Azərbaycan Respublikası adından QƏRAR Qusar şəhəri İş № 3(029)-296/2023 07.09.2023 QUSAR RAYON MƏHKƏMƏSİ X1 Adil oğlunun sədrliyi Əliyev Rahib Malik oğlunun katibliyi ilə Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, Zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs iştirakları ilə xx.xx.1966-cı ildə Qusar rayonu Kuzun kəndində anadan olmuş, həmin kənddə yaşayan, Azərbaycan Respublikasının vətəndaşı Şəxs barəsində Qusar rayon Polis Şöbəsindən daxil olmuş Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 338.7-сi maddəsində nəzərdə tutulmuş inzibati xəta haqqında materiala Qusar rayon Məhkəməsinin binasında açıq məhkəmə baxışı iclasında baxaraq, Müəyyən etdim: Şəxs 05 avqust 2023-cü il tarixdə saat 22:00 radələrində özünə məxsus bir baş dayçanı yolda nəzarətsiz qoymuş, nəticədə həmin dayça Qusar-Ləzə yolunun 26-cl kilometrliyində yolun hərəkət hissəsinə çıxaraq həmin yolda hərəkətdə olan, Zərərçəkmiş şəxs idarə etdiyi BMW markalı ** VK *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə toqquşmuşdur. Hadisə nəticəsində qeyd edilən nəqliyyat vasitəsinin sahibi Zərərçəkmiş şəxs maddi ziyan dəymişdir. Həmin faktla bağlı Qusar RPŞ-nin DYPB tərəfindən Şəxs barəsində Azərbaycan Respublikasının İXM-nin 338.7-ci maddəsi ilə İXP ******* saylı xx.xx.2023-cü il tarixli inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün Qusar rayon məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü qismən təqsirli bilərək göstərmişdir ki, hadisə baş verən zaman o, evdə olmuşdur. Onun öz oğlu və qardaşının oğlu otlaq sahəsindən gələndə ona məxsus atın arxası ilə gələn 2 aylıq dayça yola çıxmış, BMW markalı avtomobil əvvəlcə sürəti azaltmış, sonra isə sürətlə hərəkət edərək dayçanı vurmuşdur. Hadisədən sonra dayçanı vuran avtomobilin sahibi hadisə yerini tərk etmişdir. Hadisədən bir müddət sonra dayça ölmüşdür. Hazırda o, zərər çəkmiş şəxslə barışmaq istəyir. Odur ki, barəsində qanuni qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs izahatında göstərmişdir ki, o, 05 avqust 2023-cü il tarixdə axşam saatlarında idarə etdiyi BMW markalı avtomobillə Qusar-Ləzə yolu ilə işlədiyi əraziyə gedərkən qarşıdan iki nəfər şəxsin atlarla gəldiyini görmüş, atlar işıq dirəyinin kənarı ilə gəlmişlər, həmin vaxt işıqlar sönülü olmuşdur. O, yolun yoxuşu ilə qalxarkən dayça qəfildən onun üstünə gəlmiş, o, avtomobili kənara çəksə də, dayçanı vurmuşdur. Hadisədən sonra avtomobilin radiatoru su buraxmağa başlamış, bu səbəbdən də, o, yaxınlıqda olan iş yerinə getmiş, avtomobilim orada qoyduqdan sonra isə hadisə yerinə qayıtmış, orada post patrul xidmətinin əməkdaşları olmuş, təxminən 20 dəqiqə sonra isə DYP əməkdaşları gəlib hadisəni qeydə almışlar. Hazırda o, da Şəxsla razılığa gəlmək istəyir. Odur ki, iş üzrə qanuni qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İş materiallarında olan Qusar “VAZ” kooperativi tərəfindən verilmiş 08 avqust 2023-cü il tarixli “Nəqliyyat vasitələrinin təmirinə (bərpa edilməsinə) dair Smeta (Haqq hesab)” Aktından görünür ki, BMW minik markalı ** VK *** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş ziyan cəmi 2300 (iki min üç yüz) manat təşkil edir. Beləliklə, araşdırılmış sübutlarla müəyyən edilir ki, barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş şəxs Şəxs 05 avqust 2023-cü il tarixdə saat 22:00 radələrində özünə məxsus dayça heyvanını yolda nəzarətsiz qoyması nəticəsində həmin heyvan Qusar-Ləzə yolunun 26-cl kilometrliyində hərəkətdə olan və Zərərçəkmiş şəxs idarə etdiyi BMW markalı ** VK *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə toqquşmuş və nəticədə avtomobilin sahibinə maddi ziyan dəymişdir. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 39-cu (Mal-qara ötürənlərin vəzifələri) maddəsinə əsasən, mal-qara ötürənlər: 1) mal-qaranı asfalt və sementbeton örtüklü yollarla ötürməməlidirlər; 2) sutkanın qaranlıq vaxtında və məhdudiyyətli görünmə şəraitində, dəmir yollarından, yolların, küçələrin, meydanların və bu məqsəd üçün xüsusi olaraq ayrılmayan yerlərindən, habelə yolun hərəkət hissəsindən malqaranı ötürməməlidirlər. Qeyd edilən qanunvericilik aktı normasının tələblərinə uyğun olaraq hesab edirəm ki, barəsində inzibati protokol tərtib edilmiş Şəxs özünə məxsus mal-qaranı asfalt və sementbeton örtüklü yollarla ötürməməli, sutkanın qaranlıq vaxtında və məhdudiyyətli görünmə şəraitində, yolun və bu məqsəd üçün xüsusi olaraq ayrılmayan yerlərdən, habelə yolun hərəkət hissəsindən mal-qaranı ötürməməli, habelə mal-qara sürüsünü yoldan son dərəcə diqqətli nəzarət etməklə ötürməli olduğu halda bunu etməyərək İXM-in 338.7-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs şəxsiyyətini və işin digər hallarını, o cümlədən ilk dəfə olarq inzibati məsuliyyətə cəlb olunduğunu nəzərə alaraq barəsində maddənin sanksiyasında nəzərdə tutulan minimum həddə cərimənin tətbiq edilməsini məqsədəmüvafiq hesab edirəm. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 114-115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, Qərara aldım: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 338.7-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinib, 100 (yüz) manat məbləğində cərimə edilsın. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Qusar rayon məhkəməsi vasitəsilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə apellasiya şikayəti və ya protesti verilə bilər. Qərardan apellyasiya qaydasında şikayət və protest verilmədikdə qərardan şikayətin verilməsi müddətinin bitdiyi gün qərar qanuni qüvvəyə minir. Qusar rayon məhkəməsinin hakimi: Anar Qasımov
Məhkəmə qərarları › İş №3(029)-296/2023
Qusar Rayon Məhkəməsi Qərar — İş №3(029)-296/2023
07.09.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver