Məhkəmə qərarları › İş №3(029)-311/2020

Qusar Rayon Məhkəməsi Qərar — İş №3(029)-311/2020

09.07.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Qusar şəhəri İş № 3(029)-311/2020 09.07.2020 QUSAR RAYON MƏHKƏMƏSİ Hakim Kazımov Rafiq Vəli oğlu Ağaliyev Hümmət Rahib oğlunun katibliyi ilə Qusar rayon İcra və Probasiya şöbəsinin icra məmuru x1 Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs Tələbkar x2 iştirakları ilə xx xxxx 1977-ci il tarixdəQusar rayonu Torpaq- Körpü kəndində anadan olmuş, evli , orta təhsilli, işləməyən, inzibati məsuliyyətə cəlb edilmiş, Qusar rayonu Torpaq-Körpü kəndindəqeydiyyatda olan və həmin kəndə yaşayan Şəxs barəsində Qusar rayon İcra və Probasiya şöbəsindən daxil olmuş Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta haqqında materiala Qusar Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİM: Təqdim edilmiş inzibati xəta haqqında protokoldan və ona əlavə olunmuş sənədlərdən görünür ki, Qusar rayon məhkəməsinin 04 iyun 2019-cu il tarixli, 2(029)- 691/2019 saylıicra sənədinə əsasən Şəxs 2098 (iki min doxsan səkkiz) manat aliment borcu yaranmışdır. Şəxs icra sənədinin icra edilməsi ilə bağlı xəbərdarlıq edilmiş, lakin o, icra sənədini üzürsüz səbəbdən icra etməmişdir. Məhkəmə iclasında Qusar rayon İcra və Probasiya şöbəsinin icra məmuru x4 protokolda göstərilən xüsusatları təsdiq edərək izahatında göstərdi ki,Qusar rayon məhkəməsinin 04 iyun 2019-cu il tarixli, 2(029)-691/2019 saylı icra sənədinə əsasən borclu Şəxs 07 may 2019-cu il tarixdən başlayaraq, 09 sentyabr 2007-ci il təvəllüdlü x5 və 04 may 2009-cu il təvəllüdlü x7 adlı uşaqların saxlanmaları üçün hər ay hər bir uşağa 100 (bir yüz) manat olmaqla cəmi 200 (iki yüz) sabit pul məbləğində aliment alınıb iddiaçı x2 xeyrinə tutulmalıdır. Borclu Şəxs hal-hazırda 2098 (iki min doxsan səkkiz) manat aliment borcu yaranmışdır. Tələbin könüllü icra edilməsi barədə bildiriş verilməsinə,dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq borclu icra sənədini üzürsüz səbəbdən icra etməmiş, icra sənədinə məsuliyyətsiz yanaşmış, icra sənədinin icra edilməsindən qəsdən boyun qaçırmışdır. Hazırda borclu Şəxs 2098 (iki min doxsan səkkiz) manat məbləğində aliment borcu vardır.Alimenti ödəməkdən yayınır. Odur ki, borclu Şəxs barəsində qanuni qərar çıxarılmasını məhkəmədən xahiş edir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında göstərdi ki,Qusar rayon məhkəməsinin 04 iyun 2019-cu il tarixli, 2(029)- 691/2019 saylı icra sənədinə əsasən ondan hər ay hər bir uşağa 100 (bir yüz) manat olmaqla cəmi 200 (iki yüz) sabit pul məbləğində aliment alınıb iddiaçı x2 xeyrinə tutulmalıdır. Onun Qusar rayon məhkəməsinin 04 iyun 2019-cu il tarixli, 2(029)-691/2019 saylı icra sənədi üzrə 2098 (iki min doxsan səkkiz) manat aliment borcu yaranmışdır. İkinci dəfə ailə həyatı qurmuş, həmin nikahdan onun üç azyaşlı uşaqları vardır. Heç bir yerdə işləmir. x3 ailəsini dağıtdığına görə ona aliment ödəmək istəmir. Məhkəmə iclasında tələbkar x6 izahatında göstərdi ki, Qusar rayon məhkəməsinin 04 iyun 2019-cu il tarixli, 2(029)-691/2019 saylı icra sənədinə əsasən Şəxs 07 may 2019cu il tarixdən başlayaraq, 09 sentyabr 2007-ci il təvəllüdlü x5 və 04 may 2009-cu il təvəllüdlü x7 adlı uşaqların saxlanmaları üçün hər ay hər bir uşağa 100 (bir yüz) manat olmaqla cəmi 200 (iki yüz) sabit pul məbləğində aliment alınıb onun xeyrinə tutulmalıdır. Qusar rayon məhkəməsinin 04 iyun 2019-cu il tarixli, 2(029)-691/2019 saylı icra sənədinə əsasən Şəxs hal-hazırda 2098 (iki min doxsan səkkiz) manat aliment borcu vardır. Aliment borcunu tələb edir. Şəxs barəsində ciddi cəza verilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasında Qusar rayon İcra və Probasiya şöbəsinin icra məmuru x1, inzibati xəta törətmiş şəxs Şəxs, tələbkar x2 izahatlarını dinləyib, iş materiallarını nəzərdən keçirib, hesab edirəm ki, Şəxs heç bir üzürlü səbəb olmadan icra sənədi üzrə üzərinə düşən öhdəlikləri icra etməmişdir. Həmin hərəkəti iləŞəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir və onun barəsində inzibati tənbeh tətbiq edilməlidir. Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsinə əsasən məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə-fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə tətbiq olunur. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs borclu Şəxs haqqında inzibati tənbeh tətbiq edilməsi məsələsi müzakirə edilərkən məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs şəxsiyyətini və işin digər hallarını nəzərə alaraq onun barəsində inzibati tənbeh növü olaraq inzibati həbs tətbiq edilməsini məqsədəmüvafiq hesab edirəm. Həmçinin, hesab edirəm ki, Şəxs təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulan daha yüngül inzibati tənbeh-yəni cərimə tətbiq edilərsə həmin cərimənin ödənilməsindən də yayına bilər və bununla da, tətbiq edilmiş inzibati tənbeh səmərəsiz olmaqla məqsədinə nail ola bilməz. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114, 115,128-130-cu maddələrini rəhbər tutaraq QƏRARA ALDİM: Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək, 10 (on) gün müddətə inzibati həbs edilsin. İnzibati həbs etmənin əvvəli 09 iyul 2020-ci il tarixdən saat 18:15-dən hesablansın. Qərar dərhal icra edilsin. Qərarın icrası Qusar rayon Polis Şöbəsinə həvalə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Qusar rayon məhkəməsi vasitəsilə və ya birbaşa Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinə apellasiya şikayəti və ya protesti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar