Məhkəmə qərarları › İş №3(029)-303/2020

Qusar Rayon Məhkəməsi Qərar — İş №3(029)-303/2020

02.07.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Qusar şəhəri İş № 3(029)-303/2020 02.07.2020 QUSAR RAYON MƏHKƏMƏSİ Hakim Kazımov Rafiq Vəli oğlu Ağaliyev Hümmət Rahib oğlunun katibliyi ilə Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə xx xxxxxxxx 1972-ci ildə Qusar rayonu Yasab kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, işləməyən, inzibati məsuliyyətə cəlb edilmiş, Qusar rayonu Yasab kəndində qeydiyyatda olan və həmin ünvanda yaşayan Şəxs barəsində Qusar rayon Polis şöbəsindən daxil olmuş Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta haqqında materiala Qusar rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİM: Təqdim edilmiş inzibati xəta haqqında protokoldan və ona əlavə olunmuş sənədlərdən görünür ki, Şəxs xx xxxx 2020-ci il tarixdə, saat 02:30 radələrində, Qusar Rayon Polis Şöbəsinin Növbətçi Hissəsində ucadan nalayiq söyüşlər söyərək, polisin qanuni tələblərinə məhəl qoymayaraq tabesizlik göstərmiş və növbətçi hissəsinin iş rejimini 25 dəqiqə pozmuşdur. Həmin faktla bağlı Qusar RPŞ-nin İTB-nin polis sahə rəisi polis baş leytenantı X1 tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddələri ilə xx xxxx 2020-ci il tarixli, MN 0496862-365 nömrəli inzibati xəta haqqında protokol tərtib olunaraq baxılması üçün aidiyyəti üzrə Qusar Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında göstərdi ki, evində olan əmlakların arvadı tərəfindən aparılmasına görə DİN-nin 102 xidmət mərkəzinə zəng etməsi ilə əlaqədar rayon polis şöbəsinə gətirilmişdir. Polis şöbəsində əsəbi olduğundan onu nizam intizama dəvət edən polis əməkdaşlarının qanuni tələblərinə tabə olmamışdır. Əməlindən peşmandır. Nəzərə alınmasını məhkəmədən xahiş edir. Beləliklə, məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs dinləyib, iş materiallarını nəzərdən keçirib hesab edirəm ki, Şəxs həmin hərəkətləri ilə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir və onun barəsində inzibati tənbeh tətbiq edilməlidir. Şəxs həmin inzibati xətanı törətməsi məhkəmə iclasında vermiş olduğu özünün izahatı, iş materiallarına əlavə edilmiş sənədlərlə və inzibati xəta haqqında xx xxxx 2020-ci il tarixli, MN 0496862-365 nömrəli protokolla sübuta yetirilir. İş materiallarında olan xx xxxx 2020-ci il tarixli inzibati qaydada tutulma haqqında protokoldan görünür ki, Şəxs xx xxxx 2020-ci il tarixində saat 02:00–da inzibati qaydada tutulmuşdur. Şəxs xx xxxx 2020-ci il tarixində saat 18:00-da azad edilmişdir. İş materiallarında olan xx xxxx 2020-ci il tarixli Aktdan görünür ki, Şəxs heç bir üzürlü səbəb olmadan inzibati xəta haqqında protokola imza etməkdən imtina etmişdir. İş materiallarında olan Qusar RPŞ-nin məsul nöbətçisi polis moyoru X3 RPŞ-nin rəisinə ünvanlanmış xx xxxx 2020-ci il tarixli Raportundan görünür ki, xx xxxx 2020-ci il tarixdə Qusar RPŞ-də məsul növbətçi olduğu zaman, DİN-nin 102-xidmətinə daxil olmuş oğurluq hadisə ilə, Qusar RPŞ-nin Həzrə PB-nin HK-1,33 saylı material ilə əlaqədar, Şəxs, Qusar RPŞ-nin növbətçi hissəsinə gətirilmişdir. Həmin şəxs növbətçi hissədə ucadan nalayiq söyüşlər söymüş, növbətçi hissədə həmin şəxs polisin qanuni tələblərinə məhəl qoymayaraq tabe olmamışdır. Onlar həmin şəxsi hərəkətlərindən çəkindirərək nizamintizama dəvət etsələr də, həmin şəxs öz qərəzli qanunsuz hərəkətlərini davam etdirərək, növbətçi hissəsinin iş rejimini 25 dəqiqəlik pozmuşdur. Belə ki, iş materiallarında olan izahatlarla müəyyən olunur ki, həqiqətən də Şəxs polisin qanuni tələblərinə qəsdən tabe olmamışdır. Odur ki, o, həmin maddə ilə təqsirli bilinməklə barəsində inzibati tənbeh tətbiq edilməli və İXM-nin 535.1-ci maddəsi ilə müəyyən edilmiş sanksiya həddində inzibati tənbeh tətbiq edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs barəsində inzibati tənbeh tətbiq edilməsi məsələsi müzakirə edilərkən məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilmədi. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs şəxsiyyətini və işin digər hallarını nəzərə alaraq onun barəsində inzinati tənbeh növü olaraq inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilməsini məqsədəmüvafiq hesab edirəm. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114-115, 128-130-cu maddələrini rəhbər tutaraq QƏRARA ALDİM: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə təqsirli bilinib 200 (iki yüz) manat məbləğində cərimə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Qusar rayon məhkəməsi vasitəsilə və ya birbaşa Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinə apellasiya şikayəti və ya protesti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar