Azərbaycan Respublikası adından QƏRAR Qusar şəhəri İş № 3(029)-300/2020 30.06.2020 QUSAR RAYON MƏHKƏMƏSİ Hakim Kazımov Rafiq Vəli oğlu Ağaliyev Hümmət Rahib oğlunun katibliyi ilə Qusar rayon Prokurorluğunun nümayəndəsi 3-ci dərəcəli hüquqşünas x1 İnzibati xəta törətmiş yetkinlik yaşına çatmamış şəxs Şəxs və onun qanuni nümayəndəsi atası x2 iştirakları ilə xx xxxxxx 2002-ci ildə Qusar şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, natamam orta təhsilli, işləməyən, inzibati məsuliyyətə cəlb edilməmiş, Qusar rayonu Köhnə Xudat kəndində qeydiyyatda olan və ünvan 1 ünvanda yaşayan Şəxs barəsində Qusar rayon Polis Şöbəsindən daxil olmuş Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta haqqında materiala Qusar rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİM: Məhkəməyə təqdim edilmiş inzibati xəta haqqında protokoldan və ona əlavə edilmiş sənədlərdən görünür ki, Şəxs 22 mart 2020-ci il tarixdə saat 00:30 radələrində Zərərçəkmiş şəxs yaşadığı ünvan 3 ünvanında yerlərləşən evin dəhlizindəki çantasından 460 (dörd yüz altmış) manat məbləğində pul oğurlamış və ona dəymiş ziyanı ödəməmişdir. Həmin şəxsə qarşı dələduzluq etməklə onun əmlakını talamışdır. Həmin faktla bağlı Qusar RPŞ-nin TB-nin təhqiqatçısı, polis baş leytenantı Orxan Vəlixanlı tərəfindən araşdırma aparılmış, 31 mart 2020-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarla Zərərçəkmiş şəxs Azərbaycan Respublikası DİN-in “102” xidməti-zəng mərkəzi sisteminə verilmiş məlumat əsasında toplanmış material üzrə cinayət işinin başlaması rədd edilmiş, hadisə törədən şəxsin müəəyyən edilərək inzibati-hüquqi tədbir görülməsi üçün qəbul edilmiş qərarın surəti Qusar RPŞ-nin İTB-nə verilmişdir. Fakt üzrə Qusar RPŞ-nin İTB-nin XÜ b/i, polis mayoru x3 tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə 29 iyun 2020-ci il tarixli, MN 0496811-360 №-li inzibati xəta haqqında protokol tərtib olunaraq baxılması üçün aidiyyəti üzrə Qusar rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs yetkinlik yaşına çatmamış Şəxs izahatında göstərdi ki, 22 mart 2020-ci il tarixdə gecə saatlarında Qusar şəhəri, G.Əbilov küçəsində gəzən zaman tanımadığı bir qadının küçədən evə daxil olduğunu və əl çantasını həyətdə olan şkafın üstünə qoyduğunu görmüşdür. Həyətin arxasındakı qapıdan həyətə daxil olmuş və çantanın içindəki pulları saymadan şalvarın arxa cibinə qoyaraq həmin yerdən uzaqlaşmışdır. Həmin pulları öz ehtiyaclarına xərcləmişdir. Zərəçəkmiş şəxsə dəymiş ziyanı ödəməmiş və onun ilə barışmamışdır. Maddi imkanı olanda pulları qaytaracaqdır. Əməlindən peşmandır. Nəzərə alınmasını məhkəmədən xahiş edir. Zərəçəkmiş şəxs Zərərçəkmiş şəxs məhkəmə iclasının yeri və müddəti barədə lazımi qaydada xəbərdar edilmiş, lakin Zərərçəkmiş şəxsməhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbi barədə məhkəməyə heç bir məlumat verməmişdir. Azərbaycan Respublikası İXM-nin 61.3 və 112.1.4-cü maddələrinə əsasən inzibati xəta haqqında işə Zərərçəkmiş şəxs iştirakı olmadan baxılmasını mümkün hesab edirəm. Məhkəmə iclasında inzibati xəta törətmiş şəxs Şəxs izahatını dinləyib, iş materiallarını nəzərdən keçirib hesab edirəm ki, Şəxs həqiqətən də 22 mart 2020-ci il tarixində Qusar şəhər sakini Zərərçəkmiş şəxs yaşadığı evin dəhlizindəki çantasından 460 (dörd yüz altmış) manat məbləğində pul oğurlamış həmin şəxsə qarşı dələduzluq etməklə onun əmlakını talamışdır. Həmin hərəkəti ilə o, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir və onun barəsində inzibati tənbeh tətbiq edilməlidir. Şəxs həmin inzibati xətanı törətməsi onun özünün izahatı, iş materiallarında olan 31 mart 2020-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar və 29 iyun 2020-ci il tarixli, MN 0496811-360 №-li inzibati xəta haqqında protokol və protokola əlavə edilmiş sənədlərlə sübuta yetirilir. Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsinə əsasən xırda talama, yəni oğurlama, mənimsəmə, israfçılıq, qulluq mövqeyindən sui-istifadə və ya dələduzluq yolu ilə özgəsinin əmlakını talamağa görə -yüz altmış saatdan iki yüz qırx saatadək ictimai işlər və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə üç ayadək müddətə inzibati həbs tətbiq edilir. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin məcəllənin 30.2-ci maddəsinə əsasən hamilə qadınlar və ya himayəsində on dörd yaşınadək uşağı olan qadınlar, on dörd yaşına çatmamış uşağını təkbaşına böyüdən kişilər, on səkkiz yaşına çatmayan şəxslər, birinci və ya ikinci qrup əlillər, sağlamlıq imkanları məhdud uşaqlar, altmış yaşına çatmış qadınlar və altmış beş yaşına çatmış kişilər, habelə bu Məcəllənin 41-ci fəslində nəzərdə tutulmuş inzibati xətalar istisna olmaqla digər inzibati xətalara görə hərbi qulluqçular barəsində inzibati həbs tətbiq edilə bilməz. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs barəsində inzibati tənbeh tətbiq edilməsi məsələsi müzakirə edilərkən onun inzibati xətanın yetkinlik yaşına çatmayan dövürdə törətməsi məsuliyyəti yüngülləşdirən hal kimi qiymətləndirilir. Məhkəmə iclasında Şəxs məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilmədi. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs şəxsiyyətini, törətdiyi inzibati xətanın xarakterini və işin digər hallarını nəzərə alaraq onun barəsində təqsirləndirildiyi maddənin sanksiyası həddində ictimai işlər növündə inzibati tənbeh edilməsini məqsədəmüvafiq hesab edirəm. Zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs dəymiş maddi ziyan ilə bağlı mülki mühakimə qaydasında məhkəməyə müraciət etmək hüququ izah edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İXM-nin 40, 43, 114, 115, 128-130-cu maddələrini rəhbər tutaraq QƏRARA ALDİM: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə təqsirli bilinib ona 160 (bir yüzaltmış) saat ictimai işlər növündə inzibati tənbeh tədbiq edilsin. Zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs dəymiş maddi ziyan ilə bağlı mülki mühakimə qaydasında məhkəməyə müraciət etmək hüququ izah edilsin. Qərarın surətinin təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Qusar Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Azərbaycan Respublikası Sumqayıt Apelyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər.
Məhkəmə qərarları › İş №3(029)-300/2020
Qusar Rayon Məhkəməsi Qərar — İş №3(029)-300/2020
30.06.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver