Məhkəmə qərarları › İş №3(029)-306/2025

Qusar Rayon Məhkəməsi Qərar — İş №3(029)-306/2025

18.08.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Qusar şəhəri İş № 3(029)-306/2025 18.08.2025 QUSAR RAYON MƏHKƏMƏSİ Hakim Cəlilov Əli İsa oğlunun sədrliyi, Ağaliyev Hümmət Rahib oğlunun katibliyi ilə, xx.xx.1984-cü ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ünvan 1 ünvanda yaşayan, evli, işləməyən Şəxs barəsində Azərbaycan Respublikası DİN Qusar RPŞ-dən daxil olmuş Azərbaycan Respublikası İXM-nin 529.3-cü maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında işin materiallarını nəzərdən keçirərək məhkəmə, Müəyyən etdi: Təqdim edilmiş inzibati xəta haqqında protokoldan və ona əlavə olunmuş sənədlərdən görünür ki, Şəxs xx.xx.2024-cü il tarixdə, saat 09:56-da “VAZ 21074 MİNİK” markalı, ** RA *** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 469.3-cü maddəsi ilə məsuliyyət nəzərdə tutulan yol hərəkəti haqqında qaydaları pozmuşdur. Nəticədə xx.xx.2024-cü il tarixli, EQ 23436069 saylı inzibati xəta haqqında protokol tərtib edilərək 50 manat məbləğində cərimə olunmuşdur. Lakin, Şəxs qanunla müəyyən edilmiş əsaslar olmadan 03 ay müddətinə cəriməni ödəməmişdir. Təqdim edilmiş inzibati xəta haqqında protokoldan və ona əlavə olunmuş sənədlərdən görünür ki, Şəxs xx.xx.2025-ci il tarixdə, saat 00:20-də “VAZ 21074 MİNİK” markalı, ** RA *** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 469.3-cü maddəsi ilə məsuliyyət nəzərdə tutulan yol hərəkəti haqqında qaydaları pozmuşdur. Nəticədə xx.xx.2025-ci il tarixli, EQ 26186941 saylı inzibati xəta haqqında protokol tərtib edilərək 50 manat məbləğində cərimə olunmuşdur. Lakin, Şəxs qanunla müəyyən edilmiş əsaslar olmadan 03 ay müddətinə cəriməni ödəməmişdir. Həmin faktla bağlı DİN Qusar RPŞ-nin polis mayoru X1 tərəfindən Şəxs barəsində Azərbaycan Respublikasının İXM-nin 529.3-cü maddəsi ilə xx.xx.2025-ci il tarixli, İXP seriyalı, ******* nömrəli və İXP seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol tərtib olunaraq baxılması üçün Qusar rayon məhkəməsinə göndərilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasının yeri və müddəti barədə lazımi qaydada xəbərdar edilmiş, lakin o məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə, Azərbaycan Respublikasının İXM-nin 61.3-cü maddəsinə əsasən inzibati xəta haqqında işə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı olmadan baxılmasını mümkün hesab edir. İş materiallarında olan Şəxs barəsində qəbul edilmiş elektron qərarın surətindən görünür ki, onun Azərbaycan Respublikasının İXM-nin 469.3-cü maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsinə görə barəsində tərtib edilmiş xx.xx.2025-ci il tarixli, İXP ******* nömrəli inzibati xəta haqqında protokol üzrə ödəməli olduğu cərimə 50.0 manat, dəbbə pulu 30.0 manat, cəmi 80 manat, xx.xx.2025-ci il tarixli, İXP ******* nömrəli inzibati xəta haqqında protokol üzrə ödəməli olduğu cərimə 50.0 manat, dəbbə pulu 30.0 manat, cəmi 80 manatdır. İş materiallarına əlavə edilmiş xx.xx.2025-ci il tarixli “Asanpay”-dən çıxarışdan görünür ki, EQ 26186941 və EQ 23436069 saylı inzibati xəta haqqında protokollar üzrə cərimə ödənilmişdir. Məhkəmə, iş materiallarını tam şəkildə tədqiq edərək hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs həmin hərəkəti ilə Azərbaycan Respublikasının İXM-nin 529.3-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Azərbaycan Respublikasının İXM-nin 529-cu maddəsinin qeyd hissəsinin 1-ci bəndində göstərilir ki, bu Məcəllənin 529.1-ci və ya 529.2-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətmiş şəxs müvafiq cəriməni, dəbbə pulunu (bu Məcəllə ilə müəyyən edilmiş hallarda), 529.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmiş şəxs isə müvafiq cəriməni, dəbbə pulunu, nəqliyyat vasitəsinin duracağa gətirilməsinə və onun orada saxlanılmasına görə haqqı inzibati xəta haqqında iş üzrə məhkəmə qərar qəbul edənədək ödədikdə inzibati məsuliyyətdən azad olunur. Odur ki, məhkəmə hesab edir ki, Şəxs ödəməli olduğu cəriməni dəbbə pulu ilə birlikdə məhkəmə qərar qəbul edənədək tam şəkildə ödədiyindən o, inzibati məsuliyyətdən azad olunmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 114, 115, 117, 128-130-cu maddələrini, 529-cu maddəsinin qeyd hissəsinin 1ci bəndini rəhbər tutaraq, Qərara aldı: Qərarın təsviri və əsaslandırıcı hissəsində göstərilənlərə əsasən Azərbaycan Respublikasının İXM-nin 529.3-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətmiş şəxs Şəxs ödəməli olduğu cəriməni dəbbə pulu ilə birlikdə məhkəmə qərar qəbul edənədək tam şəkildə ödədiyindən o, həmin Məcəllənin 529-cu maddəsinin qeyd hissəsinin 1-ci bəndinə əsasən inzibati məsuliyyətdən azad olunsun. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Qusar rayon məhkəməsi vasitəsilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Qərardan apellyasiya qaydasında şikayət və protest verilmədikdə qərardan şikayətin verilməsi müddətinin bitdiyi gün qərar qanuni qüvvəyə minir. Hakim: Əli Cəlilov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar