Azərbaycan Respublikası adından QƏRAR Qusar şəhəri İş № 3(029)-299/2022 25.07.2022 QUSAR RAYON MƏHKƏMƏSİ Qusar rayon məhkəməsinin hakimi Cəlilov Əli İsa oğlu, xx.xx.1963-cü ildə Qusar rayonu Quxur kəndində anadan olmuş, Qusar rayonu Quxur-oba kənddə yaşayan, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, işləməyən, Şəxs barəsində Qusar Rayon Polis Şöbəsinin X11n daxil olmuş inzibati xəta haqqında materiallara Qusar rayon məhkəməsinin binasında açıq məhkəmə baxışı iclasında baxaraq məhkəmə, Müəyyən etdi: Təqdim edilmiş inzibati xəta haqqında protokoldan və ona əlavə olunmuş sənədlərdən görünür ki, Şəxs xx.xx.2022-ci il tarixdə saat evdə münaqişə yaradaraq həyat yoldaşı X1 və yumruqla vurmuşdur. Həmin faktla bağlı Qusar RPŞ-nin təhqiqatçısı, polis kapitanı X7 tərəfindən araşdırma aparılmış və xx.xx.2022-ci il tarixli qərarla X3 müraciəti əsasında toplanmış material üzrə cinayət işinin başlanması rədd edilərək qəbul edilmiş qərarın surəti Şəxs Azərbaycan Respublikasının İXM-nin 157-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsi üçün Qusar RPŞ-nin İTB-nə verilmişdir. Qusar RPŞ-nin Samur PB-nin polis sahə rəisi, polis mayoru X10 tərəfindən Şəxs barəsində Azərbaycan Respublikasının İXM-nin 157-ci maddəsi ilə xx.xx.2022-ci il tarixli MN № 1352741-116 saylı inzibati xəta haqqında protokol tərtib olunaraq baxılması üçün Qusar rayon məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü təqsirli bilməyərək izahatında göstərmişdir ki, o, həyat yoldaşı X1 ilə vurmamışdır. Aralarında söz mübahisəsi olmuşdur. Sahədə onun 80 ot tayası olmuş, arvadı həmin ot tayalarını satmış, niyə və kimə satdığını ona demədiyindən aralarında mübahisə olmuşdur. Daha sonra arvadı onun barəsində polisə şikayət etmişdir. Onun və arvadı arasında dəfələrlə mübahisə olmuşdur. İş üzrə ədalətli qərar qəbul edilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasında zərər çəkmiş şəxs X5 inzibati xəta haqqında protokolda göstərilən xüsusatları tam təsdiq edərək izahatında göstərmişdir ki, onun 3 uşaqları var. Bir oğlu yataq xəstəsidir. xx.xx.2022-ci il tarixdə oğlu ona səhər toya afisant kimi işləməyə gedəcəyini, paltarların yumasını xahiş etmiş, buna görə də o, paltarları yumaq üçün qazanda su qaynatmışdır. Həmin vaxt həyat yoldaşı Şəxs yaşadıqları evdə onunla yersiz mübahisə etmiş, sillə ilə onun sifətindən və qolundan vurmuş, əlinə çəngəl batırmışdır. O, ot tayalarını özü yığmış, əri isə hər gün içkili olduğundan sahəyə gəlməmişdir. O, ot tayalarını satıb xəstə uşağın müalicəsinə xərcləmişdir. Əri Şəxs hər gün içkili vəziyyətdə evə gələrək onunla mübahisə edir, hazırda o, Şəxs ilə barışmamış, ona ciddi cəza verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X10 izahatında göstərmişdir ki, X11 polis sahə rəisi işləyir. xx.xx.2022-ci il tarixdə X2 ərizə ilə müraciət edərək əri Şəxs sərxoş vəziyyətdə evə gələrək onunla mübahisə etdiyini, onun sillə ilə vurduğunu bildirmişdir. Bununla bağlı Qusar RPŞ-nin TB-də araşdırılma aparılmışdır. Həmin ailə kənddə münaqişəli ailə kimi qeydiyyata almışdır. Şəxs hər gün içki qəbul edərək mübahisələr yaradır. Ailə üzvləri ilə profilaktik danışıqlar aparılmışdır. Şəxs həm özünə, həmdə arvadına xəsarətlər yetirir. Odur ki, Şəxs barəsində qanuni qərar qəbul edilməsini məhkəmədən xahiş edir. Beləliklə, məhkəmə iş materiallarını nəzərdən keçirib, hesab edir ki, Şəxs həmin hərəkəti ilə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir və onun barəsində inzibati tənbeh tətbiq edilməlidir. Azərbaycan Respublikasının İXM-nin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs barəsində inzibati tənbeh tətbiq edilməsi məsələsi müzakirə edilərkən, onun əməlindən səmimi peşmançılıq hissi keçirməsi məsuliyyəti yüngülləşdirən hal kimi qəbul edilir, məsuliyyəti ağırlaşdıran hallar isə müəyyən edilməmişdir. Məhkəmə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs şəxsiyyətini və işin digər hallarını nəzərə alaraq onun barəsində inzibati tənbeh növü olaraq inzibati həbs tətbiq edilməsini məqsədəmüvafiq hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının qüvvədə olan İnzibati Xətalar Məcəlləsinin 53, 114-115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, Qərara aldı: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə təqsirli bilinsin 15 (on beş) gün müddətə inzibati həbs edilsin. İnzibati həbs etmənin əvvəli 25 iyul 2022-ci il tarixdən saat 18:00-dan hesablansın. Qərar dərhal icra edilsin. Qərarın icrası Qusar rayon Polis Şöbəsinə həvalə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Qusar rayon məhkəməsi vasitəsilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər.
Məhkəmə qərarları › İş №3(029)-299/2022
Qusar Rayon Məhkəməsi Qərar — İş №3(029)-299/2022
25.07.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver