Məhkəmə qərarları › İş №3(029)-300/2023

Qusar Rayon Məhkəməsi Qərar — İş №3(029)-300/2023

15.09.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Qusar şəhəri İş № 3(029)-300/2023 15.09.2023 QUSAR RAYON MƏHKƏMƏSİ Mən, Qusar rayon Məhkəməsinin hakimi X5 xx.xx.1996-cı ildə Qusar rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ünvan 1 ünvanda yaşayan Şəxs haqqında Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi X2 Xidmətinin Quba Regional Şöbəsindən daxil olmuş inzibati xəta haqqında iş üzrə materiala açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdim: Təqdim olunmuş inzibati xəta haqqında protokoldan və ona əlavə olunmuş sənədlərdən görünür ki, Şəxs xx.xx.2023-cü il tarixdə saat 12:30 radələrində Qusar şəhəri Heydər Əliyev prospektində Opel markalı ** BG *** dövlət nömrə nişanlı avtomobillə sərnişin daşıma fəaliyyəti həyata keçirərkən yoxlama zamanı qanunvericiliklə müəyyən olunmuş tələb olunan sənədləri təqdim etməmiş və həmin fakta görə X2 Xidmətinin Quba Regional Şöbəsi tərəfindən Şəxs barəsində xx.xx.2023-cü il tarixdə Azərbaycan Respublikasının İXM-nin 552-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmiş və xx.xx.2023-cü il tarixli məktubla baxılması üçün Qusar rayon məhkəməsinə göndərilmiş, həmin material xx.xx.2023-cü il tarixdə məhkəməyə daxil olmuşdur. Məhkəmə iclasında Azərbaycan Yerüstü Nəqliyyat X3 İdarəsinin nümayəndəsi X1 inzibati xəta haqqında protokolda olan xüsusatları təsdiq edərək bildirmişdir ki, Şəxs dəfələrlə snədlərin qaydasına salınması, dövlət vergi orqanından qeydiyyatdan keçirməsini barədə məlumat verilmişdir. Lakin, Şəxs heç bir sənədi olmadan taksi fəaliyyəti ilə məşğul olur. Şəxs barəsində qanuni inzibati tənbeh tətbiq edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü təqsirli bilərək izahatında göstəmişdir ki, o, taksi fəaliyəti ilə məşğul olur. Avtomobil ona mərhum atasından qalmışdır. Ailəsini dolandırmaq üçün taksi fəaliyyəti ilə məşğul olur. Onun taksi fəaliyyəti ilə məşğul olmasını ilə əlaqədar sənədləri və lisenziyası yoxdur. Vergi ödəyicisi kimi qeydiyyatdan keçməmiş, hazırda vergi ödəmir. Qanuni qərar qəbul edilməsini məhkəmədən xahiş edir. İş materiallarında olan X2 Xidmətinin Quba Regional Şöbəsinin əməkdaşları tərəfindən tərtib olunmuş xx.xx.2023-ci il tarixli aktdan görünür ki, həmin tarixdə saat 12:30 radələrində Qusar şəhəri Heydər Əliyev prospektində Opel markalı ** BG *** dövlət nömrə nişanlı avtomobillə sərnişin daşıma fəaliyyəti həyata keçirən sürücü Şəxs qanunvericiliklə müəyyən olunmuş sənədləri təqdim etməmişdir. Şəxs həmin aktı imzalamaqdan imtina etmişdir. Göründüyü kimi, barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxs Şəxs 24 avqust 2023-cü il tarixdə istifadəsində olan Opel markalı ** BG *** dövlət qeydiyyat nişanlı avtomobillə taksi xidməti göstərsə də, bunun üçün qanunla müəyyən edilmiş sənədləri Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin Tabeliyində Azərbaycan Yerüstü Nəqliyyat X3 şöbəsinin əməkdaşlarına təqdim etməkdən imtina etmişdir ki, bu da ona dəlalət edir ki, bu fəaiyyət üçün onun lazımi icazəsi olmamışdır. Halbuki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 09 fevral 2006-cı il tarixli 40 nömrəli qərarının 1.3-cü bəndinə əsasən, avtomobil nəqliyyatı vasitələri ilə sərnişin və yük daşımalarını həyata keçirən vergi ödəyicilərinə (Bakı şəhərinin inzibati ərazisində avtomobil nəqliyyatı ilə müntəzəm şəhərdaxili sərnişindaşımanı həyata keçirən vergi ödəyiciləri istisna olmaqla) “Fərqlənmə nişanı” və “Xüsusi fərqlənmə nişanı” Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi tərəfindən verilir. Avtomobil nəqliyyatı vasitələri ilə sərnişin və yük daşımalarını həyata keçirən şəxslər hər bir avtomobil nəqliyyatı vasitəsi üçün Bakı şəhərinin inzibati ərazisində avtomobil nəqliyyatı ilə müntəzəm şəhərdaxili sərnişindaşımanı həyata keçirən vergi ödəyicilərinə münasibətdə Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Bakı Nəqliyyat Agentliyindən, digər hallarda isə Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyindən təqvim ayının sonunadək öz istəklərinə uyğun olaraq növbəti ay, rüb, yarım il və ya il üçün ciddi hesabat blankı olan “Fərqlənmə nişanı” almalıdırlar. Lakin barəsində inzibati protokol tərtib olunmuş Şəxs ciddi hesabat blankı olan “Fərqlənmə nişanı” müvafiq icra hakimiyyəti orqanının nümayəndəsinə təqdim edilməməklə İXM-in 552-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Belə ki, Azərbaycan Respublikasının İXM-nin 552-ci maddəsinə əsasən avtomobil nəqliyyatı ilə sərnişin və yük daşımalarını yerinə yetirən şəxslər tərəfindən müvafiq icra hakimiyyəti orqanın müəyyən etdiyi orqanın (qurumun) əməkdaşının xidməti vəzifəsinin yerinə yetirilməsinə mane olmağa, o cümlədən qanunvericiliklə müəyyən olunmuş tələb olunan sənədlərin təqdim edilməməsinə görə-əlli manat məbləğində cərimə edilir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs haqqında inzibati tənbeh tətbiq edilməsi məsələsi müzakirə edilərkən məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs şəxsiyyətini və işin digər hallarını nəzərə alaraq onun barəsində inzibati tənbeh növü olaraq cərimənin tətbiq edilməsini məqsədəmüvafiq hesab edirəm. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 114, 115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, Qərara aldım: Şəxs Azərbaycan Respublikasının İXM-nin 552-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib 50 (əlli) manat miqdarda cərimə olunsun. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Qusar rayon məhkəməsi vasitəsilə və ya birbaşa Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Qərardan apelyasiya qaydasında şikayət və protest verilmədikdə qərardan şikayətin verilməsi müddətinin bitdiyi gün qərar qanuni qüvvəyə minir. Qusar rayon Məhkəməsinin sədri: Anar Qasımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar