx.2025-ci il tarixdə Qusar şəhəri, Çingiz Qurbanov küçəsində yerləşən avto-hissələr mağazasında keçirilən reyd zamanı AR YNQ-01.2001-ci il tarixli, 4.4,65,9.3,10.4 bəndlərinin tələblərin pozulduğu müəyyən edilmiş və nəticədə onun tərəfindən AR İXM-nin 518.1-ci maddəsində nəzərdə tutulan inzibati xəta törədildiyi bildirilmişdir. Guya həmin faktın Azərbaycan Respublikası FHN-nin X8 Xidməti tərəfindən tərtib edilmiş 25 iyun 2025-ci il tarixli, ******* nömrəli aktla təsdiq olunduğunu bildirmişdir. Onun barəsində tərtib edilmiş İnzibati Xəta haqqında Protokolda və İnzibati tənbeh vermə haqqında Qərarda qeyd olunan məlumatların həqiqətə uyğun olmayan, yalan, böhtan xarakterli olduğunu bildirmişdir. Belə ki, 25 iyun 2025-ci il tarixdə X3 X8 Xidmətinin əməkdaşları Qusar şəhəri, Çingiz Qurbanov küçəsində yerləşən onun işlətdiyi avto-hissələr mağazasına gəlmiş, heç bir tutarlı hüquqi əsası olmadan, qərəzli şəkildə onun barəsində protokol tərtib edilmiş və cərimələnmişdir. O, heç bir inzibati xəta törətmədiyini və ona qarşı tərtib olunmuş inzibati tənbeh vermə haqqında qərarın qanunsuz və əsassız olduğunu iddia etmiş, barəsində şikayət etdiyi qərar qəbul edilərkən mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırlımadığını, iş üçün əhəmiyyətli olan halların sübuta yetirilmədiyini iddia etmişdir. Məhkəmə iclasında X4 şikayət ərizəsində yazılanları təsdiq etmiş və cərimə məbləğinin silinməsini və icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Azərbaycan Respublikası FHN-nin X8 Xidməti Şimal Regional X8 İdarəsinin etibarnamə üzrə nümayəndəsi kimi, Şimal Regional X8 İdarəsinin X8 şöbəsinin böyük inspektoru, daxili xidmət mayoru Nümayəndə izahatında inzibati tənbeh vermə haqqında qərarı müdafiə edərək bildirmişdir ki, şəxs barəsində tərtib edilmiş cərimə şərti olaraq tərtib edilmiş və ona izah edilmişdir ki, yol vermiş nöqsanları aradan qaldırdıqdan sonra orqana müraciəti əsasında yenidən yoxlama keçirləcək və həmin nöqsanların aradan qaldırıldığı müəyyən ediləcəyi tədqirdə qərar üzrə ödənilməli cərimə ödənilmiş statusunda olacağını bildirmişdir. Göstərilənlərin nəzərə alınaraq şikayət ərizəsinin təmin edilməməsini xahiş etmişdir. Azərbaycan Respublikası İXM: 76.1-ci maddəsənə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir Həmin Məcəllənin 134.1, 134.1.1-ci maddələrinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilir. Həmin Məcəllənin 135.1, 135.1.1-135.1.4-cü maddələrinə əsasən hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması; hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələrin işin faktiki hallarına uyğun olmaması; hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən müəyyən edilmiş iş üçün əhəmiyyətli olan halların sübuta yetirilməməsi; inzibati məsuliyyət müəyyən edən qanunun normasının düzgün tətbiq edilməməsi inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslardır. Maddə 116. İnzibati cərimənin şərti olaraq tətbiq edilməsi 116.1. Eyni inzibati xətanın inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törədilməsi halları istisna olmaqla, bu Məcəllənin 192.2, 192.4, 192.6, 192.10, 192.11, 201, 203, 209, 220.1, 220.2, 279.0.1, 393-1.2, 393-1.4, 394.0.5, 394.0.7, 395, 518.1, 532, 533-1, 536, 537.2, 539, 540.3 – 540.5, 541 – 544, 551.2, 557.2 və 603cü maddələrində nəzərdə tutulan inzibati xətanı törətmiş şəxs barəsində səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında qərar çıxarır. 116.2. İnzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında qərarda şəxsin törətdiyi hüquqpozmanı aradan qaldırması üçün müddət nəzərdə tutulur. Bu müddət bir ayadək, yaxud hüquqpozmanın aradan qaldırılmasının mürəkkəbliyi və bunun üçün əlavə vaxtın tələb olunması nəzərə alınaraq bir aydan iki ayadək müəyyən olunur. 116.3. Bu Məcəllənin 116.2-ci maddəsində nəzərdə tutulan müddətdə hüquqpozma aradan qaldırılarsa, inzibati cərimə ödənilmir. Əks təqdirdə, inzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında qərarda nəzərdə tutulan cərimə ödənilməlidir. Cərimənin ödənilməsi şəxsi törətdiyi hüquqpozmanın aradan qaldırılması öhdəliyindən azad etmir. 116.4. İnzibati xəta törətmiş şəxs hüquqpozmanı aradan qaldırdıqda, bu Məcəllənin 116.2-ci maddəsində nəzərdə tutulan müddət ərzində inzibati xəta haqqında işə baxan səlahiyyətli orqana (vəzifəli şəxsə) bu barədə məlumat verməlidir. Həmin məlumatın verildiyi gündən bu Məcəllənin 116.2-ci maddəsində nəzərdə tutulan müddətin axımı dayanır. İşə baxan səlahiyyətli orqan (vəzifəli şəxs) ona məlumatın verildiyi gündən 5 iş günü müddətində bu məlumatın düzgünlüyünü araşdırır və araşdırmanın nəticəsi barədə inzibati xəta törətmiş şəxsə yazılı bildiriş göndərir (verir). Məlumatın səhv olduğu müəyyənləşdirildikdə, hüquqpozmanın aradan qaldırılması müddətinin axımı məlumatın daxil olduğu gündən bərpa olunur Maddə 518. Yanğın təhlükəsizliyi qaydalarının pozulması və ya yerinə yetirilməməsi 518.1. Mülkiyyət formasından asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda, ictimai yerlərdə, anbarlarda, yataqxanalarda və ya digər yaşayış sahələrində, meşələrdə və nəqliyyatda yanğın təhlükəsizliyi standartlarının, normalarının və qaydalarının tələblərinin pozulmasına və ya yerinə yetirilməməsinə görə fiziki şəxslərə xəbərdarlıq edilir və ya onlar iyirmi manatdan otuz manatadək məbləğdə cərimə edilir, vəzifəli şəxslərə xəbərdarlıq edilir və ya onlar yüz manatdan yüz əlli manatadək məbləğdə, hüquqi şəxslər üç yüz əlli manatdan beş yüz manatadək məbləğdə cərimə edilir. Məhkəmə yuxarıda göstərilənləri məcmu halda qiymətləndirərək şikayət ərizəsinin təmin edilməməsini məqsədə müvafiq hesab edir. Belə ki, məhkəmə araşdırması zamanı məlum olmuşdur ki, şəxs inzibati tənbeh vermə haqqında qərarın qanunsuz tərtib edilməsi barədə, həmçinin həmin nöqsanların onun tərəfindən törədilmədiyini təsdiq edən heç bir sübutu məhkəməyə təqdim etməmişdir. Belə olduğu təqdirdə məhkəmə hesab edir ki, hazırki şikayət ərizəsində göstərilən halları təsdiq edən heç bir mötəbər sübut olmadığından şikayət ərizəsi təmin edilməməli və inzibati tənbeh vermə haqqında qərar dəyişdirilmədən saxlanılmalıdır. Həmçinin məhkəmə cərimənin şərti tətbiq edilməsinə münasibətdə bildirir ki, Azərbaycan Respublikasının X3 X8 Xidmətinin İnzibati tənbeh vermə 09 iyul 2025-ci il tarixli MN №1893477 saylı qərarı üzrə cərimə şərti olaraq tətbiq edilmiş və şəxsə 1 ay müddətinə yol verilmiş nöqsanların aradan qaldırılaraq inzibati tənbeh vermə haqqında qərarı qəbul etmiş orqana müraciət etməsi, yenidən yoxlama keçirilərək yol verilmiş nöqsanların aradan qaldırıldığı məlum olduğu təqdirdə isə həmin qərarın ləğv olunacağı izah olunmuş, lakin şəxs hal-hazıradək həmin nöqsanları aradan qaldırmamış və orqana müraciət etməmişdir. Yuxarıda göstərilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, şikayət ərizəsi təmin edilməməli və Azərbaycan Respublikasının X3 X8 Xidmətinin İnzibati tənbeh vermə 09 iyul 2025-ci il tarixli MN №1893477 saylı qərarı qüvvədə saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İXM-nin 128-136-cı maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: Şikayət rədd edilsin. Azərbaycan Respublikası Azərbaycan Respublikası FHN-nin X8 Xidmətinin xx.xx.2025-cü il tarixli MN №1893477 saylı qərarı qüvvədə saxlanılsın. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Qusar rayon məhkəməsi vasitəsilə və ya birbaşa Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Qərardan apellyasiya qaydasında şikayət və protest verilmədikdə qərardan şikayətin verilməsi müddətinin bitdiyi gün qərar qanuni qüvvəyə minir. Hakim: Əli Cəlilov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar