Məhkəmə qərarları › İş №3(029)-301/2020

Qusar Rayon Məhkəməsi Qərar — İş №3(029)-301/2020

30.06.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Qusar şəhəri İş № 3(029)-301/2020 30.06.2020 QUSAR RAYON MƏHKƏMƏSİ Hakim Kazımov Rafiq Vəli oğlu Ağaliyev Hümmət Rahib oğlunun katibliyi ilə İnzibati xəta törətmiş şəxs Şəxs iştirakı ilə xx xxxxxx 1977-ci ildə Qusar rayonu, Yuxarı Ləgər kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, inzibati məsuliyyətə cəlb edilməmiş, Qusar rayonu, Yuxarı Ləgər kəndində qeydiyyatda olan və həmin ünvanda yaşayan Şəxs barəsində Azərbaycan Respublikası Qusar Rayon Polis Şöbəsindən daxil olmuş Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 334.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta haqqında materiala Qusar rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİM: Məhkəməyə təqdim edilmiş inzibati xəta haqqında protokoldan və ona əlavə edilmiş sənədlərdən görünür ki, 27 iyun 2020-ci il tarixdə, saat 23:25 radələrində Şəxs özünə məxsus VAZ-21061 markalı, ** EZ *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini Qusar- Xudat yolunun 3-cü kilometrliyində nəqliyyat vasitəni idarə etmək hüququ olmadan sərxoş vəziyyətdə idarə etmişdir. Azərbaycan Respublikası DİN-nin Qusar RPŞ-nin DYPB-nin Yol patrul xidməti inspektoru, polis serijantı x1 tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 329.3 və 334.1-ci maddələri ilə İXP ******* saylı, 27 iyun 2020-ci il tarixli inzibati xəta haqqında protokol tərtib edilərək, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 334.1-ci maddəsi baxılması üçün Qusar rayon məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında inzibati xəta törətmiş şəxs Şəxs izahatında göstərdi ki, o, Qusar rayonu Yuxarı Ləgər kəndində ailəsi ilə birlikdə yaşayir. 27 iyun 2020-ci il tarixdə axşam öz evində spirtli içki qəbul etmişdir. Həmin gün təxminən saat 23:25 radələrində sürücülük hüququ olmadan sərxoş vəziyyətdə özünə məxsus VAZ-21061 markalı, ** EZ *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən Qusar YPX-nin əməkdaşları tərəfindən Qusar-Xudat yolunun 3-cü kilometrliyində saxlanılmışdır. Törətdiyi əməlindən peşmandır. Nəzərə alınmasını məhkəmədən xahiş edir. İş materiallarında olan 642164 saylı, 27 iyun 2020-ci il tarixli sərxoşluq dərəcəsinin müəyyən edilməsi barədə qəbzdən görünür ki, Şəxs alkoqolun miqdarı 1.550 faiz müəyyən edilmişdir. Məhkəmə iclasında inzibati xəta törətmiş şəxs Şəxs izahatını dinləyib, iş materiallarını nəzərdən keçirib hesab edirəm ki, Şəxs həmin hərəkəti ilə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 334.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir və onun barəsində inzibati tənbeh tətbiq edilməlidir. Şəxs həmin inzibati xətanı törətməsi özünü izahatı İXP ******* nömrəli, 27 iyun 2020-ci il tarixli inzibati xəta haqqında protokol və protokola əlavə edilmiş sənədlər ilə sübuta yetirilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 334.1-ci maddəsinə əsasən Nəqliyyat vasitəsini idarə etmək hüququ olmayan şəxs tərəfindən nəqliyyat vasitəsini alkoqoldan, narkotik vasitələrdən, psixotrop maddələrdən və ya güclü təsir göstərən digər maddələrdən istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə edilməsinə görə-beş yüz manat məbləğində cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. İnzibati xətaya görə tənbeh tətbiq edərkən xətanın xarakteri, inzibati xəta törətmiş şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs barəsində inzibati tənbeh tətbiq edilməsi məsələsi müzakirə edilərkən məsuliyyəti yüngülləşdirən hal müəyyən edilmədi. İnzibati xəta törətmiş şəxs Şəxs inzibati xətanı sərxoş vəziyyətdə törətməsi məsuliyyətini ağırlaşdıran hal kimi qiymətləndirilir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs şəxsiyyətini və işin digər hallarını nəzərə alaraq onun barəsində inzinati tənbeh növü olaraq inzibati həbs tətbiq edilməsini məqsədə müvafiq hesab edirəm. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İXM-nin 40, 43, 114, 115, 128-130-cu maddələrini rəhbər tutaraq QƏRARA ALDİM: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 334.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək, 07 (yeddi) gün müddətə inzibati həbs edilsin. İnzibati həbs etmənin əvvəli 30 iyun 2020-ci il tarixdən saat 12:15-dən hesablansın. Qərar dərhal icra edilsin. Qərarın icrası Qusar rayon Polis Şöbəsinə həvalə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Qusar rayon məhkəməsi vasitəsilə və ya birbaşa Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinə apellasiya şikayəti və ya protesti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar