Məhkəmə qərarları › İş №3(029)-30/2023

Qusar Rayon Məhkəməsi Qərar — İş №3(029)-30/2023

07.02.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Qusar şəhəri İş № 3(029)-30/2023 07.02.2023 QUSAR RAYON MƏHKƏMƏSİ Qusar rayon məhkəməsinin hakimi Cəlilov Əli İsa oğlu, xx.xx.1985-ci ildə Rusiya Federasiyasında anadan olmuş, Rusiya Federasiyasının vətəndaşı, orta təhsilli, ailəli, Rusiya Federasiyasının Dağıstan Respublikasının Mahaçqala şəhərində yaşayan Şəxs haqqında Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Şimal Ərazi Baş Gömrük İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiallara açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Təqdim edilmiş inzibati xəta haqqında protokoldan və ona əlavə olunmuş sənədlərdən görünür ki, Şimal Ərazi Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat Şöbəsinə daxil olmuş əməliyyat məlumatına əsasən xx.xx.2020-ci il tarixdə saat 15:55 radələrində Rusiya Federasiyası istiqamətindən “Şirvanlı” gömrük postunun idxal gömrük nəzarəti xəttinə daxil Rusiya Federasiyası vətəndaşı Şəxs idarə etdiyi “Volvo” markalı Y308TH178/AT438616 dövlət nömrə nişanlı nəqliyyat vasitəsi ilə daxil olmuşdur. Şəxs idarə etdiyi “Volvo” markalı Y308TH178/AT438616 dövlət nömrə nişanlı nəqliyyat vasitəsinə keçirilmiş gömrük yoxlaması zamanı nəqliyyat vasitəsinin yük yerinin altındakı əşya qoymaq üçün nəzərdə tutulmuş yerindən gömrük nəzarətinə bəyan edilməyən 3 ədəd 20 litrlik olan plastik qabda ağ rəngli maye, nəqliyyat vasitəsinin kabinasının sağ tərəfindəki əşyalar qoymaq üçün nəzərdə tutulmuş yerindən gömrük nəzarətinə bəyan edilməyən 1 ədəd 20 litrlik plastik qabda ağ rəngli maye aşkar olunmuşdur. Faktla bağlı Şimal Ərazi Baş Gömrük İdarəsi tərəfindən Şəxs barəsində Azərbaycan Respublikasının İXM-nin 482.1-ci maddəsi ilə xx.xx.2023-cü il tarixli inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün Qusar rayon məhkəməsinə göndərilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və inzibati xəta haqqında protokolu tərtib etmiş Şimal Ərazi Baş Gömrük İdarəsinin nümayəndəsi məhkəmə iclasının yeri və müddəti barədə lazımi qaydada xəbərdar edilmiş, lakin onlar məhkəmə iclasına gəlməmişlər, gəlməmələrinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişlər. Azərbaycan Respublikasının İXM-nin 61.3 və 112.1.4-cü maddələrinə əsasən inzibati xəta haqqında işə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və inzibati xəta haqqında protokolu tərtib etmiş Şimal Ərazi Baş Gömrük İdarəsinin nümayəndəsinin iştirakları olmadan baxılmasını mümkün hesab edir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli 6/109 saylı ekspert rəyinə əsasən,ekspertiza tədqiqatına təqdim edilmiş Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinə məxsus bir ədəd parça torbadakı üzərilərində heç bir markalanma göstəriciləri olmayan dörd ədəd 1 litrlik plastik qablarda ağ rəngli maddələrin tərkibində narkotik, psixotrop, güclü təsir edən və zəhərli maddə komponentləri aşkar edilməmişdir, həmin maddələrin yararlı olması barədə qoyulmuş sual materialların məhkəmə ekspertizasının həll etdiyi məsələlərə aid olmadığından cavablandırılmamışdır. 1 litrlik 4 ədəd plastik qabda ağ rəngli maye təqdim edilmişdir. Həmin plastik qabların üzərində markalanma göstəriciləri olmadığından qiymətini müəyyən etmək mümkün olmamışdır. İş materiallarını nəzərdən keçirib, məhkəmə hesab edir ki, Şəxs həmin hərəkətləri ilə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 482.1-ci maddəsində nəzərdə tutulan inzibati xətaları törətmişdir, o, həmin maddələrlə təqsirli bilinməli və barəsində inzibati tənbeh tətbiq edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 482.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının gömrük sərhədindən keçirilən malların və ya nəqliyyat vasitələrinin bəyan edilməməsinə görə, bu az miqdarda olduqda - inzibati xətanın bilavasitə obyekti olan mallar və nəqliyyat vasitələri müsadirə edilir, yaxud həmin malların və nəqliyyat vasitələrinin dəyərinin altmış faizindən yüz faizinədək məbləğdə cərimə edilir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs barəsində inzibati tənbeh tətbiq edilməsi məsələsi müzakirə edilərkən, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs cərimə tətbiq olunması ona görə məqsədə müvafiq hesab etmir ki, onun xarici vətəndaşı olduğu üçün icra tədbirinin təmin edilməsində gələcəkdə problem olacağından və işin digər hallarını nəzərə alaraq onun barəsində inzibati tənbeh tədbiri olaraq inzibati xətanın bilavasitə obyekti olan predmetlərin müsadirəsinin tətbiq edilməsini məqsədə müvafiq hesab edir. Azərbaycan Respublikasının İXM-nin 55.1, 55.1.1, 55.1.2-ci maddələrinə əsasən inzibati xətalar haqqında işlər üzrə məsrəflər: zərər çəkmişlərə, şahidlərə, onların qanuni nümayəndələrinə, hal şahidlərinə, ekspertlərə, mütəxəssislərə və tərcüməçilərə verilmiş məbləğlərdən; maddi sübutların saxlanılmasına, göndərilməsinə (daşınmasına) və tədqiq edilməsinə xərclənən məbləğlərdən ibarətdir. Həmin Məcəllənin 55.2-ci maddəsinə əsasən fiziki şəxslər barəsində inzibati xətalar haqqında işlər üzrə məsrəflər dövlət hesabına ödənilir. Hüquqi şəxslər barəsində inzibati xətalar haqqında işlər üzrə məsrəflər isə həmin şəxslərin üzərinə qoyulur. İş üzrə məhkəmə məsrəfləri 181,82 (yüz səksən bir manat səksən iki qəpik) manat təşkil edir və dövlət hesabına ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 55, 114-115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, Q Ə R A R A A L D İ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 482.1-ci maddəsi ilə təqsirli bilinib, inzibati xətaların bilavasitə obyekti olan, orta bazar qiyməti müəyyən edilməmiş gömrük nəzarətinə bəyan edilməyən 3 ədəd 20 litrlik olan plastik qabda ağ rəngli maye, nəqliyyat vasitəsinin kabinasının sağ tərəfindəki əşyalar qoymaq üçün nəzərdə tutulmuş yerindən gömrük nəzarətinə bəyan edilməyən 1 ədəd 20 litrlik plastik qabda ağ rəngli maye müsadirə edilsin. İş üzrə 181,82 (yüz səksən bir manat səksən iki qəpik) manat məbləğində məhkəmə məsrəfləri dövlət hesabına ödənilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Qusar rayon məhkəməsi vasitəsilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Qərardan apellyasiya qaydasında şikayət və protest verilmədikdə qərardan şikayətin verilməsi müddətinin bitdiyi gün qərar qanuni qüvvəyə minir. Hakim: Əli Cəlilov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar