Azərbaycan Respublikası adından QƏRAR Qusar şəhəri İş № 3(029)-304/2025 29.07.2025 QUSAR RAYON MƏHKƏMƏSİ Hakim Cəlilov Əli İsa oğlunun sədrliyi X1, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1985-ci ildə Qusar rayonu Balaqusar kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, Qusar rayonu Balaqusar kəndində qeydiyyatda olmaqla, həmin kənddə yaşayan, Şəxs barəsində Azərbaycan Respublikasının İXM-nin 333.2-ci maddəsi ilə Qusar rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiallara Qusar rayon məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: Təqdim edilmiş inzibati xəta haqqında protokoldan və ona əlavə olunmuş sənədlərdən görünür ki, Şəxs xx.xx.2025-ci il tarixdə saat 22:10-da “OPEL ZAFİRA” minik markalı ** LV *** dövlət qeydiyyat nişanlı avtomobili spirtli içki qəbul edərək idarə etmişdir. Qusar RPŞ-nin DYPB tərəfindən Şəxs barəsində Azərbaycan Respublikasının İXMnin 333.2-ci maddəsi ilə xx.xx.2025-ci il tarixli İXP ******* saylı inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün xx.xx.2025-ci il tarixdə Qusar rayon məhkəməsinə göndərilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında inzibati xəta haqqında protokolda göstərilən xüsusatları təsdiq etmiş, həmin xətanı törətməkdə özünü təqsirli bildiyini, əməlindən səmimi peşman olduğunu, bir daha belə hərəkətlərə yol verməyəcəyinə söz verdiyini göstərmiş və barəsində yüngül inzibati tənbeh tədbirinin tətbiq edilməsini məhkəmədən xahiş etmişdir. İş materiallarında olan xx.xx.2025-ci il tarixli, protokollaşdırma nömrəsi 07507 olan alkotesterdən çıxarışdan görünür ki, xx.xx.2025-ci il tarixdə saat 22:01-də Şəxs qanında alkoqolun konsentrasiyası 0.982% promilli olmaqla o, sərxoş vəziyyətdə olmuşdur. Məkhəmə iş materiallarını tədqiq edərək hesab edir ki, hazırki iş üzrə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs əməli Azərbaycan Respublikası İXM-nin 333.2-ci maddəsindən həmin məcəllənin 334.1-ci maddəsinə tövsif edilməli və şəxs həmin maddənin sanksiyası həddində inzibati məsuliyyətə cəlb edilməlidir. Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsinin şərh edilməsinə dair” 2016-cı il 2 noyabr tarixli Qərarında inzibati xətalar qanunvericiliyinin analogiya üzrə tətbiqi ilə bağlı qeyd etmişdir ki, cinayət-prosessual qanunvericiliyinin analogiya üzrə inzibati xəta haqqında iş üzrə icraat prosesində tətbiqi istisna edilmir. İnzibati Xətalar Məcəlləsinin 6.3-cü maddəsi inzibati xətalar qanunvericiliyinin analogiya üzrə tətbiqinə məhdudiyyət qoysa da, bu, həmin hüquq sahəsinin maddi hüquq normalarına (məsuliyyəti müəyyən edən normalara) aiddir. Lakin qanunun analogiya üzrə tətbiqi o zaman mümkündür ki, oxşar prosessual münasibətlər inzibati xətalar qanunvericiliyində müvafiq norma ilə tənzimlənməsin. Bu institutla bağlı daha geniş açıqlama Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 132.1.2 və 53-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 2021-ci il 11 noyabr tarixli Qərarında verilmişdir. Həmin Qərarda göstərilmişdir ki, qanunun analogiya üzrə tətbiqi konkret hüquq münasibətlərini tənzimləyən normanın olmamasını və bu hüquq münasibətlərinə oxşar münasibətləri tənzimləyən digər qanun normasının tətbiqini nəzərdə tutur. Məhz konkret normanın olmaması qanunun analogiya üzrə tətbiqini onun təfsirindən fərqləndirən əsas əlamətdir. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikasının İXM-də tövsif institutu nəzərdə tutulmadığından Azərbaycan Respublikası CPM-nin normalarına istinad olunmalıdır. Azərbaycan Respublikası CPM-in Maddə 318. Məhkəmə baxışının hədləri 318.1. Məhkəmə baxışı zamanı cinayət işinə, məhkəməyədək sadələşdirilmiş icraat materiallarına və ya xüsusi ittiham üzrə şikayətə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilən ittiham daxilində baxılır. Məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxartmaq hüququna malikdir. Belə ki, məhkəmə araşdırması zamanı məlum olmuşdur ki, Şəxs Qusar rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 3(029)-175/2025 saylı qərarı ilə Azərbaycan Respublikası İXM-nin 333.2-ci maddəsi ilə təqsirli bilinərək sürücülük hüququ 2 il müddətinə məhdudlaşdırılmaqla 15 (on beş) gün müddətinə inzibati qaydada həbs edilmişdir. Qusar rayon Məhkəməsinin həmin qərarı xx.xx.2025-ci il tarixdə qanuni qüvvəyə minmiş və sürücülük hüququnun məhdudlaşdırılmasına dair hissədə icra edilməsi üçün Azərbaycan Respublikası DİN-nin BDYPİ-yə göndərilmişdir. Hal-hazırki iş üzrə inzibati xəta hadisəsinin tarixi xx.xx.2025-ci il tarixidir. Nəticədə məhkəmə hesab edir ki, xx.xx.2025-ci il tarixdə Şəxs tərəfindən inzibati xəta hadisəsi törədilərkən şəxsin sürücülük hüququ olmamışdır. Belə olduğu təqdirdə məhkəmə hesab edir ki, hazırki iş üzrə tərtib edilmiş protokol Azərbaycan Respublikası İXM-nin 333.2-ci maddəsinin dispozisiyasında göstərilmiş normaya uyğun gəlmədiyindən həmin Məcəllənin 334.1-ci maddəsinə tövsif edilməli və Şəxs həmin maddənin sanksiyasında göstərilən həddə inzibati tənbeh tətbiq edilməlidir. Azərbaycan Respublikası İXM-nin 334.1-ci maddəsinə əsasən 334.1. Nəqliyyat vasitəsini idarə etmək hüququ olmayan şəxs tərəfindən nəqliyyat vasitəsinin alkoqoldan istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə edilməsinə görə beş yüz manat məbləğində cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs barəsində inzibati tənbeh tətbiq edilməsi məsələsi müzakirə edilərkən Azərbaycan Respublikası İXMnin 33.3-cü maddəsinin tələbinə əsasən şəxsin inzibati xətanı sərxoş halda törətməsi pozmuş olduğu maddənin tərkib əlaməti kimi mövcud olduğundan həmin hal məsuliyyəti ağırlaşdıran hal qismində nəzərə alınmamalıdır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs barəsində inzibati tənbeh tətbiq edilməsi məsələsi müzakirə edilərkən məsuliyyəti yüngülləşdirən hallar müəyyən edilməmişdir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs oğlunun şəxsiyyətini və işin digər hallarını nəzərə alaraq onun barəsində inzibati tənbeh növü olaraq inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilməsini məqsədəmüvafiq hesab etmir. Məhkəmə işin hallarını, Şəxs şəxsiyyətini və digər halları nəzərə alaraq hesab edir ki, Şəxs törətdiyi əmələ görə ona inzibati həbs növündə inzibati tənbeh tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 114-115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, Qərara aldı: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 334.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinib, 8 (səkkiz) gün müddətə inzibati həbs edilsin. İnzibati həbs etmənin əvvəli xx.xx.2025-ci il tarixdən, saat 14:45-dən hesablansın. Qərar dərhal icra edilsin. Qərarın icrası Qusar rayon Polis Şöbəsinə həvalə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Qusar rayon məhkəməsi vasitəsilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər Hakim: Əli Cəlilov
Məhkəmə qərarları › İş №3(029)-304/2025
Qusar Rayon Məhkəməsi Qərar — İş №3(029)-304/2025
29.07.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver