Məhkəmə qərarları › İş №3(029)-296/2021

Qusar Rayon Məhkəməsi Qərardad — İş №3(029)-296/2021

05.07.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Qusar şəhəri İş № 3(029)-296/2021 05.07.2021 QUSAR RAYON MƏHKƏMƏSİ Mən, Qusar rayon məhkəməsinin hakimi Adil Yaqub oğlu Vəliyev xx.xx.1963-cü ildə Qusar rayonu Həzrə kəndində anadan olmuş, həmin kənddə yaşayan, orta təhsilli, işləməyən, ailəli, Azərbaycan Respublikasının vətəndaşı Şəxs haqqında Azərbaycan Respublikasının İXM-nin 262.1.2-ci maddəsi ilə Qusar rayon X3 Polis Bölməsindən daxil olmuş inzibati xəta haqqında materialları nəzərdən keçirib, MÜƏYYƏN ETDİM: Təqdim edilmiş inzibati xəta haqqında protokoldan və ona əlavə olunmuş sənədlərdən görünür ki, Şəxs Qusar rayonu Həzrə kəndi ərazisində yerləşən “Abdul bulağı”nın kənarında yerləşən yerüstü su obyektindən özbaşına tutmaqla istifadə etmişdir. Həmin faktla bağlı Qusar rayon X3 Polis Bölməsinin polis sahə rəisi polis kapitanı Eşqin Tahirov tərəfindən 25 iyun 2021-ci il tarixli MN ******* saylı inzibati xəta haqqında protokol tərtib olunaraq baxılması üçün Qusar rayon məhkəməsinə göndərilmişdir. Həmin material 05 iyul 2021-ci il tarixdə məhkəmyə daxil olmuşdur. İş materiallarını araşdıraraq hesab edirəm ki, inzibati xəta haqqında protokol və ona əlavə olunmuş sənədlər protokolu tərtib etmiş orqana geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası Prezidentinin 3 may 2017-ci il tarixli 1361 saylı Fərmanı ilə təsdiq edilmiş “Rayon (şəhər) məhkəmələrinin baxdığı inzibati xətalar haqqında işlər üzrə protokol tərtib etmək səlahiyyəti olan vəzifəli şəxslərin Siyahısı”nın 19cu bəndinə əsasən rayon (şəhər) məhkəmələrinin baxdığı inzibati xətalar haqqında işlər üzrə protokol aşağıda göstərilən vəzifəli şəxslər tərəfindən tərtib edilir: Məcəllənin 229, 253-1.1.1 (yaşıllıqların uçota alınmamasına münasibətdə), 253-1.1.2 (yaşıllıqların uçotu məlumatlarının təhrif edilməsinə münasibətdə), 253-1.1.3, 262, 264.0.3 və 264.0.5ci maddələrində nəzərdə tutulmuş inzibati xətalar haqqında işlər üzrə protokol Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi adından – ekologiya və təbii sərvətlər naziri, onun müavinləri, Aparatın rəhbəri, şöbə müdiri, onun müavini, sektor müdiri, baş məsləhətçi, böyük məsləhətçi, aparıcı məsləhətçi, məsləhətçi, Nazirliyin yanında X1 Xidmətinin rəisi, onun müavini, sektor müdiri, baş məsləhətçi, böyük məsləhətçi, aparıcı məsləhətçi, məsləhətçi, regional və rayon (şəhər) ekologiya və təbii sərvətlər orqanının rəhbəri, onun müavini, sektor müdiri, baş məsləhətçi, böyük məsləhətçi, aparıcı məsləhətçi, məsləhətçi, Naxçıvan Muxtar Respublikasında müvafiq sahəyə cavabdeh dövlət orqanının rəhbəri, onun müavinləri. Göründüyü kimi, rayon (şəhər) məhkəmələrinin baxdığı Azərbaycan Respublikasının İXM-nin 262.1.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətalar haqqında işlər üzrə protokol tərtib etmək səlahiyyəti Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin müvafiq qurumlarına deyil, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin müvafiq qurumlarına aiddir. Bununla da, hazırkı inzibati xəta haqqında protokol səlahiyyəti olmayan şəxs tərəfindən tərtib edilmişdir. Azərbaycan Respublikasının İXM-nin 109.1, 109.1.6-cı maddələrinə əsasən inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib edildikdə, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda, işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması barədə qərardad qəbul edilir. Beləliklə, iş materiallarını tam şəkildə araşdırıb belə qənaətə gəlirəm ki, Şəxs barəsində Azərbaycan Respublikasının İXM-nin 262.1.2-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında 25.06.2021-ci il tarixli MN ******* saylı protokol səlahiyyəti olmayan şəxs tərəfindən tərtib olunduğundan inzibati xəta haqqında protokol və ona əlavə olunmuş digər sənədlər onu tərtib etmiş Qusar rayon X3 Polis Bölməsinə geri qaytarılmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 100, 106, 109-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: Şəxs barəsində Azərbaycan Respublikasının İXM-nin 262.1.2-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında 25.06.2021-ci il tarixli MN ******* saylı protokol və ona əlavə edilmiş sənədlər Qusar rayon X3 Polis Bölməsinə geri qaytarılsın. Qusar rayon Məhkəməsinin hakimi Adil Vəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar