Azərbaycan Respublikası adından QƏRAR Qusar şəhəri İş № 3(029)-3/2023 09.01.2023 QUSAR RAYON MƏHKƏMƏSİ Qusar rayon məhkəməsinin hakimi Cəlilov Əli İsa oğlu, Hüquqi şəxs «PULS” MMC (VÖEN №**********) barəsində Azərbaycan Respublikasının Səhiyyə Nazirliyindən daxil olmuş inzibati xəta haqqında materiala Qusar rayon Məhkəməsinin binasında açıq məhkəmə baxışı iclasında baxaraq məhkəmə, M Ü Ə Y Y Ə N E T D İ: Təqdim edilmiş inzibati xəta haqqında protokoldan və ona əlavə olunmuş sənədlərdən görünür ki, Qusar şəhəri çayın sağ sahili Mərkəzi Xəstəxananın yanı ünvanında yerləşən aptekdə xx.xx.2022-ci il tarixində 11:15-də aptek təşkilatlarına dair tələblərin inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törətmişdir. Həmin faktla bağlı Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzinin müfəttişi X4 tərəfindən inzibati araşdırma aparılmış və hüquqi şəxs «PULS” MMC barəsində Azərbaycan Respublikası İXM-nin 452.4-cü maddəsi ilə MN № ******* saylı, xx.xx.2022ci il tarixli inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün Qusar rayon məhkəməsinə göndərilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs «PULS” MMC və Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi məhkəmə iclasının yeri və müddəti barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, «PULS” MMC-nin və Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin nümayəndələri məhkəmə iclasına gəlməmişlər, gəlməmələrinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verilməmişlər. Məhkəmə Azərbaycan Respublikasının İXM-nin 112.1.4-cü maddəsinə əsasən işə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs «PULS” MMC-nin və Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin nümayəndələrinin iştirakları olmadan baxılmasını mümkün hesab edir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli 644 saylı aktından görünür ki, xx.xx.2022-ci il tarixli 907 nömrəli qərarda göstərilən nöqsanlar aradan qaldırılmadığından xx.xx.2022-ci il tarixdə aparılan plandankənar (növbədənkənar) yoxlama zamanı 452.4-cü maddəsinə uyğun olunaraq (452.3-cü maddəsində nzəzərdə tutulan xətanın inzibati tənbeh olunmuş şəxsin tərəfindən inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi günsən bir il ərzində təkrarən törədilməsinə görə) inzibati xəta haqqında protokol tərtib edilmişdir. İş materiallarında olan Qusar rayon məhkəməsinin 3(029)-330/2022 saylı 12 sentyabr 2022ci il tarixli qərarından görünür ki, hüquqi şəxs «PULS” MMC (VÖEN №**********) Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 452.3-сü maddəsi ilə təqsirli bilinib 1000 (min) manat məbləğində cərimə edilmişdir. İş materiallarında olan xx.xx.2015-ci il tarixli Şəxs MMC-nin qərarından görünür ki, Şəxs MMC-nin təsisiçisi X1 tərəfindən X2 MMC-nin direktor vəzifəsinə təyin edilmişdir. Məhkəmə, iş materiallarını nəzərdən keçirib, hesab edir ki, hüquqi şəxs «PULS” MMC həmin hərəkəti ilə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 452.4-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir və onun barəsində inzibati tənbeh tətbiq edilməlidir. Hüquqi şəxs «PULS” MMC-nin həmin inzibati xətanı törətməsi, MN № ******* saylı, xx.xx.2023-cü il tarixli saylı inzibati xəta haqqında protokol və protokola əlavə olunmuş sənədlərlə sübuta yetirilir. Azərbaycan Respublikası İXM-nin 18.5-ci maddəsinə əsasən hüquqi şəxs barəsində inzibati tənbeh yalnız hakim tərəfindən tətbiq edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.3-cü maddəsinə əsasən hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 452.4-cü maddəsinə əsasən Bu Məcəllənin 452.3-cü maddəsində nəzərdə tutulmuş xətanın inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törədilməsinə görə -vəzifəli şəxslər min beş yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər beş min manatdan yeddi min manatadək məbləğdə cərimə edilir. Həmin Məcəllənin 18.2, 18.2.1 – 18.2.4-cü maddələrinə əsasən hüquqi şəxs inzibati məsuliyyətə həmin hüquqi şəxsin xeyrinə və ya onun maraqlarının qorunması üçün hüquqi şəxsi təmsil etmək səlahiyyətinə malik olan vəzifəli şəxs, hüquqi şəxsin adından qərarlar qəbul etmək səlahiyyətinə malik olan vəzifəli şəxs, hüquqi şəxsin fəaliyyətinə nəzarət etmək səlahiyyətinə malik olan vəzifəli şəxs və bu Məcəllənin 18.2.1-18.2.3-cü maddələrində nəzərdə tutulmuş vəzifəli şəxslər tərəfindən nəzarətin həyata keçirilməməsi nəticəsində hüquqi şəxsin işçisi tərəfindən törədilən inzibati xətalara görə cəlb edilir. İnzibati tənbeh növünü tətbiq edərkən məhkəmə xətanın xarakterini, inzibati xəta nəticəsində «PULS” MMC-nin maraqlarının təmin edilməsinin xarakterini və dərəcəsini, hüquqi şəxsi xarakterizə edən halları, o cümlədən maliyyə və əmlak vəziyyətini nəzərə alır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs «PULS” MMC-nin haqqında inzibati tənbeh tətbiq edilməsi məsələsi müzakirə edilərkən məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs «PULS” MMC-nin törətdiyi inzibati xətanın xarakterini və işin digər hallarını nəzərə alaraq hüquqi şəxs «PULS” MMC barəsində inzinati tənbeh növü olaraq inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilməsini məqsədə müvafiq hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 18, 40, 43, 114, 115, 128-130-cu maddələrini rəhbər tutaraq QƏRARAALDİ: Hüquqi şəxs «PULS” MMC (VÖEN №**********) Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 452.4-сü maddəsi ilə təqsirli bilinib 5000 (beş min) manat məbləğində cərimə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Qusar Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Qərardan apellyasiya qaydasında şikayət və protest verilmədikdə qərardan şikayətin verilməsi müddətinin bitdiyi gün qərar qanuni qüvvəyə minir. Hakim: Əli Cəlilov
Məhkəmə qərarları › İş №3(029)-3/2023
Qusar Rayon Məhkəməsi Qərar — İş №3(029)-3/2023
09.01.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver