Məhkəmə qərarları › İş №3(029)-311/2021

Qusar Rayon Məhkəməsi Qərar — İş №3(029)-311/2021

15.07.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Qusar şəhəri İş № 3(029)-311/2021 15.07.2021 QUSAR RAYON MƏHKƏMƏSİ Qusar rayon məhkəməsinin hakimi X6, Ağaliyev Hümmət Rahib oğlunun katibliyi ilə İnzibati xəta haqqında protokolu trtib etmiş şəxs Azərbaycan Respublikası DİN-nin Baş Dövlət Yol Polisi İdarəsinin Yol-Patrul Xidməti Alayının 2 Tağımının YPX inspektoru polis serejantı X5, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X2 iştirakları ilə, 23.09.1992-c ildə Qusar rayonunda anadan olmuş, Rusiya Federasiyasının vətəndaşı, Rusiya Federasiyası, Dağıstan Respublikası Axtı rayonunda qeydiyyatda olan, Xaçmaz rayonu Yeni Həyat qəsəbəsində müvəqqəti yaşayan X2 barəsində Azərbaycan Respublikası DİN-nin Baş Dövlət Yol Polisi İdarəsinin Yol-Patrul Xidməti Alayından daxil olmuş Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 334.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta haqqında materiala Qusar rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Məhkəməyə təqdim edilmiş inzibati xəta haqqında protokoldan və ona əlavə edilmiş sənədlərdən görünür ki, X4 03 iyul 2021-ci il tarixdə, saat 22:17 radələrində Bakı-Quba-Rusiya sərhəddi yolunun 184-cü km-da “Vaz 2107” markalı, H621CT05 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini sürücülük hüququ olmadan sərxoş vəziyyətdə idarə etmişdir. Həmin faktla bağlı Azərbaycan Respublikası DİN-nin Baş Dövlət Yol Polisi İdarəsinin Yol-Patrul Xidməti Alayının 2 Tağım YPX inspektoru polis serejantı X7 tərəfindən X4 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 334.2-ci maddələri ilə 03 iyul 2021-ci il tarixli, İXP ******* saylı inzibati xəta haqqında protokol tərtib edilmiş və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 334.2-ci maddəsi ilə baxılması üçün Qusar rayon məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu trtib etmiş şəxs Azərbaycan Respublikası DİN-nin Baş Dövlət Yol Polisi İdarəsinin Yol-Patrul Xidməti Alayının 2 Tağımının YPX inspektoru polis serejantı X7 izahat verərək inzibati xəta haqqında protokolda göstərilən xüsusatları tam təsdiq etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X4 izahat verərək inzibati xəta haqqında protokolda göstərilən xüsusatları tam təsdiq etmiş, hazırda törətdiyi əməlindən səmimi peşman olduğunu göstərmiş və barəsində yüngül inzibati tənbeh tətbiq edilməsini məhkəmədən xahiş etmişdir. İş materiallarında olan 02.07.2021-ci il tarixli, protokollaşdırma nömrəsi 00935 olan alkotesterden çıxarışdan görünür ki, həmin tarixdə saat 02:40-da X1 alkoqolun konsentrasiyası 1.445 promilli olmaqla həmin şəxs sərxoş vəziyyətdə olmuşdur. İş materiallarında olan Qusar RPŞ-nin DYPB-nin 15 iyul 2021-ci il tarixli arayışından görünür ki, X2 adına hər hansı bir kateqoriyalı sürücülük vəsiqəsi qeydə alınmamışdır. İş materiallarına əlavə olunmuş 19.09.2020-ci il tarixli, İXP ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, X4 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 334.1-ci maddəsi ilə protokol tərtib olunmuş və 500 (beş yüz) manat miqdarında cərimə edilmişdir. Məhkəmə iclasında inzibati xəta törətmiş şəxs X3 dinləyib, iş materiallarını nəzərdən keçirib hesab edir ki, X4 həmin hərəkəti ilə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 334.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir və onun barəsində inzibati tənbeh tətbiq edilməlidir. X2 həmin inzibati xətanın törətməsi 03 iyul 2021-ci il tarixli, İXP ******* saylı protokol ilə sübuta yetirilir. İnzibati xəta törətmiş şəxsin törətdiyi əməlini səmimi etiraf etməsi və əməlindən peşman olmasını məsuliyyəti yüngülləşdirən hallar kimi qiymətləndirir. İnzibati xəta törətmiş şəxsin inzibati xətanı sərxoş halda və eyni xətanı inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törətməsi məsuliyyətini ağırlaşdıran hal kimi qiymətləndirilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 334.2-ci maddəsinə əsasən bu məcəllənin 334.1-ci maddəsində nəzərdə tutulmuş xətanın inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törədilməsinə görə on beş gündən bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan X4 haqqında inzibati tənbeh tətbiq edilməsi məsələsini müzakirə edərkən törətdiyi inzibati xətanın xarakterini və işin digər hallarını nəzərə alaraq barəsində Azərbaycan Respublikası İXM-nin 334.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş həbs növündə inzibati tənbeh tətbiq edilməsini məqsədəmüvafiq hesab edir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İXM-nin 40, 43, 114, 115,128-130cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X4 Azərbaycan Respublikası İXM-nin 334.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək, 15 (on beş) gün müddətə inzibati həbs edilsin. İnzibati həbs etmənin əvvəli 15 iyul 2021-ci il tarixdən saat 12:00-dan hesablansın. Qərar dərhal icra edilsin. Qərarın icrası Qusar rayon Polis Şöbəsinə həvalə edilsin. Qərarın surətinin təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Qusar Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Azərbaycan Respublikası Sumqayıt Apelyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Məhkəmənin hakimi: İlqar Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar