Məhkəmə qərarları › İş №3(029)-310/2020

Qusar Rayon Məhkəməsi Qərar — İş №3(029)-310/2020

08.07.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Qusar şəhəri İş № 3(029)-310/2020 08.07.2020 QUSAR RAYON MƏHKƏMƏSİ Mən, Qusar rayon məhkəməsinin hakimi Vəliyev Adil Yaqub oğlu, xx xxx 1984-cü ildə Qusar rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, Qusar rayonu Hil kəndində yaşayan Şəxs barəsində Qusar Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdim: Təqdim edilmiş inzibati xəta haqqında protokoldan və ona əlavə olunmuş sənədlərdən görünür ki, Şəxs 06 iyul 2020-ci il tarixdə saat 19:00 radələrində Qusar rayonu Hil kəndində Qusar-Həzrə yolunun 14-cü kilometrliyində T40 A markalı 38T992 dövlət qeydiyyat nişanlı Traktoru sürücülük hüququ olmadan sərxoş vəziyyətdə idarə edərkən Hil kənd bələdiyyəsinə məxsus avtobus dayanacağı ilə toqquşmaqla həmin bələdiyyəyə maddi ziyan vurmuşdur. Həmin faktla bağlı Qusar RPŞ-nin DYPB tərəfindən Şəxs barəsində Azərbaycan Respublikasının İXM-nin 334.3-cü maddəsi ilə İXP ******* saylı 06.07.2020-ci il tarixli inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün Qusar rayon məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahat verərək inzibati xəta haqqında protokolda göstərilən xüsusatları tam təsdiq etmiş və göstərmişdir ki, x1 məxsus T-40A markalı 38T992 dövlət qeydiyyat nişanlı traktoru Qusar rayonu Hil kəndi ərazisində idarə edərkən bələdiyyəyə məxsus avtobus dayanacağını vuraraq bələdiyyəyə maddi ziyan vurmuşdur. Hadisəni törədərkən sərxoş olmuşdur. O, həmçinin hazırda törətdiyi əməlindən səmimi peşman olduğunu göstərmiş və barəsində yüngül inzibati tənbeh tətbiq edilməsini məhkəmədən xahiş etmişdir. İş materiallarında olan 06.07.2020-ci il tarixli, protokollaşdırma nömrəsi 02376 olan alkotesterden çıxarışdan görünür ki, həmin tarixdə saat 20:31-də Şəxs qanında alkoqolun konsentrasiyası 3.210 promilli olmaqla həmin şəxs sərxoş vəziyyətdə olmuşdur. İş materiallarında olan Qusar RPŞ-nin DYPB-nin 08 iyul 2020-ci il tarixli 149-11850- 1120 saylı arayışından görünür ki, Şəxs adına hər hansı bir kateqoriyalı sürücülük vəsiqəsi qeydə alınmamışdır. İş materiallarında olan 07 iyul 2020-ci il tarixdə tərtib olunmuş və Qusar rayonu Hil bələdiyyəsinin möhürü ilə təsdiqlənmiş aktdan görünür ki, Şəxs traktor sürən zaman Hil kənd körpüsünün yanında Hil bələdiyyəsi tərəfindən quraşdırılmış avtobus dayanacağını vurmuşdur. Həmin dayanacağa 50 (əlli) manat dəyərində zərər vurulduğu müəyyən edilmişdir. Beləliklə, iş materiallarını tam şəkildə tədqiq edərək hesab edirəm ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs həmin hərəkəti ilə Azərbaycan Respublikasının İXM-nin 334.3-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir və onun barəsində inzibati tənbeh tətbiq edilməlidir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs barəsində inzibati tənbeh tətbiq edilməsi məsələsi müzakirə edilərkən, onun əməlindən səmimi peşman olması məsuliyyəti yüngülləşdirən hal kimi qəbul edilir, məsuliyyəti ağırlaşdıran hallar isə müəyyən edilməmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs şəxsiyyətini, işdə məsuliyyəti yüngülləşdirən halı və işin digər hallarını nəzərə alaraq onun barəsində təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulan cərimə növündə inzibati tənbeh tətbiq edilməsini məqsədəmüvafiq hesab edirəm. Zərər çəkmiş şəxs Qusar rayonu Hil bələdiyyəsinə dəymiş maddi ziyanın ödənilməsi barədə mülki qaydada iddia ərizəsi ilə məhkəməyə müraciət etmək hüququ izah edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 114-115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, Qərara aldım: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 334.3-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinib 800 (səkkiz yüz) manat məbləğində cərimə edilsin. Zərər çəkmiş şəxs Qusar rayonu Hil bələdiyyəsinə dəymiş maddi ziyanın ödənilməsi barədə mülki qaydada iddia ərizəsi ilə məhkəməyə müraciət etmək hüququ izah edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Qusar rayon məhkəməsi vasitəsilə və ya birbaşa Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar