Məhkəmə qərarları › İş №3(029)-297/2020

Qusar Rayon Məhkəməsi Qərar — İş №3(029)-297/2020

03.07.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Qusar şəhəri İş № 3(029)-297/2020 03.07.2020 QUSAR RAYON MƏHKƏMƏSİ Hakim Kazımov Rafiq Vəli oğlu Ağaliyev Hümmət Rahib oğlunun katibliyi ilə Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs x1, Qusar RPŞ-nin DYPB-nin Yol patrul xidmətinin inspektoru polis serejantı x3 iştirakları ilə x1 Qusar Rayon Polis Şöbəsi DYPB-nin Yol patrul inspektoru polis senjantı x6 tərəfindən tərtib edilmiş 20 iyun 2020-ci il tarixli İXP ******* saylı inzibati xəta haqqında protokol üzrə başlanmış inzibati xəta haqqında iş ürzə icraata xitam verilməsinə dair ərizəsinə Qusar rayon məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİM: Qusar rayon Məhkəməsinin icraatına x1 Qusar Rayon Polis Şöbəsi DYPB-nin Yol patrul inspektoru polis senjantı x6 tərəfindən tərtib edilmiş 20 iyun 2020-ci il tarixli İXP ******* saylı inzibati xəta haqqında protokol üzrə başlanmış inzibati xəta haqqında iş ürzə icraata xitam verilməsinə dair ərizəsi daxil olmuşdur. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında icraat aparılan şəxs x2 ərizəni müdafiə edərək izahatında göstərdi ki, 20 iyun saat 20:45 radələrində o, Qusar rayonu- “Samur sərhəd məntəqəsi” avtomobil yolunun “Çubuqlu” kənd ərazisindən keçən hissəsində, istifadəsində olan “VAZ 21214” markalı LU050TR20 dövlət qeydiyyat nişanlı avtomobildə ailəsi ilə birlikdə hərəkətdə olarkən Qusar Rayon Polis Şöbəsinin Yol patrul xidməti inspektoru polis serejantı x6 onu saxlayaraq avtomabilin qarşı oturacağında azyaşlı uşağın oturtduğuna görə irad bildirmişdir. Daha sonra avtomobilin arxa körpüsünün yaylarının standartdan fərqli-qısa yaylarla əvəz edildiyini bildirmişdir. O, buna etiraz edərək avtobilin sənaye şəraitində istehsal olunduğunu və avtomobilə zavodda quraşdırılmış yayların heç vaxt dəyişdirilmədiyini bildirsə də polis əməkdaşı buna məhəl qoymayaraq avtomobili Qusar RPŞ-nin “Samur” PB-nin həyətinə sürdürmüşdür. O dərhal avtomobil mağazasından iki ədəd eyni avtomobilin arxa körpü yayları alaraq və Quba şəhərindən avtomobil mütəxəssisi dəvət edərək polis serejantı Elgün Yüzbəyovun və onunla birgə olan, adlarını bilmədiyi daha iki Yol Patrul xidməti inspektorlarının iştirakı ilə avtomabilə baxış keçirilmişlər. Baxış zamanı mütəxəssis avtomobilin arxa körpü yaylarını çıxararaq, yeni aldığı yaylarla müqayisə edəndə hər iki yayların sayının eyni olduğunu bildirmişdir. Həmin bu hal məhkəməyə təqdim etmiş olduğu video diskdə də öz əksini tapmışdır. Buna baxmayaraq onun barəsində Azərbaycan Respublikası İXM-nin 342.2.3cü maddəsi ilə İXP ******* saylı inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Həmin protokolla razı deyildir. Həmin protokolda tarix səhv göstərmişdir. Həmin protokol üzrə qəbul edilmiş qərar ona təqdim edilməmişdir. Hesab edir ki, onun barəsində Qusar Rayon Polis Şöbəsi Yol patrul inspektoru polis senjantı x6 tərəfindən tərtib edilmiş 20 iyun 2019cu il tarixli İXP ******* saylı inzibati xəta haqqında protokol üzrə başlanmış inzibati xəta haqqında iş ürzə icraata xitam verilməlidir. Ərizənin təmin edilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Qusar RPŞnin DYPB-nin Yol patrul xidmətinin inspektoru polis serejantı x6 izahatında göstərdi ki, 20 iyun 2020-ci il tarixdə Qusar-Ləyər Qışlaq yolunun 26-cı km-də xidmətdə olduğu zaman x1 idarə etdiyi “VAZ 21214 ” markalı LU050TR20 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin arxa yayların standartlara uyğun yaylar olmadığı üçün saxlanmışdır. x2 barəsində Azərbaycan Respublikası İXM-nin 342.2.3-cü maddəsi ilə İXP ******* saylı inzibati xəta haqqında protokol tərtib edilmişdir. Həmin protokolda tarix texniki olaraq səhv göstərilmişdir. Bu barədə rəhbərliyə məruzə olunaraq həmin səhv aradan qaldırılmışdır. x2 barəsində onun tərəfindən əsaslı olaraq protokol tərtib edilmişdir. x2 barəsində tərtib edilmiş inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər qərar qəbul ediməsi üçün material aidiyatı üzrə Quba Rayon Polis Şöbəsinə göndərilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında icraat aparılan şəxs x2 və Qusar RPŞ-nin DYPB-nin Yol patrul xidmətinin inspektoru polis serejantı x4 dinləyib, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs x1 ərizəsini nəzərdən keçirib hesab edirəm ki, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs x1 ərizəsi əsassız olduğundan təmin edilməməlidir. Belə ki, məhkəmə iclasında müəyyən olundu ki, Azərbaycan Respubliksı İnzibati Xətalar Məcəlləsində inzibati xəta haqqında protokoldan şikayət verməsi nəzərədə tutulmamış, mübahisə olunan inzibati xəta haqqında protokol səlahiyyətli orqan tərəfindən baxılaraq barəsində inzibati xəta haqqında protokol tərtib olunmuş şəxsin əməlində inzuibati xəta tərkibinin olub-olmaması araşdırılmaqla nəticədən asıllı olaraq müvafiq qərar qəbul edilməmişdir. Odur ki, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs x1 Qusar Rayon Polis Şöbəsinin DYPB-nin Yol patrul inspektoru polis senjantı x6 tərəfindən tərtib edilmiş 21 iyun 2020-ci il tarixli İXP ******* saylı inzibati xəta haqqında protokol üzrə başlanmış inzibati xəta haqqında iş ürzə icraatına xitam verilməsinə dair ərizəsi təmin oluna bilməz. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-130-cı maddələrini rəhbər tutaraq QƏRARA ALDİM: Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs x2 barəsində Qusar Rayon Polis Şöbəsinin Qusar RPŞ-nin DYPB-nin Yol patrul inspektoru polis senjantı x6 tərəfindən tərtib edilmiş 20 iyun 2020-ci il tarixli İXP ******* saylı inzibati xəta haqqında protokol üzrə başlanmış inzibati xəta haqqında iş ürzə icraatına xitam verilməsinə dair ərizəsi təmin eilməsin. Qərarın surətinin təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Qusar Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar